Ana səhifə

İslami həyatı və namazı həyatımda davamlı etmək üçün nələr tövsiyə edərsiniz?


YazdırSend to friend

Bu gün sizinlə bəzi təməl qâydalarımız üzərinə söhbət etmək istəyirəm. Bilmirəm cavabsız qalan suallarınıza cavab təşkil edə bilər, yaxud etməz. Təqdir sizə aiddir.

Amma nə olursa olsun bu qaydalar bilinməli, bunların da varlığı xatirdən uzaq tutulmamalıdır. Bunlardan biri:

"Bir şeyin hamısını edə bilmirsinizsə hamısını da tərk etməyiniz lazım deyil." Bu, doğru bir qaydadır.

Siz bir doğrunu bütün olaraq etmək istəyir, əskiksiz yaşamağı arzu edirsiniz. Ancaq, bu mövzuda çətinliklər var, hətta bəzən imkansızlıqlar da söz mövzusu. Ya siz nəfsiniz etibarilə hazır deyilsiniz, yaxud da sizin ətrafınızdakı şərtlər uyğun deyildir. Nə edəcəksiniz bu vəziyyətdə?

Etmək istədiyinizi tamamilə edə bilmirsinizsə bütünlüklə də tərk edəcəksiniz, yoxsa nə qədərini edə bilirsinizsə o qədərini etməyə yönələcək, edə bilmədikləriniz üçün də uyğun imkan və şərtlərimi gözləyəcəksiniz?

Qayda deyir ki; bütünlüklə edə bilmədim deyə bütünlüklə tərk etməyiniz lazım deyil. Nə qədərini edə bilirsinizsə o qədərini edin, yaşayın. Edə bilmədiklərinizi, yaşaya bilmədiklərinizi da etmə və yaşama əzmi və araşdırması içində olun ...

Əgər içində olduğunuz çətinlik və imkansızlıqlardan bir çıxış yolu tapmağı istəyir, bir çarə axtarırsınızsa. Məqsədiniz yaşamaqsa təbii ...

Mühakiməni genişlədəcək bir nöqtəyə daha diqqətinizi çəkmək istəyirəm icazə versəniz.

Ayə və hədislərin ortaq ölçüləri:

Savablar günahları aradan qaldırar, yaxşılıqlar pislikləri yox edər.

Deyək ki, istəmədən, arzu etmədən, ona ya nəfsin təzyiqiylə, ya da çevrənin izinsizlik və imkânsızlığıyla bir günaha məruz qalıb, bir xəta işlədiniz? Hər şey yox mu oldu, heç çıxış yolu yox mu artıq?

Bizə görə hər şey həlak olmadı, ümidlərin bütünü də suya tökülmədi, çıxış yolu, ümid yeri var.

Tərcümələrini verdiyimiz ayələr, hədislər:

"Yaxşılıqlar pislikləri yox edər, savablar günahları aradan qaldırar: .." (Hud, 11/114)

Günahına tövbə edən günah işləməmiş kimi olar ...

Elə isə istək və iradə xarici məruz qaldığınız günahlardan ötəri ibadət və sevabınızı çoxaldın, yaxşılığınızı artırın, xidmətinizi sıxlaşdırın,intensivləşdirin, beləcə savabınızı günahınızdan artıq hala gətirmiş olarsınız.

Ehtimaldır ki qazandığınız bu qədər savablar məruz qaldığınız günahlardan çox və üstün gələr də ayənin verdiyi müjdə haqqınızda təcəlli edər. İtirərkən qazanmış vəziyyətə belə girmiş olarsınız.

Əlbəttə bunlar günaha girmək üçün icazə deyil, girilənlərdən ümidsizliyə düşüb də hər şey yox oldu kimi bir ümidsizliyə qapılmamaq üçün bir ümiddir.

Həyat boyunca gördüyüm şey, ya həmişə, ya heç olmamışdır. Başlanğıcda əskik, nöqsan şəkildə başlanmış; amma zaman içində çatışmazlıqlar azalmış, hətta mükəmmələ nail olunmuşdur.

Dinî məsələlərin hamısı da belədir. Əsla gözünüzdə böyüdüb də mən bunların hamısını da edə bilmirəm, elə isə heç təşəbbüs etməyim, deməyin. Edə bildiklərinizi edin, edə bilmədikləriniz üçün Allah (cəllə cələluhu)`ın lutf edəcəyi eşq və şövq və imkanı gözləyin.

Hər şeyinizi itirə bilərsiniz; amma ümidinizi əsla! Çünki ümidini itirən hər şeyini itirmənin də ötəsində itkilərə düşmüş deməkdir.

"De ki: "Ey çox günah işləyərək öz canlarına pislik etməkdə həddi aşan qullarım! Allah (cc)'ın rəhmətindən ümidinizi kəsməyin. Allah (cc) dilərsə bütün günahları bağışlayar. Çünki Ğafur və Rahmdir: Çox əfv edəndir, mərhəmət və ehsanı çoxdur." (Zumər, 39/53)



21-09-2014 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz