Ana səhifə

İslamda teokrasi var?


YazdırSend to friend

Cənabı Haqq, Hz. İsanı administrativ işlərlə vəzifələndirməmişdi. Bu səbəblə Xristianlıqda dövlət idarəsinə dair heç bir hökm yox idi. Yalnız imani və əxlaqi əsaslar olardı.

 

Lakin keşişlər İncildə varmış kimi göstərərək, iqtidarı əllərinə götürmələrini təmin edəcək hökmlər uydurdular. Bunun üçün də ənənələrdən və köhnə müqəddəs kitablardan ictimai qaydalar və siyasi prinsiplər çıxararaq İncilə əlavə etdilər. Yəni Hz. İsanın təbliğ etdiyi dində dəyişiklik etdilər. Bundan sonra Xristian xalqı keşişlər idarə etməyə başladılar. Beləcə "keşişlər dövləti" ortaya çıxdı. Bu idarə şəkli də "teokrasi" olaraq adlandırıldı.

 

Teokrasi idarəsi "Ruhanilərlərə (keşişlərə) qeydsiz şərtsiz təslimiyyət və kor-koranə təqlid" anlayışını gətirdi. Daha sonraları isə, "keşişlərin və ruhani rəislərin riyasət və təzyiqləri" şəklinə döndü.

 

Görüldüyü kimi teokrasi, Orta əsrlər keşişlərinin idarəsidir. İslamda isə belə bir idarə şəkli qətiliklə yoxdur. Onun təbliğ etdiyi dövlət və idarə şəklində pisliyin, zülm və basqıya rast gəlmək belə mümkün deyil.

 

Onsuz da Peyğəmbərimiz (s.ə.s.) Hz. İsa kimi yalnız axirətlə əlaqədar olan imani və əxlaqi əsasları deyil, dünya və axirət həyatını birlikdə tənzimləyən imani, əxlaqi və siyasi hökmləri birdən təbliğ buyurmuşdur. Bu xüsuslarda ən incə bir nöqtəni belə bildirmiş, şəxsən tətbiq edərək də göstərmişdir. Bu səbəbdən, İslamda digər dinlərdə olduğu kimi, din bir təzyiq ünsürü olaraq istifadə edilməmiş, insanların hər cür maddi və mənəvi səadətinə vəsilə olmuşdur.

 

 

Ayrıca İslamda idarəçinin hər sözünə qeydsiz şərtsiz təslim olmaq və onu kor-koranə təqlid etmək də yoxdur. Müsəlmanlar xəlifəyə hesab soruşa bilərlər, anlamadıqları xüsusların izahını istəyə bilərdilər. Hz. Ömərin bu barədə bir çox tətbiqi vardır. Müsəlmanlar administrativ baxımdan ən üst səviyyədə olan bu şəxsə, "Haqq və həqiqətdən ayrılsan, səni qılıncımızla istiqamətləndirərik." deyə xəbərdarlıqda ola bilmişlər. Hz. Ömər isə bu növ xəbərdarlıqlara məmnun olmuş, onlara qarşı minnətdarlığını ifadə etmişdir.

 

Bütün bu xüsuslar teokrasinin İslamla yaxından uzaqdan bir əlaqəsinin olmadığını göstərməkdədir.



19-11-2009 12:00:00