Ana səhifə

İslam haqq və həqiqət dini olduğu halda, İbni Səbanın İslam xarici fikirləri bəzi Müsəlmanlar arasında niyə yayıldı?


YazdırSend to friend

İslam çox qısa bir zamanda geniş bir sahəyə yayılmışdı. Bu dərəcə geniş və məşhur bir coğrafiya üzərində İslamın bütün məna və incəliklərini, hikmət və həqiqətlərini, yeni Müsəlmanlığı qəbul etmiş millətlərə, intiqal etdirmək, fərqli qövmləri İslami birlikdə əritmək və yoğurmaq, hələ yeni qurulmuş bir İslam Dövləti üçün fövqəladə çətin iş idi. İslamın çatdığı hər yerdə, İslama kütlələr halında girənlər olurdu. Hərçənd bu vəziyyət, Müsəlmanları sevindirirdi. Lakin, mənəvi xəmir lazımlı şəkildə yoğurula bilmir, ideal mənada Müsəlmanlar çox  yetişə bilmir, bu səbəbdən də ideal hiss və yaşayış baxımından Müsəlmanlar arzu edilən konsistensiyada inteqrasiya oluna bilmirdi. Xalq təbəqələri, işlənməmiş xam torpaq kimi idilər. Bu vəziyyət, xüsusilə özünü İranda açıq bir şəkildə göstərirdi.

 

Yeni Müsəlman olmuş kəslər, köhnə səhv inanclarından tamamilə xilas olmamışdılar. Əsrlərdən bəri müddət gəlmiş xurafat və batil inancların təsirində qalaraq ruhları, ağılları, ürəkləri boyanmış bu insanlara İslamın qorxu və xəyaldan, saxta və xurafatdan uzaq olan aydın, dəqiq, həqiqətlərini olduğu kimi qəbul etmək xeyli çətin gəlirdi. İslam bu fanatik insanlar tərəfindən haqqıyla həzm edilə bilmir və haqq din ürəklərə və hisslərə tam mənasıyla yerləşmirdi. Psixoloji olaraq istəyirdilər ki köhnə inanclarını, ənənələrini də İslamla birlikdə davam etdirsinlər. Digər tərəfdən, xilafət mövqeyi də, bu ölkədə xəbərdarlıq və irşat xidmətini lazım olan səviyyədə edə bilmirdi.

 

Bu əhəmiyyətli vəzifənin laqeydlik edilməsi nəticəsində, bu yeni diyarlar uzun müddət sahibsiz qaldı. Fəth zamanında aldıqları ilk feyz və elmlə Qurana və imana aid həqiqətləri hamısıyla əhatə edə bilməmişdilər. İşdə, Yəhudi kimi dessas bir qövm, bu ictimai vəziyyətdən faydalanmağı bacardı.

İbni Səbanın, İranda mənfi fikirlərini yerləşdirməsində əhəmiyyətli bir faktor da xalqın psixoloji quruluşu idi. Onların iç dünyasında, ağıldan çox hiss hökm edirdi. Könülləri həqiqətdən çox əfsanə və xurafatlara açıq idi. Hadisələri məntiq və mühakimə içində təhlil edə bilmir, fikir süzgəcindən haqqıyla keçirə bilmirdilər.

Digər tərəfdən əsrlərcə gedən səltənətlərinin və milli qürurlarının, vaxtilə kölə hesab etdikləri Ərəblər tərəfindən söndürülməsini də heç cür həzm edə bilmir, ağıl planında olmasa belə, hiss planında İslama qarşı bir həzmsizlik göstərirdilər.

 

İbni Səba, bütün bu faktorları qiymətləndirməsini bildi. Yoldaşlarını yığaraq onlara, "Biz əsl hərbə yeni başladıq. Bilmiş olun ki, bu, Müsəlmanlar arasında qiyamətə qədər davam edəcək bir döyüşün başlanğıcıdır. İndi, biz Əlini müqəddəs edəcəyik. Ona, yerinə görə 'üluhiyyət' yaraşdıracağıq, yerinə görə 'peyğəmbərdir' deyəcəyik, yerinə görə də 'xilafətin, Əlinin haqqı olduğunu, lakin Əbubəkr, Ömər və Osmanın Onun bu haqqını qəsb etdiklərini izah edəcəyik."

İbni Səba və yoldaşları, bu qərarı aldıqdan sonra ətrafındakı adamlarını, bu fikirləri yaymaq üzrə vəzifələndirdilər. Bunlar, "Xilafət Əlinin haqqı idi. Xilafətə layiq Əli və övladlarıdır. Bu haqq, onlardan qəsb edildi. Üç xəlifə, xüsusilə Ömər, bu haqqı qəsb etməklə Allahın iradəsinə qarşı gəldilər... Allahın iradəsinə itaət üçün Əlidən yana çıxmaq lazımdır..." deyə təbliğlərə başladılar. Bu təbliğlər, xalq tərəfindən qəbul görüncə, daha da irəli gedərək insanlara ilahlıq isnad edən "Hulul Əqidəsini" İslam inancına soxmaq üçün səy göstərdilər. İslam inancını əsl xəttindən azdıran, tövhid əqidəsinə zidd bir inancı yaymağa başladılar. "Hulul Əqidəsi' İranlıların köhnə dinlərində də vardı. Bu baxımdan, bu batil etiqad onlarda asanlıqla tərəfdar tapdı.



19-11-2009 12:00:00