Ana səhifə

İslam dininin bütün insanlığa rəhmət olduğu deyilməkdədir. Bu hökmü izah edərsiniz?


YazdırSend to friend

İslam dini, insanlığı maddi və mənəvi kəmala qovuşduran və bəşərin səadət və salamatlığını təmin edən bütün əsasları ehtiva edər. Ona tabe olan fərd və cəmiyyətləri feyizden səadətə, səadətdən təkamülə sövq edər. Həyatın qorunmasına böyük əhəmiyyət verər. Fərd və cəmiyyətin dincliyini pozmağa çalışanları ən şiddətli cəzalar verər. Birlik və bərabərliyi, lütfkarlığı və köməkləşməyi əmr edər. Cəmiyyət həyatını anarxiya və terrordan uzaq tutar.

 

Gözəl əxlaqı, bütün şöbələriylə, bəşərin istifadəsinə təqdim edər. Heç bir məsələsi yoxdur ki, minlərlə faydası olmasın, maddi və mənəvi xəstəliklərə bir dərman, bir şəfa olmasın. İslam dini elm və hikmətə istinat edər; ağıl sahiblərini öz iradələriylə xeyr və səadətə sövq edər. Cahilliyi ən böyük düşmən qəbul edər; insanları daim təfəkkürə təşviq edər. İslam dininin bütün insanlığa nə böyük bir rəhmət olduğunu anlamaq üçün, dünyanın əsri səadətdən əvvəlki və ondan sonrakı halını nəzərə almaq lazımdır.

 

İslamdan əvvəl, bütün dünya dəlalətin, terror və anarxiyanın insafsız pəncələri altında qıvrılırdı. Dünyanı qovuran bu vəhşilik və dəhşətdən Ərəb yarımadası da payını almışdı. İnsanlar qız övladlarını diri diri torpağa basdırmaqla fəxr edərdilər. Xurafatlara inanarlar və öz əlləri ilə etdikləri bütlərə ibadət edər, onlardan kömək diləyərdilər.

 

O qaranlıq dövrdə, Quranın nuru Ərəb Yarımadasının bir küncündən günəş kimi çıxdı. Küfr və zülmün ən qatı təbəqələrini parçaladı. Ülvi təcəllisiylə gözləri qamaşdırdı, feyiz və hidayətiylə ruhları təmizlədi, ağılları parlatdı, vicdanları ziyalandırdı. Şirki qaldırıb ürəklərə tövhidi yerləşdirdi. Zülmü qaldırıb yerinə ədaləti təsis etdi. Sinələrdən kini və düşmənliyi çıxardı, yerlərinə məhəbbət, şəfqət və mərhəməti yerləşdirdi.

 

Quranın bu təsiri tək əsri səadətə olmamışdır. Ondan sonra da hansı millət İslamı qəbul etmiş və həyatına tətbiq etmişsə həm elm və mədəniyyətdə, həm də sənaye və ticarətdə irəliləmiş və digər millətlərə nümunə olmuşdur. Bunun ən parlaq misalları, Əndülüs, Səlcuqlu və Osmanlı mədəniyyətləridir.



19-11-2009 12:00:00