Ana səhifə

İslam Elmə Təşviq Edir.


YazdırSend to friend

Bu günə qədər İslamın “elm”lə heç bir ixtilafı və ya qarşıdurması olmamışdır. Elmi qadağan etmək deyil, əksinə onu təşviq etmiş və qadın-kişi bütün müsəlmanlara fərz qılmışdır. Başqa bir tərəfdən elmi kəşflər heç vaxt İslamı təkzib etməmiş, əksinə daim təsdiq etmişdir. Niyə təkzib etsin ki? Elm Allahın yaratdığı varlıqlar üzərində tədqiqat apararaq Allahın qoyduğu qaydaları kəşf etməyə çalışır. İslam da Allah tərəfindən göndərilmiş və əsli qorunmuş ilahi bir dindir. Belə olduqda elmlə İslamın mənbəyi eynidir. Elmi kəşflər olduqca və elm inkişaf etdikcə Allahın əzəməti, qüdrəti, hikmətinin sonsuzluğu daha çox öyrənilir, insanların Allaha olan imanları artır.

Buna görə elm İslamın ayrılmaz bir hissəsidir. Haqq təalanın elm sahibi olduğunu, gizli-aşkar hər şeyi bildiyini ifadə edən bir çox əsmai hüsnası (gözəl adları) vardır. Bəndə Allahın elm sifətindən nəsibini almağa çalışmalıdır. Digər tərəfdən insanları elmə təşviq edən bir çox ayə və hədisi-şərif mövcuddur. Bunlardan bəzilərini qeyd edək.

Allah subhanəhu təala buyurur:

“...Ey Rəbbim! Mənim elmimi artır! -de.” (Taha, 114)

“...Allah da sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaltsın” (Mücadələ, 11)

Rəsulullah -səlləllahu əleyhi və səlləm- belə buyurur:

“Bir kimsə elm əldə etmək arzusuyla yola çıxarsa, Allah onu cənnətin yollarından birinə sövq edər. Mələklər onun bu hərəkətindən məmnun olduqları üçün elm öyrənmək istəyənin üzərinə qanadlarını gərərlər. Göydə və yerdə olan hər şey, hətta suyun altındakı balıqlar belə alim üçün Allahdan bağışlanma dilərlər. Alimin abiddən üstünlüyü, bədirin (14 gecəlik ay) o biri ulduzlardan üstün olması kimidir. Alimlər peyğəmbərlərin varisləridir. Peyğəmbərlər miras olaraq qızıl-gümüş yox, elm qoyub gedərlər. Kim bu mirası götürsə, böyük pay almış olar.” (Əbu Davud, Elm, 1/3641; Tirmizi, Elm, 19/ 2682; Buxari, Elm, 10; İbn Macə, Müqəddimə, 17)

Hikmətli söz möminin itmiş malıdır, gördüyü yerdə onu almağa hamıdan çox haqqı var.” (Tirmizi, Elm, 19/2687; İbn Macə, Zöhd, 15)

Mömin, nəhayət cənnətə gedib çıxana qədər eşitdiyi heç bir elmdən əsla doymaz.” (Tirmizi, Elm, 19/2686)

Bu səbəbdən də müsəlmanlar elmi tədqiqatlara ibadət vəcdilə sarılırlar. Astronomiya müşahidələrinə Əhməd ən-Nihavəndi ilə miladi 800 -cü ildə başladılar. Daha sonra böyük rəsədxanalar qurdular. Üstürlabı təkmilləşdirib günəş, ay, ulduzlar və digər planetlərin uzaqlığını, zamanı, dağların hündürlüyü ilə quyuların dərinliyini ölçdülər. Çalışmalar nəticəsində ilk baxışda hərəkət etməyən ulduzlar tədqiq edilərək yeni ulduz kataloqları hazırlandı. Bir çox yeni ulduz kəşf edildi, ekliptikanın meyili yenidən ölçüldü, günəşin zirvə hərəkəti müşahidə edildi və sabit ulduzların hərəkətilə əlaqələndirildi, planetlərin hərəkətlərilə bağlı başqa mühüm kəşflər həyata keçirildi. Müsəlmanlar astranomiyada riyaziyyatın tətbiqinə dair yeni üsullardan istifadə etdilər. Triqonometriya“sinuslar hesabı”nı işlədərək daha düzgün ölçümlər əldə etdilər. Bundan başqa, planetlərin hərəkətlərilə bağlı hesablama metodlarında (texnikalarında), daha əvvəl əldə ediləndən də mükəmməl nəticələrə nail oldular. (1)

Müsəlmanlar Geologiya, Minerologiya, Botanika, Zoologiya, Riyaziyyat, Fizika, Kimya, Tibb, Əczaçılıq kimi bir çox sahədə buna bənzər kəşflər etmiş, bu elmlərin inkişafına böyük töhfələr vermişlər. İbn Sina (980-1037) 29 müxtəlif mövzudakı kəşfləriylə avropalı elm xadimlərinə rəhbərlik edən böyük bir alim dir. Tibb sahəsində yazdığı “əl-Qanun fit-tib” kitabı Avropa universitetlərində 600 il dərs kitabı olaraq tədris edilmişdir. Gözdəki retina təbəqəsinin funksiyasından ilk dəfə bəhs edən İbn Rüşddür (1126-1198). Əli İbn İsanın (XI əsr) göz barəsində yazdığı “Təzkirətul-Kəhhəlin” adlı əsəri əsrlərlə bu sahədə yeganə kitab olaraq qalmış, latın, alman, fransız dillərinə tərcümə edilmişdir. Ammar bin Əli (XI əsr) 9 əsr əvvəl göz əməliyyatı etmiş və kataraktı necə çıxardığını “əl Müntəxab fi ilacilayn” adlı əsərində təfsilatıyla izah etmişdir. Bu kitab da bir çoxları kimi latınca, almanca kimi müxtəlif dillərə tərcümə edilmişdir. Optika elminin banisi böyük fizikaçıİbn Heysəm (əl-Hazən) (965-1051) eynəyi kəşf etmişdi. Əli İbn Abbas (994) əsrimizin müasir əməliyyatlarına uyğun xəəng xəstəsini əməliyyat etmişdi. “Kitabul Məliki” adlı tibb ensiklopediyası bu gün də heyranlıqla tədqiq edilir. Əbul-Qasım əz-Zəhravi (963-1013) cərrahlığı müstəqil bir elm halına gətirmiş, 200-ə qədər əməliyyat alətinin şəklini çəkmiş, nəyə yaradıqlarını və istifadə qaydalarını “Təsrif” adlı əsərində izah etmişdir. Kiçik qan dövranını 1210- 1288 -ci illərdə yaşayan İbnun Nəfis kəşf etmiş və bunu İbn Sinanın “Qanun” kitabına yazdığı şərhdə təfsilatıyla izah etmişdir. Ağ Şəmsəddin (1389-1459) “Məddətül-həyat” adlı kitabında mikroblardan belə bəhs edir:

“Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını düşünmək xətalıdır. Xəstəlik insandan- insana yoluxaraq keçir. Bu yoluxma, gözlə görülə bilməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsiylə həyata keçir.”

Riyaziyyatda “0”ı ilk dəfə işlədən Xarəzmi (780-850) “əl-Cəbr vəl-Müqabələ” kitabıyla Cəbr elminin təməlini atmış və adını qoymuş dur. Musanın oğulları (IX əsr) dünyanın çevrəsini çox az səhvlə ölçmüşlər. Bir çox elm sahəsində kəşfləri olan Beyruni (973-1051) dünyanın həm öz, həm də günəşin ətrafında fırlandığını sübut etdi, Hindistanın Nəndənə şəhəri yaxınlığında apardığı tədqiqatlar nəticəsində yerin diametrini ölçməyə müvəffəq oldu. Bu mövzuda ortaya qoyduğu qayda Avropada “Beyruni qanunu” deyə bilindi.

Battani (Albateyn) 24 saniyə fərqlə günəş ilini hesabladı. İlk uçuş təcrübəsi İsmayıl Cövhəriyə (950-1010) aiddir. Təyyarə ilə birinci sınağı 880-cı ildə İbn Firnas həyata keçirdi. Quş tükü və parça keçirdiyi təyyarəsilə uzun müddət havada qaldı və süzərək yerə endi.

Razi (864-925) yerin cazibə qüvvəsindən danışdı. Xristofor Kolumb (1446-1506) Amerikanın mövcud olduğunu müsəlmanlardan, xüsusilə İbn Rüşdün (1126-1198) kitablarından öyrəndiyini qeyd edir. İdrisi (1100-1166) öz dövründə zəmanəmizdəki dünya xəritələrinə oxşar xəritələr çəkə bilmişdi.(2) Tarixən müxtəlif yerlərdə bir sıra müxtəlif mədəniyyət ortaya çıxmış, bunlar bir-birinə təsir edib miras qoyaraq elmin inkişafına kömək etmişlər.

Müsəlmanlar da əvvəlki mədəniyyətlərdən elm öyrənmiş, bunu böyük bir təvazö ilə ifadə etmiş və öyrəndiklərini təkmilləşdirmək yoluyla elmə böyük töhfələr vermişlər. Əvvəlki mədəniyyətlərin ortaya qoyduğu kitablar İslam alimləri tərəfindən tərcümə edildikdən sonra içindəkilər olduğu kimi qəbul edilməmiş, lazımi tədqiqatlar aparıl dıqdan sonra səhv hissələri çıxarıldıqdan sonra inkişaf etdirilmişdir.

(1) Prof. Dr. Seyyid Hüseyn Nasr, İslamic Science (İslam və Elm),

İstanbul, 1989, s. 113-134.

(2) Bu mövzuda zəngin qaynaqlar və misallar üçün aşağıdakı kitablara baxmaq olar. Prof. Dr. Fuat Sezgin, Science et technique en islam I-V, Frankfurt, 2004 (İslamda Bilim və Texnika, Ankara, 2007) və digər kitabları; Prof. Dr. Seyyid Hüseyn Nasr, İslamic Science, An İllustrated Study, World of İslam Festival Pub. Co. Ltf, England, 1976 (İslam və Elm, İstanbul, 1989); Dr. Siqrid Hank, Allahs Sone über dem Abendland-UnserArabischen Erbe, Germany, 1960 (Avropanın üzərinə doğan İslam Günəşi, İstanbul, 1991); Karra de Vauks, Les Penseure de l’İslam, Paris, 1923; “Avicenne”, Paris, 1900; Prof. Dr. Mehmet Bayraktar, İslamda Bilim və Texnoloji Tarixi, Ankara, 1985; Şaban Döğen, Müsəlman Elm Rəhbərləri Ensiklopediyası, İstanbul, 1987



02-11-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz