Ana səhifə

İslamdakı 4 arvadla evlənmək məsələsi.


YazdırSend to friend

   Allah Rəsulu aleyhissalam dörddən artıq xanımı olan səhabələrinə onları boşamağı, maksimum 4 xanımla evli ola biləcəklərini əmr etmişdir. (Əbu Davud, 13/24; Tirmizi, 9/33.)

   Saqif qəbiləsindən olan Qaylan İslam dinini qəbul etdikdə onun 10 xanımı var idi. Rasulullah aleyhissalam ona bunlardan 4-nü seçməsini və qalanlarını boşamasını tələb etmişdir. (İbn Səd, V, 371)

    Buna bənzər hadisələr barəsində ətraflı məlumat üçün baxa bilərsiz: İbn Kəsir, Təfsir, 4-cu surə / 3–cü ayə (1, 450-451) ; İbn Həbib, Mühəbbər, s. 357; Səraxsi, Məbsut, IV, 54;

   Bu son mənbədə deyilir: “Qaylanın altı, Qeys ibn Harisənin isə on xanımı, Dəhhaq ibn Qeyd əd-Deyləminin isə iki xanımı vardı. Ancaq bunlar əkiz bacılar idilər. Buna görə Hz. Peyğəmbər ona; “Bunlardan birini seç” demişdir. Çünki Qurani–Kərimə görə bir kişinin iki bacı ilə eyni anda evli olması qəti qadağandır.

   İslamı və Rasulullah aleyhissalamı öyrənərkən və bu zaman bəzi qəribə hallarla qarşılaşarkən mütləq düşünmək lazımdır ki, söhbət 1400 il əvvəldən gedir, bəli 1400 il əvvəl, səhralığın ortası, bütün cəmiyyətlərdən təcrid olunmuş, özlərinə xas qəribə adətləri olan bir cəmiyyət, bədəvi ərəb cəmiyyəti. Sadəcə, 1 əsir öncəki azərbaycan adət-ənənəsi ilə indiki azərbaycan adətləri, mentaliteti bir-birində çox kəskin fərqlənir. Əgər 20-ci əsrdə nənə-babalarımız 13, 14, 15 yaşlarında evlənirdisə indi belə hallar qətiyyən qəbul edilməzdir, həmin adama çox pis gözlə baxa bilərlər. Hər kəs valideynlərində bunu öyrənə bilər. Bəli sadəcə sivilzasiya mərkəzində olan, hər tərəfli digər mədəniyyətlərin təsirinə məruz qalan, mədəni bir xalaq olan azərbaycan kimi bir ölkədə 1 əsr ərzindəki mentalitet ziddiyətlərinə baxın və tarixi və xüsusən islam tarixini və xüsusiylə İslam Peyğəmbərinin həyatını bu məntiqlə oxuyun. Onda adil, doğru nəticələrə gələ biləcəyik. Yuxarıda sadəcə o dövrün evlilik məsələsindən çox qısa bir məlumat vardır. Gerisini siz düşünün ta..

Müəllif: 


02-09-2018 01:58:25