Ana səhifə

İslamın əsasları nələrdir?


YazdırSend to friend

İslam dini beş şərt üzərinə bina edilmişdir. Bunlar oruc tutmaq, namaz qılmaq, həccə getmək, zəkat vermək və kəlməyi şəhadət gətirməkdir.

 

İslamın bir şərti Ramazan ayında oruc tutmaqdır. Müsəlman oruc tutmaqla nəfsini tərbiyə edərək, onun azğınlığından özünü qoruyar. Ayrıca çəkdiyi aclıq əzabı ilə ürəyində kasıblara qarşı bir mərhəmət hissi inkişaf edər.

 

İslamın bir başqa şərti namaz qılmaqdır. Hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rüku və səcdə ilə acizlik və qüsurunu idrak ilə ubudiyetini göstərməkdir. Namaz bütün bir ibadət və bütün bir şükrdür. Hər Müsəlmanın üzərinə fərzdir. Peyğəmbərimiz, "Namaz dinin dirəyidir, (Tirmizi, İman-8) buyurmuşdur.

 

İslamın şərtlərindən biri də həccdir. Maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, müəyyən bir zamanda Kəbəni ziyarət etməsi fərz olmuşdur. Fərz olan bu ibadətin ən böyük hikmətlərindən biri Müsəlmanlara dünya səviyyəsində bir görüşmə və tanış olma zəmini hazırlamasıdır.

 

İslamın bir şərti də zəkat verməkdir. Cənabı Haqq, zənginlərə mallarından dinin təyin etdiyi müəyyən bir miqdarını Müsəlman olan kasıblara, Allah rizası üçün, vermələrini fərz etmişdir. Zənginlərin kasıblara verdikləri bu mallara zəkat deyilir. Bu kasıbın haqqıdır. İslam, Müsəlmanları zəkat xaricində də kasıblara kömək etməyə təşviq etmişdir. Bunlara da sədəqə deyilir.

 

Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edərəm."

 

Bu şahidliyin birinci qisimi, "Allahın varlığını və birliyini, ortağı və bənzəri olmadığını", ikinci şərti isə "Həzrəti Məhəmmədin (s.ə.s.) Allahın qulu olub insanlara həm imanın əsaslarını və İslamın şərtlərini təbliğlə vəzifəli olduğunu" ifadə edər.



19-11-2009 12:00:00