Ana səhifə

İslamın iki dünyanın da səadətini təmin etdiyi ifadə edilir. Müsəlmanların əksəriyyətinin kasıb və möhtac olmasına nə məna verəcəyik?


YazdırSend to friend

Keçmişdə olduğu kimi indiki vaxtda da səadət və bolluq  rahatlıq çox vaxt qarışdırılır. Bu səhv qiymətləndirmə, gələcəyə də intiqal edəcəyinə bənzəyir.

 

Bəziləri, sərvət və mövqeyi, şan və şöhrəti, lüks və dəbdəbəni səadətlə eyni zənn edərlər. Halbuki ətraflarında nə qədər insanlar görərlər ki, dünyanın hər cür imkanına qovuşmuş və dilədikləri hər zövqü dadma gücünə sahibdirlər, amma xöşbəxt deyildirlər. Kimi xanımıyla dolanışıqsızdır, kimi oğulunun avaralığından dərdlidir. Kimi, anasının amansız dərdinə şəfa axtarmaqdadır. Kiminin bazarda bir xeyli alacağı vardır, alabilməməkdədir. Kimi ortağıyla problemlidir.

 

Belə minlərlə, on minlərlə səbəb, insana dünyanın rahat yeri olmadığını dərs verər.

 

İlahi Fərman xəbər verir:

 

"Sizə, bir imtahan verərək, şər və xeyrlə sınayacağıq. Hamınız da nəhayət bizə dönəcəksiniz."

(Ənbiya Surəsi , 35)

 

Buna görə dünya bir imtahan meydanıdır.

 

Bir hədisdə, dünya "axirətin tarlası" olaraq təqdim edilər. 

 

Bu dünya, rahat yeri deyil, imtahan meydanı və axirətin tarlası olaraq yaradılmış. Bu imtahan salonunda, insanlar davamlı səy göstərər, tər tökərlər. Və bu tarlada, axirətləri adına hər gün bir bağ yığıb günlərini yorğun-arğın bitirərlər.

 

Allah Elçisi (s.ə.s.) xəbər verir: "Dünyada rahat yoxdur."

 

Gecə və gündüz bir-birini qovduğu, xəstəliklərlə səhhətin növbəylə insanı yoxladığı, çətinliklərlə asanlıqların yenə arxa-arxaya insanı qucaqladığı, fırtınayla sükunətin insan ruhunda növbəli hökm etdiyi bu qəribə dünyada, rahat və dinclik tapmaq  mümkünsüzdür!

 

Dünyada rahat yoxdur, amma mömin üçün səadət vardır. İnsan bu dünyada imanı dadmış və saleh əməlin yolunu tutmuşsa, acı-şirin hər hadisədən axirəti adına bir sıra faydalar əldə edər. Və ən əhəmiyyətlisi, bu dünyanın rahat yeri olmadığını bilmənin verdiyi rahatı dadar və narahatlıqdan xilas olar.

 

Allah Rəsulundan (s.ə.s.) bir səadət düsturu: "Dünyada ya qərib bir insan, ya da yolçu kimi ol." Bu hədisdə səadətin iki əhəmiyyətli qaynağına diqqət çəkilmiş və iki ayrı səadət resepti birlikdə təqdim edilmişdir:

 

Birinci resept: Bu dünyada qərib olduğunu, bu qürbət elində, əsl yurdu olan cənnət üçün bir şeylər qazanmağa gəldiyini bilmək. Özünü belə bilən və dünyaya belə baxan bir insan, bu fani həyata könül bağlamaz. Onun keçici problemlərinə gərəyindən çox əhəmiyyət verməz. Bu qürbət diyarından bir gün köçəcəyini bilər. Gözü həmişə o səadət yurdundadır.

 

"Sən burada qonaqsan və buradan da digər bir yerə gedəcəksən. Qonaq olan kimsə, bərabərcə gətirə bilmədiyi bir şeyə ürəyini bağlamaz." ( Məsnəvi Nuriyyə)

 

İkinci resept: "Yolçu olduğunu bilmək və eləcə yaşamaq." Belə bir insanın bütün məsələsi idealındakı şəhərə çatmaqdır; avtobusda ön yaxud arxa kreslolarda oturması çox əhəmiyyət daşımaz. Qəzetlərdə oxuyuruq: Filan qatil, filan ölkədə tutulmuş və təyyarəylə Azərbaycana gətirilmişdir. Bu adamın təyyarəylə gəlməsi özünü nə dərəcə məsud edə bilər və nə ölçüdə rahatlaşdırar! Amma İstanbula ticarət üçün gedən bir Anadolu biznesmeni, avtobusun ən arxasında da otursa kefinə deyəcək yoxdur. Çünki bu səfərin sonu, mal almaq və bu çətinliklərin nəticəsi varlı olmaqdır.

 

Digər tərəfdən, insan avtobus səfərində evindəki şəraiti axtarmazsa o dar məkandan sıxılmaz və narahat olmaz. Əks halda, öz narahatlığını öz əliylə hazırlamış olar.

 

İmandan başlayaraq, iki dünya səadətinə uzanan bir səadət zənciri:

 

"İman tövhidi, tövhid təslimi, təslim təvəkkülü, təvəkkül əbədi səadətə qovuşdurur ." (Sözlər)

 

İki dünya səadəti təvəkkül ilə mümkündür. "Hər xeyr Allahın əlindədir." deyən bir mömin, bu dünya və obiri  dünya üçün nə xeyr tələb edirsə, onun şərtlərini yerinə yetirər və Allaha təvəkkül etməklə rahatlıq tapar.

 

Təvəkkül, Allahı vəkil bilmək deməkdir. Bu, imandan gələn bir şüurdur və təslimin nəticəsidir. Allaha təslim olanlar Ona təvəkkül edərlər. Təslim də tövhiddən qaynaqlanar. Allahdan başqa həqiqi yaradan olmadığını, hər şeyin Onun mülkü olduğunu və Onun qənaətində olduğunu bilən bir insan, əlbəttə Ona təslim olacaq.

 

İki dünya səadətinin bir başqa resepti:

 

"Nəfsin istədiklərini etməmək , nəfsi saxlamaq ruhun ucalması üçün hərəkətləri halalla götürməklə, bu dünya və axirətdə xoşbəxtliyi tapır ."( Sözlər )

 

Bu cümlədə, iki dünyanın səadəti, iki şərtə bağlanmış olur. Birincisi, nəfsə hakim olub onu saxlamaq, başqası isə ruhu ucaltmaqla edilir.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz