Ana səhifə

İslamda ilk xəstəxana nə vaxt qurulmuşdur və ilk tibb bacısı kimdir?


YazdırSend to friend

Hicrətin beşinci ilində Qureyş və Qatafan qəbilələrindən 10.000 nəfərlik bir qüvvət Mədinə üzərinə yürüş etdi. Bunlara qarşı Səlmanı Farisinin təklifi üzərinə geniş bir xəndək qazıldı. Düşmən xəndəyi görüncə çaşıb qaldı. Çünki belə bir müdafiə etmə sistemi ərəblərin heç görmədiyi bir şey idi. Düşmən atlılarından bir neçəsi çətinliklə xəndəyi aşmağı bacarmışsa da, ya öldürülmüş və ya qaçmağa məcbur edilmiş olduğundan iki tərəf də ox atmaq surətiylə vuruşurdu.

Peyğəmbər Əfəndimiz (s.ə.v.), Mədine-i Münəvvərədə Məscidi Nəbəvinin içinə yaralıların müalicə edilməsi məqsədiylə bir çadır qurdurdu. Bu çadırın idarəsinə də Rüfeydə adında bir qadını gətirdi.

Vuruşma əsnasında düşmən tərəfindən atılan oxlardan biri, Ənsarın öndə gələnlərindən Sad bin Muazın qoluna batmış və "əkhal" deyilən qalın damarını qoparmışdı.

Bu hadisəni xəbər alan Peyğəmbər Əfəndimiz dərhal əmr buyurdular:

"Sadı dərhal Məsciddə olan Rüfeydənin çadırına aparın." Yaralını götürüb apardılar. Hz. Sadın yarası Rüfeydə xatun tərəfindən sarıldı və çadıra yatırdıldı. Lakin qan heç cür kəsilmirdi. Sonunda Hz. Sad qan itkisindən şəhid oldu.

Bu çadır içində Rüfeydə tərəfindən yarası sarılmış olan başqa yaralıların da olması çox təbii isə də, adları tarixə keçməmişdir. Rüfeydənin adı və çadırı da Sad bin Muazın yaralanması və yarasının orada sarılması münasibətiylə yazılmışdır.

Qaynaq: Mehmed Paksu, Çağın Gətirdiyi Suallar



26-04-2011 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz