Ana səhifə

İslamın iki dünyanın da səadətini təmin etdiyi ifadə edilir. Müsəlmanların əksəriyyətinin kasıb və möhtac olmasına nə məna verəcəyik?


YazdırSend to friend

Keçmişdə olduğu kimi indiki vaxtda da səadət çox vaxt qarışdırılır. Bu səhv qiymətləndirmə, gələcəyə də keçəcəyinə bənzəyir.

 

Bəziləri, sərvət və mövqeyini, şan və şöhrəti, lüks və dəbdəbəni səadətlə eyni zənn edərlər. Halbuki ətraflarında nə qədər insanlar görərlər ki, dünyanın hər cür imkanına qovuşmuş və dilədikləri hər zövqü dadma gücünə sahibdirlər, amma xöşbəxt deyildirlər. Kimi xanımıyla dolanışıqsızdır, kimi oğulunun avaralığından dərdlidir. Kimi, anasının amansız dərdinə şəfa axtarmaqdadır. Kiminin bazarda bir xeyli alacağı vardır, ödənməməkdədir. Kimi ortağıyla problemlidir.

 

Belə minlərlə, on minlərlə səbəb, insana dünyanın rahat yeri olmadığını aralıqsız dərs verər.

 

İlahi Fərman xəbər verir:

 

"Sizə, bir imtahan verərək, şər və xeyrlə sınayacağıq. Hamınız da nəhayət bizə çeviriləcəksiniz." ( Ənbiya Surəsi , 35)

 

Buna görə dünya bir imtahan meydanıdır.

 

Bir hədisdə də, dünya "axirətin tarlası" olaraq təqdim edilər.

 

Bu dünya, rahat yeri deyil, imtahan meydanı və axirətin tarlası olaraq yaradılmış. Bu imtahan salonunda, insanlar davamlı səy göstərər, tər tökərlər. Və bu tarlada, axirətləri adına hər gün bir bağ yığıb günlərini yorğun-arğın bitirərlər.

 

Allah Elçisi (s.ə.s..) xəbər verir: "Dünyada rahat yoxdur."

 

Gecə və gündüz bir-birini qovduğu, xəstəliklərlə səhhətin növbəli insanı yoxladığı, çətinliklərlə asanlıqların yenə ard arda insanı qucaqladığı, fırtınayla sükunətin insan ruhunda növbəli hökm etdiyi bu qəribə dünyada, rahat və dinclik tapmaq nə mümkün!

Dünyada rahat yoxdur, amma mömin üçün səadət vardır. İnsan bu dünyada imanı dadmış və saleh əməlin yolunu tutmuşsa, ağrılı-şirin hər hadisədən axirəti adına bir sıra faydalar əldə edər. Və ən əhəmiyyətlisi, bu dünyanın rahat yeri olmadığını bilmənin verdiyi rahatı dadar və narahatlıqdan xilas olar.

Allah Rəsulundan (s.ə.s.) bir səadət düsturu: "Dünyada ya qərib bir insan, ya da yolçu kimi ol." Bu hədisdə səadətin iki əhəmiyyətli qaynağına diqqət çəkilmiş və iki ayrı səadət resepti birlikdə təqdim edilmişdir:

Birinci resept: Bu dünyada qəribə olduğunu, bu qürbət elində, əsl yurdu olan cənnət üçün bir şeylər qazanmağa gəldiyini bilmək. Özünü belə bilən və dünyaya belə baxan bir insan, bu fani həyata könül bağlamaz. Onun keçici problemlərinə gərəyindən çox əhəmiyyət verməz. Bu qürbət diyarından bir gün köçəcəyini bilər. Gözü həmişə o səadət yurdundadır.

"Sən burada qonaqsan və buradan da digər bir yerə gedəcəksən. Qonaq olan kimsə, bərabərcə gətirə bilmədiyi bir şeyə ürəyini bağlamaz." ( Məsnəvi Nuriyyə)

İkinci resept: "Yolçu olduğunu bilmək və eləcə yaşamaq." Belə bir insanın bütün məsələsi idealındakı şəhərə çatmaqdır; avtobusda ön yaxud arxa kreslolarda oturması çox əhəmiyyət daşımaz.



19-11-2009 12:00:00