Ana səhifə

İslam dininin birdən çox qadınla evlənməyə icazə verməsini tənqid edənlərə necə cavab verməliyik?


YazdırSend to friend

İslam dini Ərəbistan yarımadasına yayıldığı sırada bir qisim cahiliyyə adətləri də bütün təsirləriylə hökmünü icra edirdi. İslamiyyət bunlardan bəzilərini tamamilə qaldırır, bəzilərini də ölçülü hala gətirirdi. Bunlardan biri də cahiliyyə dövründəki limitsiz sayda qadınla evlənmə məsələsi idi. İslamiyyət gəlmədən əvvəl Ərəb yarımadasında kişilər, ədəd məhdudiyyəti olmadan, istədikləri qədər qadınla evlənə bilərdilər.

Qurani Kərim bu cahiliyyə adətinə məhdudlaşdırma gətirdi. Maksimum olaraq dördə qədər evlənə biləcəyini açıqladı. Cənabı Haqq belə buyurdu:

 

"Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə (kifayətlənin)"(1)

 

Buna görə, birdən çox evliliyi Quran təsis etməyib. Ancaq daha əvvəl limitsiz olan ədədi məhdudlaşdırıb. Məsələn, Giylan adındakı əshabə Müsəlman olduğu zaman on xanımla evli idi. İslamiyyəti qəbul etdikdən sonra dörddən çoxunu boşadı.

İslamiyyət hər nə qədər bir çox qadınla evlənməyə icazə vermişsə də, bir tək qadınla evlənməyi əsas olaraq qəbul etmişdir. Birdən çoxuna icazə "əxlaqi və ictimai zərurətlər" halına məxsus qəbul edilmişdir. Bu vəziyyətdə qadınlar arasında ədalətin şərt olduğu açıqlanarkən, ruhi meyillərdə bərabər davranmanın o qədər də mümkün olmadığına diqqəti çəkmişdir:

 

"Siz nə qədər istəsəniz də, arvadlar arasında ədalətlə davrana bilməzsiniz." (2)

 

Cənabı Haqq bir ayədə ədaləti əmr edərkən, digər ayədə də insanların xanımları arasında ədaləti gerçək mənada reallaşdıra bilməyəcəklərini qeyd etməsi, birdən çox qadınla zərurət olmadan evlənməməyə işarə etmək üçündür.

Tarixin hər dövründə millətlər arasında ortaya çıxan qanlı müharibələrin mərhəmətsiz təsiriylə kişi əhalisi azalıb, qadın əhalisi bir neçə misli artır. Belə bir vəziyyətdə bir kişinin bir neçə qadını qoruması bir vəzifə olar. Türkiyə, Birinci Dünya, Almaniya da İkinci Dünya Müharibəsindən sonra bunu yaşamışdır. Almaniyada İkinci Dünya Müharibəsindən sonra qadınların sayı kişilərin sayından üç dəfə çox idi. Alman milləti şiddətli bir ictimai balanssızlıq təhlükəsiylə üz-üzə idi. Çünki qadınların az qala üçdə ikisi çarəsizlik və kimsəsizlik içində idi. Beləcə Almaniya hökuməti bir kişinin birdən çox qadınla evlənməsinə imkan vermək məcburiyyətində qalırdı. Bir Alman Professoru, Alman qadının xilas olması üçün İslamın bu icazəsini qəbul etməkdən başqa çarə olmadığını israrla ifadə edirdi.

Almaniyanın İkinci Dünya Müharibəsi sonundakı vəziyyətində olduğu kimi, əgər bir cəmiyyətdə bir kişiyə qarşı üç qadın olsa, problemin həll edilməsi üçün üç yol var:

1. Hər kişi bir qadınla evlənəcək və hər üç qadından ikisi ailə həyatını, uşaq sevgisini, analıq şəfqətini dada bilməyəcək.

2. Hər kişi bir qadınla evlənəcək və digər qadınlarla qeyri qanuni münasibətlər quracaq; qadın bu vəziyyətdə yenə ailə həyatını, analıq şəfqətini və uşaq sevgisini dada bilməyəcək.

3. Bir kişi bir neçə qadınla evlənəcək, halal dairə daxilində aralarında ədalət prinsiplərinə riayət edərək ləyaqət və şərəflərini qoruyacaq, vicdani narahatlıqdan qurtaracaq. Cəmiyyət də cinsiyyət və nəsil qarışıqlığından xilas olacaq.

Ağıl sahibi hər insan üçüncü variantı qəbul edər. Çünki insan fitrəti bunu tələb edir.

İslamın dördə qədər qadınla evlənməyə icazə verməsinin insan fitrətinə, ağıla və hikmətə uyğun olduğunu açıqlayan Bədiüzzaman belə deyir:

"Dördə qədər təəddüdü –zəvcat, təbiətə, ağla, hikmətə müvafiq olmaqla birlikdə, şəriət bir dənədən dördə çıxarmamış, bəlkə səkkizdən dördə endirmişdir. Bahusus təəddüddə elə şərait (şərtlər) qoymuşdur ki, ona müraat etməklə (tabe olmaqla) heç bir mazarrata müeddi olmaz (heç bir zərərə səbəb olmaz). Bəzi nöqtədə şər olsa da əhvəni-şərdir (iki şərdən daha az zərərli olanı). Əhvəni-şər isə bir ədaləti-nisbiyədir. Heyhat! Aləmin hər halında xeyri-məhz ola bilməz." (3)

Qaynaqlar:

1. Nisa Surəsi, 3

2. Nisa Surəsi, 129

3. Münazarat,69



22-04-2011 12:00:00