Ana səhifə

"İslami Terror"dan bəhs etmək mümkündür?


YazdırSend to friend

İslam, Müsəlmana, ətrafıyla yaxşı əlaqə yaratmasını, insanları özündən məmnun etməsini əmr edər. Əksinə əsla. Necə ki Allah Elçisi (səv) Müsəlmanı belə təsvir edər:

 

"Müsəlman, əlindən və dilindən kimsəyə zərər gəlməyən insandır." (1)

 

Barışdan, xoşgörüşdən, dialoqdan hər vaxt Müsəlman qazanclı çıxar. Çünki Müsəlman həmişə haqqın və doğrunun nümayəndəsidir. Haqq və doğrular isə insanlığa ancaq barışla, xoşgörüşlə, dialoqla yayılar; hirslə, şiddətlə, qorxutma və qarşıdurmayla deyil.

 

Baxın Hucurat Surəsindəki xəbərdarlıq da barış və həmrəyliyi haralara daşımaqdadır: "Ey insanlar! Biz sizi bir kişiylə bir qadından yaratdıq, müxtəlif qövm, qəbilə və irqlərə böldük ki bir-birinizlə tanış olasınız, köməkləşəsiniz. "(2)

Görürsünüz ki ayə, irqləri, qövm, qəbilə və dövlətləri bir-biriylə döyüşənlər, vuruşsunlar,qüvvətliləri zəiflərini əzsinlər deyə yaratdıq demir.

 Tam əksinə, tanış olsunlar, köməkləşsinlər deyə xəbərdarlıq edir.

Tanış olub köməkləşincə nə olacaq? Müsəlman özündə olmayan texnologiyanı yaxşı münasibət qurduqlarından götürəcək, özündə bol olan bir çox obyektin istehsalını da onlara ixrac etmək surətiylə inkişaf edəcək. Ayrıca təmsil etdiyi haqq və doğruları da bu sırada göstərmiş, təqdimdə tapılmış olacaq.

Beləcə həm maddi, həm də mənəvi baxımdan insanlığa xidmət edəcək, təmsil etdiyi İslamı təqdim etmə fürsəti tapacaq.

Qurani Kərim bu mövzuda Müsəlmanı səbirli və həzmli olmağa dəvət edərkən fövqəladə açıq xəbərdarlıqlarda da olmuşdur.

Mədinədə müşriklərlə Müsəlmanlar bir yerdə yaşayırdılar. Bilindiyi üzrə müşriklər, möminlərin tam zidd  inanc və düşüncədə idilər; amma bir yerdə yaşayırlar, bir çətinlik söz mövzusu olmurdu. Bundan da Allah Rəsulu (s.ə.s.) razı olurdu. Çünki barışdan İslam qazanır, Müsəlmanı görən müşriklər vicdanlarıyla baş-başa qalıb mühasiblik edir, İslama girirdilər.

 

Bunu sezən Gatafanlı müşriklərdən biri qarışıqlıq çıxarmaq istəyirdi. Bu səbəblə bir ara üz-üzə gəldiyi Həzrəti Ömərə yersiz sözlər söyləməyə başladı. Deyərkən işi söyməyə qədər gətirdi Həzrəti Ömər müşrikə doğru hücuma keçdi. Araya girənlər anında bir böyük qalmaqalı önləyə bildilər.

Beləcə möminlərlə müşriklərin arasında bir gərginlik və etibarsızlıq başladı. İki cəbhə halına çevrildilər bir anda.

Bu sırada Casiyə Surəsindəki ayələr (14-15) gəldi. Bu ayələrdə Möminlərin müşriklərlə gərginlik çıxarmamalarını, onların gərginlik çıxaran hallarını mühümsəməmələrini, necə olsa iki tərəfin də hesabını axirətdə Allahın görəcəyini bildirir, müşriklərlə yaxşı münasibət qurulmasını tövsiyə və tənbeh edirdi. Ayənin hadisəsi daha da dəqiqləşdirən digər xəbərdarlıqları da belə davam edirdi:

 

"Kim saleh əməl işlərsə öz lehinə, kim də pis əməl işlərsə o öz əleyhinədir. Sonunda hamınız Allah (cc)a dönəcəksiniz. Hesabınız orada görüləcək. Əsla siz burada bir-birinizin hesabını görməyə qalxmayın."

Çünki hesablaşma işi Allaha aiddir. O da axirətdədir, deyilirdi. Qısacası İslam da terror yoxdur, amma lazım olduğunda hərb etmək vardır. Bunun da şərtləri İslam hüququnda çox dəqiq olaraq və bütün təfsilatıyla təyin olunmuşdur. Bunlara uyğun gəlilərək edilən hərblər maddi cihad, əksinə isə anarxiyadır.

 

Qaynaqlar

(1) Tirmizi, İman 12, (2629); Nəsəi, İman 8, (8, 104, 105).

(2) Hucurat, 13



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz