Ana səhifə

İslam hüququnda mülkülük və şəxsilik prinsipləri


YazdırSend to friend

   İslam hüququmda cəza qununun mülkülüyü və şəxsiliyi prinsipləri vardır. Mülkülük prinsipinə görə, cəzalar sadəcə islam ölkəsinin ərazisində işlənən cinatyətlərə görə tətbiq olunur. Həmin islam şəritəninin tətbiq olunduğu ölkənin vətəndaşı xarici ölkədə o cinayətləri işləsə cəza tətbiq olunmur. Şəxsilik prinsipinə görə isə, islam ölkəsinin vətəndaşı harda olursa olsun, vətəndaşı olduğu islam ölkəsinin cəza qonunlarına görə cəzalandırılır.

   Əbu Hənifə və bir qisim islam alimi mülkülük prinsipini əsas götürərək deyir ki, müsəlmanlar xarici ölkədə olduqları əsnada törətdikləri cinayətlərə görə İslam ölkəsinə qayıtdıqları zaman cəzalandırılmazlar. Amma qul haqqı ilə bağlı məsələ varsa, bu ödənilir.

   İslam alimlərinin çoxunun qəbul etdiyi digər görüşə görə, İslam ölkəsi vətəndaşları üçün şəxslilik prinsipi , İslam ölkəsindəki xaricilər üçün isə mülkülük prinsipi üstündür. Bu qəbula görə, İslam ölkəsi vətəndaşı olan müsəlman və ya zimmi bir şəxs xarici ölkələrdə İslam hüququnun cinayət qəbul etdiyi bir hərəkəti işləmiş olsa, öz ölkəsinə qayıtdıqdan sonra törətdiyi bu cinayətə görə cəzalandırılacaq.

   İslam Hüququ/ 9-cu fəsil/ Cəza hüququ/ prof. Celal Erb

Müəllif: 


03-09-2018 04:56:47