Ana səhifə

İslamın əsasları nələrdir?


YazdırSend to friend

İslam dini beş şərt üzərinə bina edilmişdir. Bunlar oruc tutmaq, namaz qılmaq, həccə getmək, zəkat vermək və kəlmeyi şəhadət gətirməkdir.

 

İslamın bir əsası Ramazan ayında oruc tutmaqdır. Müsəlman oruc tutmaqla nəfsini tərbiyə və tezkiyə edərək, onun təzyiq göstərmə və azğınlığından özünü qoruyar. Ayrıca çəkdiyi aclıq əzabı ilə ürəyində kasıblara qarşı bir mərhəmət hissi inkişaf edər.

İslamın bir başqa şərti namaz qılmaqdır. Hər gün beş vaxtda Allahın hüzurunda dayanıb rüku və səcdə ilə acizlik və qüsurunu idrak ilə qulluğunu göstərməkdir. Namaz küllü bir ibadət və küllü bir şükürdür. Hər Müsəlmanın üzərinə fərzdir. Peyğəmbərimiz, "Namaz dinin dirəyidir, (Tirmizi, İman-8) buyurmuşdur.

İslamın əsaslarından biri də həccdir. Maliyyə vəziyyəti və səhhəti yerində olan möminlərə ömürlərində bir dəfə, şəriətlə təyin edilən müəyyən bir zamanda Kəbəni ziyarət etməsi fərz olmuşdur. Fərz olan bu ibadətin ən böyük hikmətlərindən biri Müsəlmanlara dünya səviyyəsində bir görüşmə və tanış olma yeri hazırlamasıdır.

 

İslamın bir şərti də zəkat verməkdir. Cənabı Haqq, varlılara  mallarından dinin təyin etdiyi müəyyən bir miqdarını Müsəlman olan kasıblara, Allah rizası üçün, vermələrini fərz etmişdir. Varlıların kasıblara verdikləri bu mallara zəkat deyilir. Bu şəriətə görə kasıbın haqqıdır. İslam, Müsəlmanları zəkat xaricində də kasıblara kömək etməyə təşviq etmişdir. Bunlara da sədəqə deyilir.Bir insanın Müsəlman ola bilməsi üçün kəlmeyi-şəhadət gətirməsi lazımdır. Bu şahidliyin mənası belədir: "Allahdan başqa haqq məbud olmadığına, Həzrəti Məhəmmədin də onun qulu və elçisi olduğuna şahidlik edirəm."



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz