Ana səhifə

İslam elmə ziddir?


YazdırSend to friend

İslam heç bir zaman, heç bir məsələdə elmə zidd olmamışdır. Əksinə onu təşviq etmişdir. Dini qaynaqlar bunun gözəl nümunələriylə doludur. Quran da, kainat da Allahın kitabıdır: Birincisi kəlam sifətindən gəlir, digəri isə qüdrət sifətindən.

Elm adamları, dinə inansalar da, inanmasalar da kainat kitabını oxumaqda və Yaradanın qüdrət əsərlərini təfsir etməkdədirlər.

 

Hər elm, özünə xas bir dil ilə davamlı Allahı bildirir. Məsələn, botanika elmi, bizə bir ağacın xüsusiyyətlərini izah edər. Ağacın torpaqdakı qidaları necə aldığını, yarpaqlara qədər necə daşıdığını, meyvələrin necə meydana gəldiyini, böyümənin nə şəkildə olduğunu göstərər. Beləcə, qarşımıza hüceyrələrdən ibarət olan, kökü, gövdəsi, budağı, yarpağı, çiçəyi və meyvəsiylə mükəmməl bir maşın çıxar. Üstəlik də canlıdır. İndi insafla düşünək: Bu möcüzə maşını ağılsız, şüursuz, elmdən, iradədən və qüdrətdən məhrum sadə bir torpaq necə yaradar?

 

Yenə bunun kimi zooloji elmi, ağlımıza bir heyvanın iç dünyasının qapılarını açdı. Hər heyvanın fövqaladə bir fabrik olduğunu anladıq. Arı, bal edir; əlsiz bir böcək olan ipəkqurdu ipək toxuyur; qoyun süd çıxarır. Bunların hər biri Rəbbani bir fabrikdir. Özlərinə isnad edilən o sənətə möcüzələrini öz elm, iradə və qüdrətləriylə etmiş deyildirlər.



19-11-2009 12:00:00