Ana səhifə

İstimna (Masturbasiya) - Əl İlə Orqazm


YazdırSend to friend

İstimna (Masturbasiya) - Əl İlə Orqazm

İstimna - adətən 13-15 yaşlarından etibarən həddi-büluğa çatan qız və oğlanların cinsiyyət orqanını və ya digər həssas üzvlərini əl ilə oynadaraq (və ya normal cinsi əlaqədən kənar bu və ya digər vasitələrlə) spermanın vücuddan xaric olması yolu ilə özlərini cinsi yöndən rahatlaşdırması deməkdir.

İslam alimləri prinsip etibarilə intim ehtiyacın nikah dan kənar vasitələrlə təmin edilməsini haram hesab etmişlər. Onların bu rəyinə əsas təşkil edən dəlil isə Qu`ran-i Kərimin bu ayəsidir:

“O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).” (Muminun, 23/5-7. Həmçinin bax: Məaric, 70/29-31)

Hz. Peyğəmbər -səllallahu əleyhi və səlləm- buyurmuşdur:

“Ey gənclər, sizdən evlənməyə gücü yetən evlənsin, çünki evlənmək gözü haramdan çəkir və insanın ayıb yerini də (haramdan) qoruyur. Evlənməyə gücü yetməyən oruc tutsun, çünki oruc şəhvəti söndürür.” (Buxari, Nikah, 3, (4778).)

Biz bu Hədisi-Şərifdə Hz. Peyğəmbər (s.ə.s)-in şəhvəti söndürməyin sadəcə iki yolla mümkün və caiz olduğunu bildirdiyini görürük:

1.Evlənmək. 2. Oruc tutmaq.

Hənbəli məzhəbinin fəqihləri evlənmək imkanından məhrum olub zina etmək təhülkəsilə üzləşən kimsələrə əl ilə istimna etməyi caiz görmüşlər (Karaman, HAYREDDİN, Günlük Həyatımızda Halallar və Haramlar, s. 116, Nesil Yayınları, İstanbul.). Yəni, çarəsiz qaldıqda böyük ziyana düşməmək üçün kiçik ziyana baş vurula bilər. Lakin unudulmamalıdır ki, bu əməli vərdiş halına gətirmək və sağlamlığa zərər vurmaq haramdır.

Mastrubasiyanın tibbi cəhətdən orqanizmə verdiyi zərərlərdən  bir neçəsi aşağıdakılardır:

- Yaddaşı zəiflədir.

- Şiddətli baş ağrıları, yuxusuzluq, iştahasızlıq və zəiflik yaradır.

- İnsanın ruhi həyatını məhv edir və onu passivləşdirir.

- Bu çirkin hərəkət mütəmadi şəkildə edildiyi təqdirdə insanı bu əməlin aludəsi edir.

İstimna evli şəxslər üçün daha təhlükəlidir. Çünki həm bir haqqın qəsb edilməsidir, həm də ailənin cinsi həyatında soyuqluq əmələ gətirir. Hər nə qədər bəzi alimlər həyat yoldaşının əli ilə buna razılıq vermişlərsə də, burada qadının razılığı mütləq alınmalıdır və ya ortada bir zərurət olmalıdır.

Elə isə insan şəhvəti təhrik edən açıq-saçıq reklam, klip, serial, şəkil, təsvir və ya geyimi doğru-düzgün olmayan kəslərə baxmamalıdır. Çünki nəzər şəhvətin təhrik edilməsi üçün bir başlanğıcdır. Oyanmış şəhvətin insanı bu kimi pis yollara sürükləyəcəyi isə hər kəsə məlumdur. Bütün bunlar eyni zamanda cinsi duyğuların qeyri-qanuni istismarıdır. Lakin dövrümüzdə KİV - lər biznes uğruna bunu anlamaq istəmirlər.

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN EVLİLİK VƏ MƏHRƏM XÜSUSLAR/ARİF ABDULLAH

 



11-04-2014 12:00:00