Ana səhifə

"İslami Terror"dan bəhs etmək mümkündür?


YazdırSend to friend

İslam, Müsəlmana, ətrafıyla yaxşı əlaqə yaratmasını, insanları özündən məmnun etməsini əmr edər. Necə ki Allah Elçisi (s.ə.s.) Müsəlmanı belə təsvir edər:

"Müsəlman, əlindən və dilindən kimsəyə zərər gəlməyən insandır." (1)

Barışdan, xoşgörüşdən, dialoqdan hər vaxt Müsəlman qazanclı çıxar. Çünki Müsəlman həmişə haqqın və doğrunun nümayəndəsidir. Haqq və doğrular isə insanlığa ancaq barışla, xoşgörüşlə, dialoqla yayılar; hirslə, şiddətlə, qorxutma və qarşıdurmayla deyil.

Baxın Hucurat Surəsindəki xəbərdarlıq da barış və həmrəyliyi haralara daşımaqdadır: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, müxtəlif qövm, qəbilə və irqlərə böldük ki bir-birinizlə tanış olasınız, köməkləşəsiniz. "(2)

Görürsünüz ki ayə, irqləri, qövm, qəbilə və dövlətləri bir-biriylə döyüşsünlər, vuruşsunlar, qüvvətliləri zəiflərini əzsinlər deyə yaratdıq demir. Tam əksinə, tanış olsunlar, köməkləşsinlər deyə xəbərdarlıq edir.

Tanış olub köməkləşincə nə olacaq? Müsəlman özündə olmayan texnologiyanı yaxşı münasibət qurduqlarından alacaq, özündə bol olan bir çox şeylərin istehsalını da onlara ixrac edəcək. Ayrıca təmsil etdiyi haqq və doğruları da bu anda göstərəcək.

Beləcə həm maddi, həm də mənəvi baxımdan insanlığa xidmət edəcək, təmsil etdiyi İslamı təqdim etmə fürsəti tapacaq.

Qurani Kərim bu mövzuda Müsəlmanı səbirli olmağa dəvət edərkən fövqəladə açıq xəbərdarlıqlarda da olmuşdur.

Mədinədə müşriklərlə Müsəlmanlar bir yerdə yaşayırdılar. Bilindiyi üzrə müşriklər, möminlərin tam ziddi inanc və düşüncədə idilər; amma bir yerdə yaşayırlar, bir çətinlik söz mövzusu olmurdu. Bundan da Allah Rəsulu (s.ə.s.) məmnun olurdu. Çünki barışdan İslam qazanır, Müsəlmanı görən müşriklər vicdanlarıyla baş-başa qalıb mühasiblik edir, İslama girirdilər.

 

Qaynaqlar

(1) Tirmizi, İman 12, (2629); Nəsəyi, İman 8, (8, 104, 105).

(2) Hucurat, 13



19-11-2009 12:00:00