Ana səhifə

İslamın fərdiyyətçiliyə baxışı necədir?


YazdırSend to friend

- İslamiyyətdə fərdiyyətçilik əsasdır.

 

Heç bir günahkar başqasının günah yükünü daşımaz.

 

məalindəki ayədə bu xüsusu açıqca görə bilirik. (Ənam Surəsi, 6/164; İsra Surəsi, 17/15; Fatir Surəsi, 35/18; Zumər Surəsi, 39/7 və Nəcm surəsi, 53/38 )

- Mədəni bütün dövlətlərdə insanlar hüquq qarşısında bərabər olduğu kimi, İslamda da əmr və qadağalar bütün insanlara xitab edir. Lakin İslamiyyətdə əsla eyni tip insan yetişdirmə düşüncəsi yoxdur. Ayələrin əhəmiyyətli bir qisminin şərhə açıq olması, bu məzmunda milyonlarla təfsirlərin yazılması, fərqli fiqhi və ictihadi məzhəblərin olması, İslamın fərdiyyətçiliyə, azad ağıl və iradəyə nə qədər əhəmiyyət verdiyinin göstəricisidir.

- Adamın atası, qardaşı, anası da olsa, onun etdiklərindən məsul tutulmaması, bənzərsiz bir şəxsi məsuliyyət nümunəsidir.

- İslamda insanlar, tək formal hüquq qarşısında yer alan bir varlıq deyil, fitrətində var olan bütün qabiliyyətlərini -müsbət istiqamətdə- sonuna qədər istifadə etmə azadlığına malikdir. Onlarla təsəvvüf məktəbi, bunun açıq dəlilidir.

- Allah, insan növünü minlər növ halına gətirmək üçün, insanları istedad və qabiliyyət baxımından çox fərqli yaratmışdır. Bu gün, insanların fərqli zəka, fərqli qabiliyyətlərə sahib olduğunu elm təsbit etmişdir.

- İnsanların hamısı, ilahi imtahanı qazanıb qazanmama barəsində, lazım olan təchizatla təmin edilmişdir. Bundandır ki, ağılı olmayanın məsuliyyəti də yoxdur.

- Qabiliyyətin fərqli olması, imtahanın özü ilə deyil, təfərrüatı ilə əlaqədar bir mövzudur. Böyüklərin imtahanı da ona görə böyükdür. Ən böyük bəlanı çəkənlər/imtahana tabe tutulanlar peyğəmbərlərdir; sonra övliyalardır, sonra da onlara yaxın olanlardır.” (Buxari, Mərdə: 3; Tirmizi, Zühd: 57) məalindəki hədisi-şərifdə bu gerçəyə işarə edilmişdir.

- Əsas prinsiplərdə bənzərlik, azad iradənin, azad ağılın, azad düşüncənin məhdudlaşdırılmasının yox, dinin həyat fəlsəfəsinin cəmiyyət tərəfindən mənimsənməsinin yansımasıdır. İslam ədəbiyyatında mövcud olan geniş elmi miras, fərqli zəkaların, fərqli elmi mülahizələrin, müxtəlif şərhlərin, azad iradələrin məhsuludur.

Ancaq, İslamiyyət, insanın insani ölçülərini əskildən, ruh ülviyyətindən uzaqlaşdıran, bərabərcə yaşama düşüncəsini öldürən, elm və texnika ilə hikmət arasına sədd çəkən bir fərdiyyətçilik anlayışını əsla qəbul etməz.



04-05-2011 12:00:00