Ana səhifə

İslamda bombalı intihar hücumlarının hökmü nədir?


YazdırSend to friend

İntihar, həyata son vermə hadisəsidir. Ancaq insanın həyatına son vermə haqqı var? Özünə o həyatı və bədəni verən, verdiyi həyatı və bədəni intihar yoluyla yox etmə haqqını da vermişdir? İnsanın əlində belə bir icazəsi mövcuddur?

 

Bu problemin cavabı mühümdür. Bu cavab düşünülməzsə intihar cinayətinin İslamda niyə qadağan olduğu dəqiq olaraq aydın ola bilməz.

Rəbbimiz həssas və şəffaf olan insan ruhunu, bir bədən içinə bu dünyaya göndərmişdir. Göndərdiyi bu bədəni insana mülk olaraqmı vermişdir, yoxsa əmanət olaraqmı? Yəni insan, bədənin qonağımı, yoxsa sahibidir?

Tətbiqi lazım olan təməl nöqtə budur! Əgər insan, bu bədənin sahibi isə məsələ yoxdur. Sahibi olduğu bədəndə istədiyini edə bilər. Öz mülküdür çünki. Əgər sahibi deyilsə, o təqdirdə əmanəti qorumaqla vəzifəlidir. Korlama haqqına sahib ola bilməz...

 

Demək ki, bu bədən mülkümüz deyil, ruhumuzu qorumamız üçün bizə lütf edilmiş bir mehmanxanamızdır. Elə isə əmanət olaraq verilmiş bu İlahi sənət möcüzəsini yox etməyə istiqamətli təşəbbüslərdə ola bilmərik.

 

İqtisadi və ya ictimai çətinliklər üzündən ümidsizliyə qapılıb da intihara yönələ bilmərik. Bədənimizi canlı bomba olaraq partladıb da havaya uçura bilmərik. Çünki bu bədəni, bu orqanları, bu əli, ayağı, gözü, qulağı, heç birini biz etməmişik, onlar bizim sənətimizin məhsulu deyildirlər. Bu sənət möcüzəsini yaradıb da bizə ikram və lütf edən Şəxs, onu bir mehmanxana olaraq istifadə etməmizi icazə vermişdir. Təmirə icazə var, təxribə icazə yoxdur.

 

Bundan ötəridir ki, İslamda insanın öz malı olmayan bədənini yox etmə mənasını verən intiharların hər cürünə qadağan qoyulmuş, hətta bəzi alimlər intihar edərək Allahın binasını yox edənin cənazə namazının qılınmayacağını da söyləmişlər.



19-11-2009 12:00:00

Düğüme özel