Ana səhifə

İslam dininin bütün insanlığa rəhmət olduğu deyilməkdədir. Bu hökmü izah edər siniz?


YazdırSend to friend

İslam dini, insanlığı maddi və mənəvi kəmalata qovuşduran və bəşərin səadət və salamatlığını təmin edən bütün əsasları ehtiva edər. Ona bağlanan fərd və cəmiyyətləri feyizdən səadətə, səadətdən kamilliyə sövq edər. Həyatın qorunmasına böyük əhəmiyyət verər. Fərd və cəmiyyətin  dincliyini pozmağa çalışanları ən şiddətli cəzalara çarpdırar. Birlik və bərabərliyi, lütfkarlığı və köməkləşməyi əmr edər. Cəmiyyət həyatını anarxiya və terrordan azad edər.

Gözəl əxlaqı, bütün şöbələriylə, bəşərin istifadəsinə təqdim edər. Heç bir məsələsi yoxdur ki, minlərlə faydası  tapılmasın, maddi və mənəvi xəstəliklərə bir dərman, bir şəfa olmasın. İslam dini elm və hikmətə istinad edər; ağıl sahiblərini öz iradələriylə xeyr və səadətə sövq edər. Cəhaləti ən böyük düşmən qəbul edər; insanları daim təfəkkürə təşviq edər. İslam dininin bütün insanlığa nə böyük bir rəhmət olduğunu anlamaq üçün, dünyanın əsri səadətdən əvvəlki və ondan sonrakı halını nəzərə almaq  lazımdır.

İslamdan əvvəl, bütün dünya cəhalət və dəlalətin, terror və anarxiyanın insafsız pəncələri altında qıvrılırdı. Dünyanı qovuran bu vəhşilik və dəhşətdən Ərəb yarımadası da hissəsini almışdır. İnsanlar qız övladlarını diri diri torpağa basdırmaqla fəxr edərdilər. Xurafatlara inanarlar və öz əlləri ilə etdikləri bütlərə ibadət edər, onlardan kömək diləyərdilər.

O qaranlıq dövrdə, Quranın nuru Ərəb Yarımadasının bir küncündən günəş kimi çıxdı. Küfr və zülmün ən qatı təbəqələrini parçaladı. Ülvi təcəllisiylə gözləri qamaşdırdı, bərəkət-bolluq və hidayətiylə ruhları təmizlədi, ağılları parlatdı, vicdanları ziyalandırdı. Şirki qaldırıb ürəklərə tövhidi yerləşdirdi. Zülmü qaldırıb yerinə ədaləti təsis etdi. Sinələrdən kini və düşmənliyi çıxardı, yerlərinə məhəbbət, şəfqət və mərhəməti yerləşdirdi.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz