Ana səhifə

İslamiyyət zorla yayılıb deyənlərə....


YazdırSend to friend

      

 

     Bəzi insanlar İslamın məcburiyyətlə və qılınc gücü ilə yayıldığını deyirlər. Məcburiyyətlə dini yaymaq nədir? Məsələn, qılınc ya da digər silahla kimisə kəlmeyi-şəhadət gətirməyə məcbur etmək. Həmin insan da ölüm qorxusundan İslamı  qəbul edir. İslam dini baxımından zorla iman etməyin heç bir mənası yoxdur. Çünki Qur`anda Bəqərə surəsi 256-ci ayədə Allah Təala (c.c) buyurur ki,

“Dində məcburiyyət yoxdur”. 

    Tarixi faktlara baxaq.

   1400 ilə yaxın müsəlmanların hakimiyyəti altında olan Misirdə hazırda təqribən 11-13 milyon arasında xristian əhali var (http://en.wikipedia.org/wiki/Christianity_in_Egypt). Əgər müsəlmanlar onlara qılınc gücünə, zorla İslamı qəbul etdirsə idilər, indiyədək Misirdə nəinki 11-13 milyon, heç bir nəfər də qeyri-müsəlman yaxud xristian qalmazdı.

    Müsəlmanlar İspaniyanı  800 ilə yaxın (711-1492) idarə etdilər. Əgər ispanlara qarşı hər hansı qılınc gücünə məcburiyyət olmadan, hətta sadəcə iqtisadi sanksiyalar tətbiq edilsə idi, 800 il ərzində İspaniyada bir nəfər də olsun qeyri-müsəlman yaxud xristian qalmazdı. Hətta müsəlman İspaniyası bəzən müsəlmanlar, xristianlar və yəhudilər arasında dini və etnik dözümlülük və dinlərarası harmoniyanın qızıl dövrü kimi təsvir edilir.

    Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Təkcə bir fakt kifayətdir ki, 2001-ci ilin statistikasına (http://en.wikipedia.org/wiki/Religion_in_India) görə Hindistanda əhalinin 80.5 faizi Hinduizm dininə inanır. Əgər İslam dini Hindistanda insanlara zorla, qılınc gücünə qəbul etdirilsə idi, orda nəinki 80.5 faiz, heç 1 faiz də hinduizm dininə sitayiş edən qalmazdı. Amma hazırda orada cəmi 13.4 faiz müsəlman, 80.5 faiz hinduist yaşayır.

    Müsəlmanlar yüz illərlə Hindistanı idarə etdilər. Lakin 1947-ci ildə ərazi bölgüsü baş verəndə müsəmanlar dörddə bir ərazi (Pakistan) hissəsi aldılar, Hindistan isə dörddə üç ərazi hissəsi aldı. Niyə? Çünki müsəlmanlar məcburiyyət tətbiq etmədilər.

    Hansı müsəlman qoşunları İndoneziyaya, Malaziyaya, Sinqapura, Nigeriyaya yaxud Şərqi Afrikaya gedib orada İslamı yaydılar?  Heç biri.

    Ziyalılara, dindarlara, sıravi vətəndaşlara qarşı 70 il repressiv olan ve bir çox qanlı cinayetler, sürgünlər törədən kommunist-ateist Sovet sisteminin çöküşündən sonra Azərbaycan və Orta Asiya ölkələrinin türk xalqları yenidən öz istəkləri ilə İslama döndülər. Onları buna kim məcbur etdi?  Heç kəs.

    Bu günün özündə Amerikada, İngiltərədə, bir çox Avropa və dünya ölkələrində qeyri-müsəlman cəmiyyətlərində böyümüş insanlar hər il öz istəkləri ilə İslamı qəbul edirlər. Onların arasında hətta xeyli sayda məşhur insanlar da var. Yoxsa bu insanlar da İslamı zorla, qılınc gücünə qəbul edirlər?

    1925-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatı və 1938-ci ildə Oskar mükafatı almış dünyaca məşhur İrlandiya əsilli yazıçı Corc Bernard Şo belə demişdi: “Əgər önümüzdəki yüz ildə İngiltərə və Avropaya hakim olacaq bir din varsa, o da mütləq İslamdır.

 

İsveçli rahibin qızı İslamı seçi

    İSVEÇDƏ KİLSƏDƏ TƏHSİL ALAN KEŞİŞİN QIZI JANNİKA SANDE İNTERNETDƏN QUR"ANI DİNLƏDİ VƏ TƏSİRLƏNDİYİ ÜÇÜN İSLAMI SEÇDİ

   İsveç Dövlət Televiziyası – SVT eyni evdə yaşayan ata və onun müsəlman olan qızına qonaq olaraq xristian bir ata ilə müsəlman olmuş qızının sevgi, hörmət çərçivəsində evi necə paylaşdıqlarını göstərdi.

    QURAN OXUNDUĞUNDA ALLAHIN SƏSLƏNDİYİNİ HİSS ETDİM

   İsveç kilsəsində xristian təhsili alaraq böyüdüyünü söyləyən Jannika Sande (25) Quran oxuduğunda Allahın ona səslənişini hiss etdiyini və müsəlman olmağa qərar verdiyini söylədi. Atasının qibləni öyrənməyi üçün kömək etdiyini söyləyən isveçli Sande telefonuna yüklədiyi proqram sayəsində azan vaxtlarından xəbərdar olduğunu və namazını qıldığını bildirdi.

    Qızının ilk vaxtlar ibadət etmə şəklinin ona bir az fərqli gəldiyini söyləyən Sunnersta Kilsəsi Baş Keşişi Rabbe Sande artıq öyrəşdiyini və qızına hörmət etdiyini bildirdi.

Xəbər mənbələri:

1. http://www.sabah.com.tr/dunya/2014/11/20/isvecli-papazin-kizi-musluman-oldu

2.http://www.ahaber.com.tr/gundem/2014/11/21/papazin-kizi-musluman-oldu-1416533560

3.http://www.ensonhaber.com/isvecte-bir-papazin-kizi-musluman-oldu-2014-11-20.html

4. http://www.takvim.com.tr/Guncel/2014/11/21/papazin-kizi-musluman-oldu

5. http://www.haber7.com/avrupa/haber/1226900-papazin-kizi-musluman-oldu

 

Belçikalı 25 yaşındakı xanım Veronique Cools İslamı seçir

    Məktəbindəki müsəlman dostlarından təsirlənərək İslamı araşdırmağa başlayan və axtardığı sualların cavablarını tapdıqdan sonra müsəlman olan belçikalı 25 yaşındakı xanım Veronique Cools, daha sonra ailə üzvləri də daxil olmaqla xeyli sayda insanın İslamı qəbul etməsinə vəsilə oldu.

    Qurduğu “Yeni Müsəlman Qardaşlar” dərnəyi vasitəsilə İslamı təbliğ edən Veronique Cools belə deyir: “Səbr və qərarlılıqla İslamı anladaraq qabaqcadan din haqqında əmələ gəlmiş yanlış fikirləri aradan qaldırdım.”

http://www.islahhaber.net/once-musluman-oldu-sonra-bin-kisinin-hidayetine-vesile-oldu.html

Britaniyanın İslamlaşdırılması

   Britaniyanın “Independent” qəzetinin verdiyi məlumata görə İslamı qəbul edən britaniyalıların sayı son on il ərzində 2 dəfə artmışdır. İslam dininin cəmiyyətdə tez-tez mənfi obrazda təqdim edilməsinə baxmayaraq hər il minlərlə britaniyalı İslamı qəbul edir.

   Qəzet daha sonra yazır ki, “Faith Matters” araşdırma mərkəzinin apardığı yeni sorğunun nəticələrinə əsasən hər il Britaniyada 5000 insan İslamı qəbul edir. Bu rəqəm Almaniya və Fransada aparılmış oxşar araşdırmaların nəticələri ilə müqayisə edilə bilər. Araşdırmalara əsasən Almaniya və Fransada hər il İslamı qəbul edənlərin sayı 4000 nəfərdir.

Mənbə:

“Britaniyanın İslamlaşdırılması: rekord sayda insan müsəlman inancını qəbul edir”, “Independent” qəzeti, yanvar 2011-ci il

 

http://www.independent.co.uk/news/uk/home-news/the-islamification-of-britain-record-numbers-embrace-muslim-faith-2175178.html



21-03-2017 01:23:58