Ana səhifə

İslamın köməkləşməyə verdiyi əhəmiyyət haqqında bir az məlumat verərsiniz?


YazdırSend to friend

İslam, birlik əmr edən bir köməkləşmə və lütfkarlıq dinidir. Allah, Qurani Kərimində, "Yaxşılıqda və təqvada (Allahın qadağanlarından çəkinməkdə) köməkləşin, günah və düşmənlik üzərinə köməkləşməyin." (Maidə Surəsi, 2) deyə əmr edir.

 

Bir başqa ayəsdə belə buyurur:

" Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. ( Hucurat Surəsi, 13)

 

Ayənin başında iştirak edən, "Ey insanlar!" xitabı, tanış olma və köməkləşmənin yalnız Müsəlmanlara deyil bütün insanlığa şamil olduğunu ifadə etməkdədir.

 

Köməkləşmənin əhəmiyyətli bir əsası şəfqət və mərhəmətdir.

Bir ayədə, "Allah insanlara qarşı şəfqətli və mərhəmətlidir." (Bəqərə Surəsi, 143) buyurularaq, insanlar bu yüksək sifətlərə təşviq edilərlər. Bu mövzuda Peyğəmbər əfəndimizin bir çox hədisi vardır. Bunlardan yalnız ikisini təqdim edək:

"İnsanlara ağrımayana Allah da ağrımaz." ( Müslim, Fedail, 66)

"Mərhəmət etməyənə mərhəmət edilməz." ( Buxari, Ədəb, 18)

Bu ayələrdən və hədislərdən İslamın köməkləşmə və məhəbbət üzərinə qurulduğu aydın olmaqdadır. Onsuz da bu sifətlər insanlığın mahiyyətində vardır; ondan ayrı düşünülə bilməz.

 



19-11-2009 12:00:00