Ana səhifə

İslamdan əvvəl, Ərəblərin Allah inancı necə idi?


YazdırSend to friend

 

İslamdan əvvəlki Cahiliyyə dövründə bütə ibadət etmək, Allaha şirk qoşmaq və Allah haqqında uyğun olmayan inanc və düşüncələr olduğu kimi, uca bir varlıq olaraq tək bir Allaha iman inancı da mövcud idi. (1)

 

Hənif dininə mənsub olduğunu söyləyənlərin bəziləri, Hicaz bölgəsində mövcud olan şirki, bütpərəstliyi tənqid edirdilər. (2) Allah haqqında, ONA uyğun inanc içərisində qala bilirdilər. Necə ki Həniflərin içində olduğu vəziyyəti izah etməsi baxımından Əbu Zər (r.ə.) hadisəsi əhəmiyyətlidir. Yeni dinin varlığını eşidən Əbu Zər (r.ə.), qardaşını göndərib məlumat əldə etməsini istədi. Qardaşı dönüşündə belə dedi: "Hz. Məhəmməd, sənin kimi tək Allaha ibadət edir, yaxşılıqla rəftar etməyi əmr edir." (3).

 

Yenə Zeyd b. Əmr, Kəbəyə gedib səcdəyə gedir və belə dua edir: (4) "Allahım mən sənə necə ibadət ediləcəyini bilmirəm. Sənin razı olacağın ibadəti bilsəm elə ibadət edərəm. Lakin bunu bilmədiyim üçün başımı yerə qoyub səcdə edirəm."

 

Züheyr b. Əbi Sülmanın bu beyti,  Allahın tək bir olduğuna inanması deyil, eyni zamanda böyük mərtəbə olan ONun hər şeyi, hətta içimizdə gizlədiklərimizi belə  bildiyinə, hər şeyin yazılıb bir gün hesaba çəkiləcəyimizə olan inancını ifadə edər.

 

"İçimizdəki şeyləri gizləməyə çalışıram, nə qədər gizlənsə Allah onları bilər. (Etdiyimiz şeylərin  cəzası) təxirə salınar, bir kitaba qoyular, ya da hesab günü üçün saxlanar və ya hesabı tez görülər intiqam alınar. "(5)

 

İbrahim (ə.s.) və İsmayıl (ə.s.)ın dinindən qalan inanc əsasları işığında, Allaha dümdüz inanaraq şirk qoşmayanlar olduğu kimi, bir tərəfdən Allaha inanıb digər tərəfdən müxtəlif varlıqları və ya bütləri ONA ortaq qoşanlar da  vardı. (6) Bu ibadət etdikləri şeyləri vasitə qəbul edirlər, etdikləri şirkə guya özlərincə haqq qazandırırdılar. Göy cisimlərindən günəşə ibadət edənlər (7) olduğu kimi, ulduzları Allahın ən böyük məxluqları olaraq gördüklərindən, hörmətlərindən ötəri zamanla (8) onlara da ibadət edənlər vardı. Mələk, cin və ruhaniləri (9), təbiət varlıqlarını (10) ortaq qoşanlar olduğu kimi tamamilə inkar edənlərdə mövcud idi. (11)

 

Belə bir mühitdə gələn İslam, daha əvvəldən var olan doğru inancları mühafizə edərək, Allahı özünə layiq bir şəkildə açıqlamış, ortaqlardan, şirkdən, bənzətməkdən, vasitədən uzaq olduğunu ifadə etmiş, inkarçılığın hər növünü qaldıraraq üluhiyyətin bütün istiqamətlərini kamalı aydınlıqla izah və isbat etmişdir.

 

Haşiyələr:

 

1.  bx. M. Hamidullah, I, 31.

 

2.  Uğur, M. Hicri Birinci Əsrdə, s. 13; Qureyşli muvahhidlərdən bəzilərinin Məkkəni tərk edib yeni din axtarışlarına girmələrini (İbn İshak Sirə, s. 95), onsuz da bir qisimini yaşadıqları amma hamısını bilmədikləri Hənifliği və ya gələcəyini bildikləri İslamı axtarış səyləri deyə anlamaq daha uyğun olacaq.

 

3.  Müslim, Fedailus-Sahabə, 131.

 

 

5.  Muallakatı Sebə, s. 24.

 

6.  Yeddi ilaha inandığını söyləyən Husayna  Hz. Peyğəmbər (s.ə.s.) Müsəlmanlığı öyrədər o da müsəlman olar: Tirmizi, Daavat, 70.

 

7.  bx. İbn Kuteybə, Şərh, s. 154; Alusi, Buluğul-Ərəb,II, 215-216; Krş. Nəml, 22-24; Zumər, 3.

 

8.    Dəyişik ulduzları müqəddəs gördükləri ilə əlaqədar baxın. Buxari, Mənakibul-Ənsar, 27; Müslim, Cənaiz, 29; Müsnəd, II, 455. Krş. Doğuşdan günümüzə İslam tarixi, Komissiya, Çağ Yay. İst. 1992, I, 175. Günəş haqqındakı bu düşüncələr Ay haqqında var olmuş, İslam bu səhv anlayışları tamamilə qaldırmışdır. Ancaq indiki vaxtda bəzi zəif və xəstə uşaqların Aya göstərilərək, "Ya al ya ver" deyilməsi, uşaqların yeni çıxan dişlərini günəşə göstərərək yaxşısıyla dəyişdir deyilməsi, hələ bəzi səhv anlayışların davam etdiyini göstərər. (bx. Kalafat, Y. D. Anadoluda köhnə Türk İnanclarının İzləri, T. T. K. Y. Ank. S. 31; Polad, Əli, Xalq İnancları, s. 72.)

 

9.  bx. Al-İmran, 80; İbn Kəsr, Təfsir, IV, 377; Yazar, Haqq Dini, VIII, 5381; İzutsu, Quranda Allah və İnsan, s. 19; Alusi, Buluğul-Ərəb, II, 197; Krş. Saffat, 158; Ənam, 100.

 

10.  İbnul-Kəlbi, Kitabul-Əsnam, s. 11-16; Qurani Kərim bunları dəyişik adlarla xatırlayar: ƏRAF, 128; Ənam, 74; Ənbiya, 52; Şuəra, 71, Maidə, 90.

 

11.  bx. Casiyə, 24; Alusi, Buluğul-Ərəb, II, 220; Allaha inanıb Peyğəmbəri inkar edənlər üçün bx. Furqan, 7.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz