Ana səhifə

"İslami Terror"dan bəhs etmək mümkündür?


 

İslam, Müsəlmana, ətrafı ilə yaxşı əlaqə yaratmasını, insanları özündən məmnun etməsini əmr edər. Əksin isə əsla. Necə ki Allah Elçisi (s.ə.v.) Müsəlmanı belə təsvir edər:

 

"Müsəlman, əlindən və dilindən kimsəyə zərər gəlməyən insandır." (1)

 

Barışdan, xoşgörüşdən, dialoqdan hər vaxt Müsəlman qazanclı çıxar. Çünki Müsəlman həmişə haqqın və doğrunun nümayəndəsidir. Haqq və doğrular isə insanlığa ancaq barışla, xoşgörüşlə, dialoqla yayılar; hirslə, şiddətlə, qorxutma və qarşıdurma ilə deyil.

 

Baxın Hucurat Surəsindəki xəbərdarlıq da barış və həmrəyliyi haralara daşımaqdadır: "Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq, müxtəlif qövm, qəbilə və irqlərə böldük ki bir-birinizlə tanış olasınız, köməkləşəsiniz. "(2)

 

Görürsünüz ki ayə, irqləri, qövm, qəbilə və dövlətləri bir-biriylə döyüşsünlər, qüvvətliləri zəiflərini əzsinlər deyə yaratdıq demir. Tam əksinə, tanış olsunlar, köməkləşsinlər deyə xəbərdarlıq edir.

 

Tanış olub köməkləşincə nə olacaq? Müsəlman özündə olmayan texnologiyanı yaxşı münasibət qurduqlarından alacaq, özündə bol olan bir çox obyektin istehsalını da onlara ixrac etmək surətiylə inkişaf edəcək. Ayrıca təmsil etdiyi haqq və doğruları da bu sırada göstərmiş olacaq.

Beləcə həm maddi, həm də mənəvi baxımdan insanlığa xidmət edəcək, təmsil etdiyi İslamı təqdim etmə fürsəti tapacaq.

 

Qurani Kərim bu mövzuda Müsəlmanı səbirli və həzmli olmağa dəvət edərkən açıq xəbərdarlıqlarda da olmuşdur.

 

Mədinədə müşriklərlə Müsəlmanlar bir yerdə yaşayırdılar. Bilindiyi üzrə müşriklər, möminlərin tam ziddi  inanc və düşüncədə idilər; amma bir yerdə yaşayırlar, bir çətinlik söz mövzusu olmurdu. Bundan da Allah Rəsulu (səv) məmnun olurdu. Çünki barışdan İslam qazanır, Müsəlmanı görən müşriklər vicdanlarıyla baş-başa qalıb mühasiblik edir, İslama girirdilər.

 

Bunu sezən Gatafanlı müşriklərdən biri qarışıqlıq çıxarmaq istəyirdi. Bu səbəblə bir ara üz-üzə gəldiyi Həzrəti Ömərə yersiz sözlər söyləməyə başladı.

Beləcə möminlərlə müşriklərin arasında bir gərginlik və etibarsızlıq başladı. İki cəbhə halına çevrildilər.

 

Bu sırada Casiyə Surəsindəki ayələr (14-15) gəldi. Bu ayələrdə Möminlərin müşriklərlə gərginlik çıxarmamalarını bildirildi.

 

"Kim saleh əməl işlərsə öz lehinə, kim də pis əməl işlərsə o öz əleyhinədir. Sonunda hamınız Allaha  dönəcəksiniz. Hesabınız orada görüləcək. Əsla siz burada bir-birinizin hesabını görməyə qalxmayın."

 

İfadə etdiyimiz bu ayələr müşriklərlə yaxşı dolanmağı, məcbur qalmadıqca bir hesablaşmağa gedilməməsini; çünki hesabı axirətdə Allahın görəcəyini bildirirdi. Bu müdhiş bir xəbərdarlıq və irşaddır. İslam dini, bizim kimi düşünməyən və yaşamayanın hesabını bu dünyada görmək icazəsini bizə vermir.

 

Çünki hesablaşma işi Allaha aiddir. O da axirətdədir, deyilirdi. Qısacası İslam da terror yoxdur, amma lazım olduğunda hərb etmək vardır. Bunun da şərtləri İslam hüququnda çox dəqiq olaraq və bütün təfsilatıyla təyin olunmuşdur. Bunlara uyğun olaraq edilən hərblər maddi cihad, əksinə isə anarxiyadır.

 

Qaynaqlar

(1) Tirmizi, İman 12, (2629); Nəsəi, İman 8, (8, 104, 105).

(2) Hucurat, 13



14-10-2010 12:00:00