Ana səhifə

İslamın köməkləşməyə verdiyi əhəmiyyət haqqında bir az məlumat verərsiniz?


YazdırSend to friend

İslam, birlik və bərabərliyi əmr edən bir köməkləşmə və lütfkarlıq dinidir. Allah, Qurani Kərimində, "Yaxşılıqda və təqvada (Allahın qadağanlarından çəkinməkdə) köməkləşin, günah və düşmənlik üzərinə köməkləşməyin." (Maidə Surəsi, 2) deyə əmr edir.

Ayənin başında iştirak edən, "Ey insanlar!" xitabı, tanış olma və köməkləşmənin yalnız Müsəlmanlara deyil bütün insanlığa şamil olduğunu ifadə etməkdədir. Çünki insan mükerrem bir məxluqdur və bütün insanlar "insanlıq"da qardaşdırlar.

Köməkləşmənin əhəmiyyətli bir əsası şəfqət və mərhəmətdir.

Bir ayədə  , "Allah insanlara qarşı şəfqətli və mərhəmətlidir." (Bəqərə Surəsi, 143) buyurularaq, insanlar bu yüksək sifətlərə təşviq edilərlər. Bu mövzuda Peyğəmbər əfəndimizin bir çox hədisi şərifi vardır. Bunlardan yalnız ikisini təqdim edək:

"İnsanlara mərhəmət etməyənə  Allah da mərhəmət etməz  ." ( Müslim, Fedail, 66)

"Mərhəmət etməyənə mərhəmət edilməz." ( Buxari, Ədəb, 18)

Bu ayəti kərimələrdən və hədisi şəriflərdən İslamın köməkləşmə və məhəbbət üzərinə qurulduğu aydın olmaqdadır. Onsuz da  bu sifətlər insanlığın mahiyyətində vardır; ondan ayrı düşünülə bilməz.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz