Ana səhifə

İslamı doğru başa düşmənin yolu nədir?


YazdırSend to friend

İnsanlıq aləmi, doğru inancı və gözəl əxlaqı səmavi dinlərdən öyrənmişdir. Səmavi dinlər, "Cənabı Allahın, peyğəmbərləri vasitəsiylə insanlara təbliğ etdiyi bir ümumi qanun, bir rəhbər, bir mürşid," deyə təsvir edilmişdir. Belə bir din, insanlara etiqad, əməl və əxlaqı öyrədib onları xeyr və fəzilətə sövq edər.

 

Səmavi dinlərin sonuncusu və ən mükəmməli İslam dinidir. Onun ehtiva etdiyi hökmlər qiyamətə qədər baqidir. Bu həqiqət Qurani Kərimdə belə ifadə edilər; "Allah yanında din ancaq İslamdır." (Ali imran Surəsi, 19)

 

"Bu gün, sizə dininizi bütünlədim, üzərinizə olan nemətimi tamamladım. Din olaraq sizin üçün İslamı seçdim." (Maidə Surəsi, 3)

 

İslamı həqiqətiylə anlaya bilmək üçün ona. hər cür hökmdən, qərəzdən uzaq qalaraq, Qurani Kərim tərəfindən baxmaq lazımdır. Çünki Qurani Kərim 1400 ildir heç bir dəyişikliyə düşmədən, ilk nazil olduğu şəkliylə, hər kəsin əlində mövcuddur. İfadələri çox açıq və aydın; hökmləri ağıl və hikmətə uyğundur. Bir çox dilə tərcümə edilmişdir. Qurani Kərimi daha yaxşı anlaya bilmək üçün də, hədislərə müraciət etmək, yəni Qurani Kərimə Peyğəmbərimizin nəzəri ilə baxmaq lazımdır. Bundan sonra müraciət edilməsi lazım olan qaynaq, Quranı və hədisi anlamada əhli ixtisas olan İmamı Azam, İmamı Şafi kimi müçtəhitlərin içtihatlarıdır.



19-11-2009 12:00:00