Ana səhifə

İslam Hüququ və Milli Qanunvericilik nöqteyi-nəzərindən Homoseksualizm


YazdırSend to friend

akademik V.M.Məmmədəliyev,

BDU-nun “İlahiyyat” fakültəsinin dekanı,

Müşərrəf Əliyeva,

Milli Aviasiya Akademiyasının “Hüquqşünaslıq” kafedrasının dissertantı

   Müasir dövrdə dünya dövlətlərinin böyük əksəriyyətini əhatə edən qloballaşma şəraitində xalqların özünəməxsus milli-mənəvi dəyərləri nəzərə alınmaqla insan hüquq və azadlıqlarının təmin olunması məsələsi aktual problemlərdən biri hesab edilir. Belə ki, dövlətlərarası münasibətlər müxtəlif xalqlar arasındakı mədəniyyət mübadilələri ilə nəticələnir. Hansı ki, bu mədəniyyət mübadilələri azsaylı xalqların mədəniyyətinin və mənəvi dəyərlərinin böyük xalqların mədəniyyətinin təsiri altında tədricən silinib yox olmasına, mədəni eyniliyin yaranmasına, millətlərin min illərdən bəri qoruyub saxladıqları adət-ənənələrin, milli-mədəni dəyərlərin arxa plana keçməsinə, ümumbəşəri dəyərlərin əhəmiyyət kəsb etməsinə gətirib çıxarır. Bir sözlə, qloballaşma ictimai həyatın bütün sahələrində (siyasi, iqtisadi, mədəni) qərb düşüncə formasının təbliğ edilməsidir.

   Akademik Ramiz Mehdiyev “Qloballama dövründə dövlət və cəmiyyət” adlı məqaləsində yazır: “Qloballama suveren dövlətlər arasındakı sədləri daıdaraq cəmiyyətin daxilində sosial münasibətləri yeni məcraya salır, milli özünəməxsusluu xüsusi dünyagörüü çərçivələrinə salaraq sərt şəkildə məhdudladırır. O, əvvəla, milli mədəniyyət və ənənələrin öncüllüyünü daıdır, özünəməxsusluqdan uzaqlamanı gücləndirir, corafi və iqtisadi vəziyyətindən, siyasi quruluundan, habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir [Mehdiyev R. Qloballama dövründə dövlət və cəmiyyət. 27 sentyabr 2007 il (www.mediaforum.az).].

   Qloballaan dünyamızda respublikamızın da bu “qərbləşmə” prosesindən kənarda qala bilməməsi təbiidir. Bu proses insan hüquq və azadlıqları sahəsində də özünü büruzə verir, qanunvericilik səviyyəsində mentalitetimizə uyun olmayan bəzi normaların qəbulunda, “avropaya inteqrasiya” adı altında tədricən milli-mənəvi, mədəni dəyərlərimizin yox olmaa üz tutmasında öz əksini tapır. Bu gün qərb dünyası tərəfindən cəmiyyətimizə müasirlik”, “avropaya inteqrasiya”, “ümumbəşəri dəyərlər”, “insan hüquqları” adı altında “sırınan” “dəyərlər” cəmiyyətimizin gələcəyini və ailələri təhlükəyə sürükləməkdədir. Bu təhlükənin qarısının alınmasında qismən də olsa itirak etmək, həmçinin cəmiyyətimizin üzvlərinin maarifləndirilməsi məqsədilə məqalədə şəxsiyyət əleyhinə cinayətlərdən biri olan uaqbazlıq islam dini və milli qanunvericiliyimiz nöqteyi-nəzərindən tədqiq edilmidir.

    Yuxarıda da qeyd etdiyimiz kimi, avropanın cəmiyyətimizə inteqrə etdiyi “dəyərlərdən” biri də homoseksualizmdir (uaqbazlıqdır). Bütün dinlər, o cümlədən islam dini vasitəsilə qadaan edilmiş əməllərdən biri olan homoseksualizm qədim dövrlərdə şərq ölkələrində günah və cinayət hesab olunurdu. Buna görə də onların məskunladıı ərazilərdə xüsusi nəzarət təşkil olunur, cəmiyyətə qarımalarının qarısı alınırdı. Şərq ölkələrindən fərqli olaraq Qədim Yunan elitasında bu cür münasibətlər genivüsət tapmıdı. XIII əsrdə kilsənin müdaxiləsi nəticəsində qəbul olunmuqanunlara əsasən, ngiltərədə homoseksualları tonqalda yandırırdılar. XIX əsrə kimi homoseksualları həm fiziki, həm də psixoloji baxımdan sıxıdırırdılar. XIX əsrdən sonra psixiatorlar homoseksualizmi psixiki xəstəlik kimi qəbul edirdilər. 17 may 1990-cı ildə homoseksualizm Ümumdünya Səhiyyə Toplantısında Xəstəliklərin Beynəlxalq Təsnifatından çıxarılmıdır. Hətta bir çox məsələlərdə demokratik ölkələrlə razılıa gəlməyən Çində də homoseksualizm 2001-ci ildə Çin Psixiatorlar Cəmiyyəti tərəfindən “Ruhi Xəstəliklərin Çin Təsnifatı”ndan çıxarılmıdır. Homoseksuallıın yaranması ilə əlaqədar müxtəlif fikirlər irəli sürülsə də, onların heç biri konkret olaraq sübuta yetirilməyib. Bəzi həkimlər hesab edir ki, homoseksual olub-olmamaq insan hələ doulmamıdan əvvəl müəyyənləşir. Bəziləri isə seksual orientasiyanın konkret bir faktorla deyil, genetik, hormonal və mühitin təsiri ilə müəyyənləşdiyi fikrini irəli sürürlər. Beləliklə, homoseksualizm xəstəlik hesab olunmur və müalicəsi üçün heç bir əsas yoxdur [az.wikipedia.org].

   XX əsrin əvvəllərinədək homoseksualların hüquq və vəzifələri cəmiyyətə məlum deyildi. 1960-cı illərdən etibarən homoseksualların hüquqları hazırlanmaa balandı. Homoseksuallar onlara seçmək, seçilmək, orduda xidmət etmək, eyni cinsdən olanlarla evlənmək kimi hüquqların verilməsini tələb edirdilər. Uzunmüddətli mübarizələrdən sonra 2001-ci ildə Hollandiyada homoseksualların evlənməsinə və övladlıa uaq götürməsinə rəsmi icazə verildi. Bundan sonra Belçikada, spaniyada, Kanadada, CAR, Norveç, sveç, Portuqaliya və İslandiyada da oxar qanunlar qəbul edildi. 17 iyun 2011-ci ildə BMT ilk dəfə olaraq,nsan hüquqları, seksual orientasiya və gender bərabərliyi” haqqında Qətnamə qəbul etdi. Qətnaməyə əsasən, seksual orientasiyaya görə diskriminasiya qadaan edilir [az.wikipedia.org].

   Hal-hazırda tibbi və psixoloji baxımdan homoseksualizm normal hal hesab olunmaqla, homoseksuallar cəmiyyətin bərabərhüquqlu üzvləridir və buna görə də onlara hər hansı qadağa və ya zor tətbiq etmək olmaz. Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da homoseksuallar öz cinsi oriyentasiyalarını gizlətmirlər, hətta cinslərini dəyişdirənlər və özlərinə toy edənlər də var.

    Homoseksualizm Qurani-Kərimdə də ifadə olunduu kimi, Lut peyğəmbərin qövmünün iyrənc və ən aır şəkildə cəzalandırılmış əməli olmaqla, tarixin demək olar ki, bütün dövrlərində tətbiqi müahidə edilmi, müasir dövrdə isə daha genivüsət tapmıdır. Təfsirçilərə görə [9, 14/168,], uaqbazlıq Lut qövmü tərəfindən icad edilmiş əməl olmamaqla, daha əvvəl də mövcud olmudur. Lakin Lut qövmü bu əməli kütləviləşdirdiyi və ictimailəşdirdiyi üçün Qurani-Kərimdə daha əvvəl heç bir qövmün etmədiyi əməli etməklə qınanmılar.

   Lut (ə.s.) və qövmü Quranda 27 yerdə zikr edilməklə, vəziyyətlə balı məlumat verən Ənkəbut surəsinin 28-29-cu ayələrində buyurulur:

 (Ya Rəsulum!)  Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demidi: “Dorudanmı siz özünüzdən əvvəaləmlərdən (bəşər əhlindən, ins və cindən) heç kəsin etmədiyi iyrənc bir ii görürsünüz? Həqiqətən siz (şəhvətlə) kiilərə yaxınlaır, (müsafirlərin namusuna toxunmaq, mallarını əllərindən almaq üçün) yol kəsir və məclislərinizdə  (bir-birinizlə)  çirkin igörürsünüz?”.

Əraf surəsinin 80-81-ci ayələrində:

Lutu da (peyğəmbər göndərdik). Bir zaman o öz tayfasına demidi: "Sizdən əvvəl bəşər əhlindən heç kəsin etmədiyi həyasızlıı (kiilər arasında olan cinsi əlaqəni) sizmi edəcəksiniz? Siz qadınları atıb şəfvətlə kiilərin üstünə gəlirsiniz. Siz, dorudan da, həddi amıbir tayfasınız!” deyilir.

əra surəsinin 165-166- cı ayələrində:

    “Dorudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? Və Rəbbinizin sizin üçün yaratdıı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aan bir camaatsınız!” deyilməklə bu əməlin çirkinliyi bir daha vurulanır. Ayələrdən də anlaıldıı kimi, Lut qövmü bu mövzuda bütün cəmiyyətləri geridə qoyacaq ölçüdə həddi amıdılar. Allah onları peyğəmbəri (Lut) vasitəsilə dəfələrlə doru yola dəvət etməklə, bu çirkin əməldən çəkindirməklə xəbərdar etdikdən sonra iddətli əzaba məruz qoymudur. Quranda, həmçinin Tövratda [14, Yaradılış II/13, 18, 19] bu fəlakətlə balı ətraflı məlumat verilir:

“...Onların üstünə (qızmar dadan) bir yaıyadırdıq. (Peyğəmbər tərəfindən Allahın əzabı ilə) qorxudulanların yaıı nə yaman yaıdır!” [əş- əra:26/160-175; əl-Hicr:15/51-77; ən-Nəml:27/54-58; əs-Səffat:37/133-137: əl-Qəmər:54/33-39].

  (Lut tayfasının məhvi barəsində) əmrimiz gəldiyi zaman o yurdun altını üstünə çevirdik və üzərinə odda bimi(bir-birinə bitiik) bərk dalar yadırdıq. Onlara Rəbbinin dərgahında əlamət qoyulmu(hər dakimə dəyəcəkdisə, üstünə adı yazılmıdı). (Ya Rəsulum!) O (dalar sənin ümmətin içərisində olan) zalımlardan də uzaq deyildir! (Əgər irkdən və küfrdən tövbə edib əl çəkməsələr, onların da baına yaar)” [Hud:11/75-83].

  Bu ayələri ehtiva etməkdə Quranın məqsədi tarixi bir hadisəni rəvayət etmədeyil, homoseksualizm kimi iyrənc əməllə məşğul olan bir qövmün gec-tez məhv ediləcəyini elan etmək və insanları bu iyrənc, yaradılıa zidd əməldən çəkindirməkdir.

   Qurani-Kərimin Nisa surəsinin 15-16-cı ayələrində homoseksualizmlə məşğul olan qadın və kiilər üçün buyurulur:

“Qadınlarınızdan zina (fühu) edənlərə qarı öz aranızdan (möminlərdən) dörd ahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin! ərinizdən belə qəbih igörənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə, Allah tövbələri qəbul edəndir, (bəndələrini) baılayandır!”

   Bu ayələrdə homoseksualizm adlandırılan, lezbiyanlıq (qadınlararası) və uaqbazlıq (kiilərarası) olmaqla cinsi anormallıq və onun cəzası ifadə edilmidir. Ayələrdə qadınlararası münasibətin cəzası olaraq evlərdə həbs, kiilər arası münasibətin cəzası olaraq əziyyət müəyyən edilmidir. Lakin hər iki cəzadan qurtulmaın çarəsi də göstərilmidir. Bu cür münasibətə girən qadınların evdə həbs cəzası Allah onların xeyrinə yol göstərdiyi vaxt sona çatar. Kiilərarası münasibətin əziyyət cəzası da onların tövbə edib bu əməldən çəkinməsi ilə sona çatar. Belə ki, bu əməllərindən sonra həqiqətən tövbə edib çəkinənlərə artıq əziyyət edilməz.

   Alimlərin böyük əksəriyyətinə görə bu ayələr zina cəzasının ilk pilləsini təşkil edir. Birinci ayədə zina edən qadınlara həbs cəzası, ikinci ayədə zina edən kiilərə əziyyət cəzası gətirilmi, həmin ayələr daha sonra nazil olmuNur surəsinin 2-ci ayəsi ilə qüvvədən dümü, zina edən subay kii və qadın üçün yüz çubuq cəzası, evli tərəflər üçün isə dalanaraq öldürülmə cəzası müəyyən edilmidir.

   Nisa surəsinin 15-16-cı ayələri homoseksuallıqla məşğul olan qadın və kiilər üçün evdə həbs və əziyyət cəzalarını nəzərdə tutur. Nur surəsinin 2-ci ayəsi isə zina edən kii və qadınlar üçün yüz cubuq cəzasını nəzərdə tutur. Əgər Nisa surəsinin 15- 16-cı ayələrində də zina və onun cəzasından bəhs edilsəydi, onda Nur surəsinin 2-ci ayəsində bu barədə qeyd edilməzdi, yəni bu mövzuda cəza bir ayə ilə verilərdi. Ayələrdən də göründüyü kimi, fərqli mövzuları ehtiva etməklə müxtəlif cəzalar nəzərdə tutulur.

   Nisa surəsinin 15-ci ayəsində qeyd edilmiAllah onlar üçün bir yol açanadək evlərdə həbs edin” ayəsinin zina haqqında olduunu iddia edənlər həmin cümlədə göstəriləcəyi bildirilən yolu yüz çubuq vurmaq və rəcm (daqalaq etməklə öldürmək) şəklində izah etmilər. Halbu ki, bu cəzalar qadının xeyrinə deyil, zərərinədir. Bunlar qadın üçün çox aır cəzalardır. Allahın bu vəziyyətdən çıxıyolu kimi bu qadınlara ərə getməyi nəsib etməsi onların lehinə olan bir yoldur.

   Lezbiyanlıqla məşğul olan qadınlar evdə nəzarət altında saxlanılarlar, ərə gedənədək evdən bayıra çıxarılmazlar. Yalnız ərə getdikləri və ya bu əməldən vaz keçdikləri təqdirdə, evdə həbs cəzasından azad olarlar.

   Bir biri ilə zina edən kii və qadın isə hər birinə yüz allaq vurmaqla cəzalandırılır [ən-Nur:24/2]. 

 

  Cəzalarla balı Nisa surəsinin 26-cı ayəsində Allahın müsəlmanlara əvvəlki ümmətlərin şəriətləri haqda məlumat verdiyi elan olunduqdan sonra , “Allah istər ki, üzərinizdə olanı (aırlıı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmıdır[ən-Nisa4/28] qeyd edilməklə, əvvəlki şəriətlərdə mövcud olan bəzi aır cəzaların yüngülləşdirildiyi qeyd edilir. Qeyd etmək lazımdır ki, rəcm cəzası Qurani-Kərimdə müəyyən edilmicəza deyil. Rəcm cəzası Tövratda nəzərdə tutulmudur [14, Lavililer, 20, 24/16; Qanunun təkrarı, 22/13 və s.]. Quranda zina edənə yüz çubuq vurulması əmr edilmidir. Rəcm cəzası hədis rəvayətçilərinin fərdi xəbərlərinə əsaslanır. Bu xəbərlərə əsaslanaraq son dərəcə aır cəza olan rəcmin tətbiqini məqsədəmüvafiq hesab etmirik. Quran ilə yüz cubuq cəzası olaraq yüngülləşdirilmiş bu cəzanın peyğəmbər dövründən sonra adətlərin və rəvayətçilərin təsiri ilə yəhudilikdən islam hüququna sızdırıldığına inanırıq. (Cümlənin sonundakı "qsədəmüvafiq hesab etmirik" sözündən də başa düşülür ki, müəlliflər burada öz fikirləri əsasında fətva vermişlər. Təbii ki bu qəti şəkildə qəbul edilməzdir. Onlar İslam Hüququ ilə bağlı hər hansı mövzu haqqında fətva vermək, hər hansı fikiri qəbul və ya rədd etmək səlahiyyət və əhliyyətinə sahib deyillər, bu onların sahəsi deyil. Zina cəzası ilə bağlı bu məqaləni oxumağınızı tövsiyyə edirik. Zina Cinayətinin Cəzası: Rəcm və Cəldə.)

    Uaqbazlıq üçün şəriətdə bir cəza müəyyən edilməmidir. Qurani-Kərimdə bütün günahlar üçün cəza nəzərdə tutulmur. Belə ki, şərab içmək də haramdır, lakin Quranda şərab içənlər üçün cəza nəzərdə tutulmur. Belə günahların cəzası Allah qatındadır.

    Uaqbazlıq son dərəcə çirkin bir əməldir, yaradılıa ziddir. Quran bu əməlin itirakçıları üçün əziyyət vermək cəzası nəzərdə tutur. Əziyyət vermək xalq içində təhqir etmək, döyməklə həyata keçirilir. Cəzanın məqsədi həmin şəxsləri cəmiyyətdə rüsvay etməklə bu çirkin əməldən çəkindirməyə çalımaq, onların bu əməllərinin insanlar arasında vüsət tapmasının qarısını almaqdır, günahkarı öldürmək, ikəst etmək məqsədilə döymək deyil.

    Uaqbazlıın cəzası ilə əlaqədar Nəsai xaricində Sünən sahibləri qrimə vasitəsilə İbn Abbasdan “Lut qövmünün əməlini edənləri görsənin (bilsəniz) hər ikisini öldürün” [5, Hudud, 28; 13, Hudud, 24; 6, Hudud, 12; 1, 1/269.] hədisini rəvayət etmidir. Lakin Nəsai bu hədisi səhih hesab etməmidir. Belə ki, hədisin eyni şəxsin dilindən (Əbu Hüreyrə) müxtəlif şəkillərdə rəvayət edilməsi hədisin doruluuna übhə yaratmıdır. Beləliklə, Peyğəmbərin (s.ə.v.) uaqbazlıq edəni rəcm etdiyi və ya onun haqqında hökm verdiyi sübut edilməmidir.

   Tirmizi Sünənində homoseksuallıq haqqında hədisin sənədinin zəif olduunu qeyd etmidir [13, Hudud, 24; 5, Hudud, 28; 6, Hudud, 12].

   Əbu Davudun Sünənində də uşaqbazlığın cəzası ilə əlaqədar alimlər tərəfindən fərqli fikirlərin irəli sürüldüyü qeyd edilir [5, Hudud, 28]. Səid ibn Müsəyyəb, Ata ibn Əbi Rabah, Nəhai, Həsən Bəsri, Qətadə, hənəfilərdən Əbu Yusuf, Muhəmməd, imam Şafii və bəzi alimlərin rəvayətinə görə, imam Malikin görüşünə əsasən, uşaqbaz evlidirsə, o zaman hədd cəzası tətbiq edilər, yəni rəcm edilər.

  (Bizim əlavəmiz-İmam Şafiî'nin iki görüşündən daha zahir olanına görə, hansı ki Əbu Yusuf və İmam Muhamməd də bu fikirdədir- bu əməlin cəzası zinanın cəzası kimidir. Yəni muhsan (müsəlman olması, daha öncə nikahlı olduğu biri ilə bircə dəfə də olsun cinsi münasibətdə olması) isə rəcm edilir, muhsan olmasa yüz çubuq vurulur. Mef'ulə isə Şafiî'yə görə, muhsan da olsa qeyri-muhsan da olsa, qadın da olsa kişi də olsa yüz çubuq və bir il sürgün cəzası verilir.)

   İmam Şafiiyə görə, passiv vəziyyətdə olan tərəfə kişi və ya qadın, həmçinin evli olmasından asılı olmayaraq, yüz çubuq vurular və bir il müddətinə sürgün edilər.

   Əhməd ibn Hənbələ görə, uşaqbaz evli olub-olmamasından asılı olmayaraq öldürülər. (İmam Malik və Əhməd ibn Hənbəl başda olmaqla, digər bir qisim alimlərə görə, livata edənin cəzası rəcm edilməkdir, muhsan da olsa qeyri-ı muhsan da olsa fərq etməz-bizim qeydimiz)

  Əbu Hənifənin görüşünə əsasən, uşaqbaza hədd cəzası deyil, təzir tətbiq edilər. Əbu Hənifəyə görə, bu əməl zina deyil. Çünki səhabələr uşaqbazın öldürülmə forması ilə bağlı müxtəlif fikirlər irəli sürmüşlər. Kimisi alovda yandırılmasını, kimi üzərinə divar yıxılmasını, kimi yüksək bir yerdən atılmasını söyləmişlər. Bir sözlə, bu əməl anormal münasibətə əsaslandığı üçün zina hesab olunmur. Zina əks cinslərin nümayəndələri arasındakı qeyri-qanuni münasibətdir”.

 

   Hz. Əbu Bəkir, Hz. Əli kimi böyük səhabələrin də içində olduqları qrupa görə, uşaqbaz başı qılıncla kəsilməklə öldürülər [Ebu Davud Süleyman b. el-Eas es-Sicistani. (ö.888m/275h), es-Sünen, Çarı yayınları, stanbul, 1981, I-V., Hudud, 28].

   Quranın bu mövzuda müəyyən etdiyi cəza da təzirdir. Ona görə Əbu Hənifə uşaqbaza sadəcə təzir cəzasının tətbiq ediləcəyini demişdir. Çünki Quranda “Hz. Peyğəmbərin (s.ə.v.) hədislərində də homoseksualizm pislənmiş, bu əməli işləyənlərə Allahın rəhmət nəzəri ilə baxmayacağı bildirilərək [Tirmizi Ebu sa Muhammed. (ö.892m/279h) es-Sünen, stanbul, 1981, I-V., Rada, 12], uşaqbazlıq edənlərin lənətləndiyi ifadə edilmişdir [Ahmed ibn Hanbel. Müsned, Çağrı yayınları, stanbul, 1981, I-VI. , 1/73].

   Peyğəmbər (s.ə.v.) ümməti haqqında ən şox qorxduğu əməl olaraq Lut qövmünün bu çirkin davranışını bildirmiş [bn Mace, Hudud, 12; Tirmizi, Hudud, 24] və onu qadağan etmişdir [bn Mace, Nikah, 29; Ebu Davud , Nikah, 45; Tirmizi, Taharet, 102].

    Cinsi ehtiyacların təbii və halal şəkildə ödənilməsi, yaradılıa uyunluun və iffətin qorunması, insan qürürunu zədələyən hər cür cinsi azınlıqdan və pozunluqdan uzaq durulması Quranın əsas tələblərindən biridir.

   1400 ildir bəşəriyyətə hidayət rəhbəri olan Qurani-Kərim ictimai həyatın və münasibətlərin hər sahəsində insanlara doğru yolu göstərir. İslam dini cinsi münasibətlərdə də halal və haramların sərhədlərini müəyyən etməklə, insanın yaradılışına uyğun olan, həmçinin nəslin davam etməsi üçün cinsi münasibəti təşviq edir və bu yolla cəmiyyəti rifaha və əmin-amanlığa sövq edir.

    Respublikamızda bu əməl 2001-ci ilədək cinayət hesab olunmaqla, AR-in keçmiCM-nin 113-cü maddəsi ilə (Uaqbazlıq) bu əmələ görə məsuliyyət nəzərdə tutulurdu. 2001-ci ildə bu maddə Avropa urasına üzv qəbul edilmək məqsədilə CM-dən çıxarıldı. Daha dəqiq desək, bu əməl respublikamızda icazə verilən olmaqla, onun tətbiqinə görə cinayət məsuliyyəti nəzərdə tutulmur.

   Uaqbazlıın ailə institutunu, həmçinin cəmiyyəti sarsıdan, mənəviyyata sımayan, əxlaq normalarına uyun gəlməyən, yaradılıa zidd olan əməl olduunu nəzərə alaraq, bu əməlin AR CM-nin 20-ci fəslində müəyyən edilmiş şəxsiyyətin cinsi toxunulmazlıı və cinsi azadlıı əleyhinə olan cinayətlərdən biri qismində nəzərdə tutulmasını məqsədəmüvafiq hesab edirik. Avropaya inteqrasiya, avropa dəyərləri adı altında xalqımıza “sırınan” hərəkətlərdən biri kimi həm dinimizə, həm də mentalitetimizə zidd olan uaqbazlıın (kiinin kii ilə cinsi əlaqəsi) cinayət hesab edilməsini və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150-ci maddəsinin adının və dispozisiyasının dəyidirilərək aaıdakı redaksiyada verilməsini təklif edirik:

Maddə 150. Uaqbazlıq və digər seksual xarakterli zorakılıq hərəkətləri

  150.1. Kiinin kii ilə cinsi əlaqəsi (uaqbazlıq) - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

   150.2. Zərərçəkmiş şəxsə və ya baqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə- üç ildən beilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

150.3. Eyni əməllər:
150.3.1. bir qrup
şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə 
tərəfindən törədildikdə;

150.3.2. zərərçəkmiş şəxsin zöhrəvi xəstəliyə yoluxmasına səbəb olduqda; 150.3.3. təqsirkar üçün akar surətdə yetkinlik yaına çatmayan şəxs barəsində törədildikdə;

150.3.4. zərərçəkmiş şəxsə və ya baqa şəxslərə qarı xüsusi amansızlıqla törədildikdə;

150.3.5. təkrar törədildikdə;
be
ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

150.4. Eyni əməllər:
150.4.1. ehtiyats
ızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda;
150.4.2. ehtiyats
ızlıqdan zərərçəkmiş şəxsin insan immunçatımazlıı virusu ilə 
yoluxmasına və ya digər aır nəticələrə səbəb olduqda;

150.4.3. təqsirkar şəxs üçün akar surətdə on dörd yaına çatmayan şəxs barəsində törədildikdəsəkkiz ildən on beilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 Dəyərləri uşaqbazlığı (homoseksualizmi), qeyri-qanuni, nikahsız (heyvanların münasibətindən fərqi olmayan) münasibətləri, atasız (donor vasitəsilə), anasız (surroqat ana vasitəsilə) uşaq sahibi olmağı təlqin və təşviq edən, ailə institutuna heç bir dəyər verməyən, bir sözlə insanı insan kimi səciyyələndirən və onu heyvanlardan fərqləndirən dəyərləri aradan qaldırmağa çalışan, əxlaq normalarına tamamilə zidd olan hərəkətləri aşılayan və qloballaşma adı altında dövlətlərin daxili işlərinə müdaxilə etməklə, yuxarıda sadaladığımız qeyri-etik və heyvani “dəyərlərin” respublikamızda insan hüquqları adı altında müxtəlif qanunvericilik aktlarında norma kimi müəyyən edilməsinə nail olan avropanın təbliğ etdiyi dəyərlər yerinə milli mənəviyyatımıza, dinimizə əsaslanan, cəmiyyətimizi fəlakətə sürükləməyəcək normaların tətbiqini daha məqsədəmüvafiq hesab edirik. 

 


22-04-2019 11:43:33