Ana səhifə

İslam elmə tərs düşər?


YazdırSend to friend

İslam heç bir zaman, heç bir məsələdə fənnə tərs düşməmişdir. Əksinə onu təşviq etmişdir. Dini qaynaqlar bunun gözəl nümunələriylə doludur. Quran da, kainat da Allahın kitabıdır: Birincisi kəlam sifətindən gəlir, digəri isə qüdrət sifətindən.

Elm adamları, dinə inansalar da, inanmasalar da kainat kitabını oxumaqda və Yaradanın qüdrət əsərlərini təfsir etməkdədirlər.

Hər fən, özünə xas bir dil ilə davamlı Allahı bildirir. Məsələn, botanika elmi, bizə bir ağacın xüsusiyyətlərini izah edər. Ağacın torpağdakı qidaları necə aldığını, yarpaqlara qədər necə daşıdığını, meyvələrin necə meydana gəldiyini, böyümənin nə şəkildə olduğunu göstərər. Beləcə, qarşımıza hüceyrələrdən ibarət olan, kökü, gövdəsi, budağı, yarpağı, çiçəyi və meyvəsiylə mükəmməl bir maşın çıxar. Üstəlik də canlıdır. İndi insafla düşünək: Bu möcüzə maşını ağılsız, şüursuz, elmdən, iradədən və qüdrətdən məhrum sadə bir torpağ necə yaradar? Bitki alimlərinin nəhəng laboratoriyalarda belə bir tək yarpağ düzəltməyi bacara bilmirlər.

Yenə bunun kimi zoologiya elmi, ağlımıza bir heyvanın iç dünyasının qapılarını açdı. Hər heyvanın ecazkar bir fabrik olduğunu anladıq. Arı, bal edir; əlsiz bir böcək olan ipəkqurdu ipək toxuyur; qoyun süd verir. Bunların hər biri Rəbbani bir fabrikdir. Özlərinə isnad edilən o sənətə möcüzələrini öz elmi, iradə və qüdrətləriylə etmiş deyildirlər.

Misalları çoxaltmaq mümkündür.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz