Ana səhifə

İslamın düşmənləri nələrdir, bunlara qarşı necə mübarizə edər?


YazdırSend to friend

İslam, Dörd böyük düşmən ilə mübarizə edər. Bunlar :

 

1- Mütləq Küfr (İnancsızlıq) :İslam hər cür inancsızlıq və etiqadsızlıqla mübarizə edər. İmansızlıq, düşüncə qıtlığıdır, ruhda laqeyd və diqqətsizlikdir, idrakda səthilikdir. İnsan, düşündüyü zaman insandır. İnsanı heyvandan ayıran xüsusiyyət onun mühakimə etmə gücü və idrak kafiliyidir. Ağlı başında olan hər insan ən az bu qədər bir mühakimə etməlidir : "Bir iynə ustasız olmaz, bir hərf katibsiz ola bilməz. Necə bu möhtəşəm kainat sahibsiz və ustasız olar? Əlbəttə bu möhtəşəm kainatın bir sahibi əbədisi, bir maliki əzəlisi vardır. Səmada ulduzlar qədər, zəmində çiçəklər qədər Allahın varlıq və qüdrət dəlilləri oxunmaqdadır. Bütün varlıqlar, Allahın sənətidir, düz, ölçülü və mükəmməl olaraq yaradılmışlar. Əlbəttə sənət, sənətkarını göstərər, əsər ustasından xəbər verər." ( nursi, Sözlər, 59)

 

2- Mütləq Cahillik : İslamın mənşəsi elm, əsası ağıldır. Cahillik də küfr kimi dəhşətli bir qaranlıqdır. İslam, cahilliyin baş düşmənidir. Ağlını işlətməyən və cahillik ilə döyüşməyənləri Qurani Kərim "murdar" olaraq xarakterizə etməkdədir (Yunus 10/100). Bu səbəblə İslam, elm təhsilini qadın və kişi hər kəsə fərz etmişdir.( İbni Macə, Müqəddimə, 17) İslam, "beşikdən məzara qədər elm" əsasını gətirmişdir. Hz. Peyğəmbər, "İki günü bərabər olan zərərdədir", "Elm Çində də olsa gedib alınır" (Beyhaki,Şuabul- iman, II, 254) buyurmuşdur. Necə ki Məkkə dövründə İslamın ölüm-qalım döyüşü olaraq xarakterizə edilən Bədir Döyüşündə Hz. Peyğəmbər döyüş əsirlərini öldürməmiş, müsəlmanlara oxuma-yazma öyrətmək qeydiylə sərbəst buraxmışdır. (baxın. Prof. Dr. M. Hamidullah, İslam Tarixi)

 

3- Mütləq Pozğunluq : İslam, insan sağlamlığını hədələyən, ağlı yatırdan, nəsilləri pozan, sərvətləri uçuran, əxlaqı dəyərləri alt-üst edən hər cür pozğunluğa, günah və əxlaqsızlığa qarşı çıxar. Günahlar, insan fitrətini pozar, ictimai tarazlığı alt-üst edər. Bu səbəblə İslam, insanın insanlığa layiq bir şərəf və etibar ilə yaşamasını əsas alar. Cəmiyyətin çürüməsini və məhv olmasını önləməyə çalışar.

 

4- Mütləq Terror : Kimdən gəlirsə gəlsin, qaynağı nə olursa olsun terror, bir insanlıq günahıdır. Günahsız və müdafiə etmədən məhrum insanları hədəfləyən bu cinayət, ən dəhşətli bir xəyanət və qorxunc bir zülümdür. İslam, tarix boyunca zülmü alqışlamamış, həmişə məzlumun yanında olmuşdur. Bu dəhşətli zülmü nə insan nə də İslam qəbul edər.



19-11-2009 12:00:00