Ana səhifə

İslam, soyqırımlara və qan iddialarını necə maneə törətmişdir?


YazdırSend to friend

"Heç bir kimsə, kimsənin yükünü daşıyacaq deyil." Bu təməl əxlaqi prinsip Quranda beş dəfə keçməkdədir (Ənam Surəsi, 164; İsra Surəsi, 15; Fatır Surəsi, 18; Zumər Surəsi, 7 və Nəcm surəsi, 38 ). Bütün insanlıq dünyası Quranın bəyan etdiyi bu prinsipə hava və su kimi şiddətlə möhtacdır. Bəşər tarixində icra edilən bütün zülm və haqsızlıqların altında bu prinsipin tapdalanması yatmaqdadır. Bu ayədən çıxan birinci məna, "Heç bir günahkar başqasının günahını yüklənməz. Hər kəsin günahı özünə aiddir."

 

Bir həkim bir səhv etsə, bütün həkimlərin peşəsi əllərindən alınmaz, bir avtomobil qəza etsə, digər vasitələr yoldan məhrum edilməz, bir Müsəlman və ya Xristian bir cinayət törətsə, onun günahı bütün Müsəlman və Xristianlara mal edilə bilməz. Bir insanın günahından ötəri onun yaxınları, qohumları və kənd və qəsəbəsindəki sakinləri məsul tutula bilməz. Bir adamın günahından bütün tayfası və qohumlarına sanksiya tətbiq olunmaz; onlar, töhmət və tahakküm altına alına bilməz.

Müdafiə edilməkdən aciz kimsəsizlər, uşaqlar, yaşlılar, qadınlar, heyvanlar, quşlar, böcəklər bütünlüklə məhv edilmiş olar. İşin sonunda, həm himayədən məhrum günahsız insanlar, həm məbəd və tarixi əsərlər, həm də ekoloji tarazlıq tarimar edilmiş olar ki, belə bir tətbiq nə insanlığa nə də heç bir əxlaqi dəyərə sığmaz.

 

Bu səbəblə İslam, kin və intiqamı gələcək qurşaqlara miras olaraq buraxmaz, günahkarı cəzalandırar, günahı doğuracaq mühiti islah etməyə çalışar, bəşərin ruhuna sevgi və söhbəti, dostluq və qardaşlığı təlqin edər. Kin və vəhşilikdən, terror və fitnədən şiddət və dəhşətlə çəkindirər.

 

Ayənin ikinci mənası, doğan uşaq günahsız olaraq doğular, heç bir hesaba, heç bir cəzaya məruz qalmaz. Öhdəçilik çağına gələnə qədər bu özəlliyi qorunar. Bu qayda, "insanın günahkar olaraq doğular" şəklindəki anlayış ilə, "peyğəmbər və ya əzizlərin özlərini fəda edərək insanları günahlardan qurtaracağı" - Xristian dinində mövcud olan səhv inanc - şəklindəki anlayışı da qəbul etməz.



19-11-2009 12:00:00