Ana səhifə

İslam dininin qədim Misirdəki kökləri iddiasına cavab.


YazdırSend to friend

Bunu yazan insan kimdirsə çox cahilcəsinə yazıb, beyni ilə düşünmək əvəzinə düşünməyi tamamilə tərk etmiş, qələmi nifrətinin əlinə verib. Bu cür düşüncə sahibinə məcazi mənada "qoyun" desək çox uzağa düşmərik.

1. Əvvəla ölülər kitabının çox sayda versiyaları var və misirlərin inancına görə Axirət haqqındakı təsəvvürləri fərqli versiyalarda fərqli cür təsvir edilir.

2. Ölülər kitabı qədim misir dilindədir, misir heroqlifləri ilə yazılıb. Onun başqa dillərə, xüsusilə ərəb dilinə çevrildiyi məlum deyildir. Ölülər kitabı ümumiyyətlə miladdan xeyli əvvəl artıq unudulmuş bir kitab idi. İndi iddia sahibi nə demək istəyir? Bir tərəfdən İslam dinini alçaltmaq üçün "bədəvi ərəblər" deyərək küçümsəyirlər, digər tərəfdən isə qədim Misir irsina vaqif olmuş bir millət kimi göstərməyə çalışırlar.

3. Bu zavallı miskin insan iddia edir ki, "İslam dinində də qadın-kişi münasibətlərində (həm bu dünyada, həm də o dünyada) qadını passiv, itaət etməli olan seks xidmətçisi kimi görürük. " Burda deyərlər ki, əksinə İslam dini qadını seks xidmətçisi olmaqdan çıxarıb, sənin ilahlaşdırdığın qərblilər qadını seks obyektinə çeviriblər. İslam dini gələndə qadına heç bir cəmiyyət dəyər vermirdi, halbuki İslam qadını ucaltdı, kişilərin qadınları sadəcə ət kimi görməsinin qarşısını aldı. Dindən bu qədər cahil olduqda bu cür fışqırıq iddialar etmək olar.

4. Gülməli bənzətmələrdən biri də misirlilərin pişiklər haqqındakı inancını İslamda pişiyə münasibətlə müqayisə etməsidir. Deyir ki, "İslam dinində də pişiyin xüsusi, hörmətli heyvan sayılması məlumdur." Kimə məlumdur?! Yalnız dindən savadı olmayanlara məlum ola bilər. Sonra bir də bunu əlavə edir: "Hədislərə görə peyğəmbər Uhud səfərində qarşısına çıxan pişiyi qorumaq üçün ordunun yolunu dəyişir. Səfərdən qayıdanda o, həmin pişiyi özüylə götürür və ona Müəzza adı qoyur. Peyğəmbər bu pişiyi o qədər sevərmiş ki, bir dəfə paltarının üstündə yatdığını görüb onu oyandırmaqdansa, əbasının həmin hissəsini kəsir." Görəsən hansı hədislərdən bunu oxuyub? Heç bir hədis kitabında bu məlumatlar keçmir. Sonra deyir: "Hətta onun “pişiyi sevmək imandandır” deyə bir hədisi də vardır." Bəli, alimlər bunu uydurma hədislər arasında qeyd edirlər. Sənin təxəyyülün necə uydurmadırsa bu hədis də o cür uydurmadır.

5. Bir başqa bənzətməsinə baxaq: "İslama görə şeytan əvvəl mələk idi. Ancaq sonralar şər qüvvəyə çevrilir. Bu ideya da orijinal deyil.

Misir mifologiyasında şəri təmsil edən tanrı Set əvvəllər qardaşı Osiris kimi xeyir qüvvə olub. Sonralar o, qaranlığı və şəri təmsil etməyə başlayıb."

Əvvəla İslam dinində İblisin mələk olması fikri sabit bir fikir deyildir, lakin islam alimləri bunun üzərində fikir ayrılığındadırlar. Ən məşhur olan rəyə əsasən İblis mələk deyildi, cin tayfasına aid idi.

6. Deyir: "İslamda dünyanın faniliyinin dönə-dönə vurğulanması bu dinlə bağlı deyil. Bu dünyadakı həyat misirlilərə görə keçici idi. Əsas həyat yuxarıdakı dünyada, ikinci dəfə doğulduqdan sonrakı həyatdır." Bu bədbəxt başa düşmür ki, dünyanın fani olması, əbədi həyatın əbədi olması inancı qədimdə çox sivilizasiyada olub, bütün ilahi dinlər bu inancı təsdiqləyir.

Axırda yazır: "Nəhayət, bu yazı ilə göstərdik ki, islam dini öz başlanğıcını, iddia edildiyi kimi, ilahi mənbədən deyil, çoxqatlı rahibə və rahib ordusunun yaratdığı bütpərəst dinlərdən götürüb. " Burda deyiblər ki, boyunu yerə soxsunlar! Bu dərəcədə də axmaqlıq oxumamışdım. Həqiqətən də bu cür yazıları necə səviyyəsiz, araşdırmadan insanların arasına buraxırlarsa adam məəttəl qalır.

Ümumiyyətlə iddia etdiyi bənzərliklərin heç birini yoxlamaq üçün bu yazının müəllifi "Ölülər kitabını" oxumayıb. Sadəcə olaraq fərqli İslam düşmənlərinin yazdığı materiallardan oğurlayıb, amma çox əmin bir tərzdə yazır. Ümumiyyətlə hətta bu bənzərliklər sabit olsa belə heç bir şey isbat etməz. Ateist beyni əgər bütün dünyanın bir təsadüfdən əmələ gəldiyini iddia edirsə bəs nə üçün bu cür bənzərliklərin təsadüfdən olmasını qəbul etmir?! Çünki bunun kimi ateistlərin beynindəkilər bir mənalı olaraq "öküz ifrazatından" ibarətdir.

Həm də İslam dininə inanan müsəlmanlar bilirlər ki, İslam dini, Cənnət və Cəhənnəm inancı 7-ci əsrdə ortaya çıxmayıb. Müsəlmanlar inanırlar ki, bu inanclar Adəm peyğəmbərin, yəni Yer üzündə yaşamış ilk insanın zamanından bəri mövcuddur. Bu inanclar ona görə də qədim mətnlərdə, qeyri-islami mətnlərdə belə tapılır, çünki ilk əvvəldən bu barədə Allah peyğəmbərlərinə vəhy endirib.

Samir Firdovsioglu
Müəllif: 


16-07-2018 06:23:51