Ana səhifə

İstixarə Namazı


YazdırSend to friend

İstixarə: “xeyirli olanı istəmək” deməkdir. İstixarə namazı necə hərəkət etmək lazım olduğu bilinməyən mübah işlərdə, mənəvi bir işarəyə nail olmaq üçün qılınan namazdır. Bir şəxsin qərar vermək qarşısında qaldığı önəmli işlər mövzusunda, bu işi bilən, etibarlı insanlarla məsləhətləşməsi sünnədir. Qur`an-I Kərim`də belə buyurulur:

“(Ya Rəsulum) Allah`ın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onların sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allah`dan) bağışlanma dilə. İşdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et. Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər.” (Ali-İmran, 3/159.)

“O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara vərdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər.” (Şura, 42/38.)

Məsləhət nəticəsində o işin uyğun və xeyirli olacağı qənaətinə gəlmək mümkündürsə, istixarəyə ehtiyac yoxdur. Bu təqdirdə məsləhət istixarəni qabaqlayır. Ancaq məsləhət nəticəsində bir qərar alınmazsa, istixarəyə müraciət etmək mümkündür. Istixarə namazının ilk rükətində Fatihədən sonra Kafirun, ikinci rükətində isə İxlas surəsini oxumaq müstəhəbdir. Namazdan sonra istixarə duası oxumaq, sonra qibləyə dönərək yatmaq lazımdır. Yuxuda ağ və yaşıl rəngin görülməsi xeyir və yaxşılıq, qara və ya qırmızı rəngin görülməsi isə pisliyə dəlalət edir. Istixarə namazının və duasının dəlili bu hədisdir:

Cabir İbn Abdullahın (Radiyallahu anh) belə dediyi rəvayət olunmuşdur: Rəsulullah  (sallallahu aleyhi və səlləm) bütün mühüm işlərdə bizə Qur`an`dan bir surə öyrədirmiş kimi istixarəni də öyrədər və belə deyərdi:

 “Sizdən kim bir iş etmək istəyərsə, fərz namazdan əlavə iki rükət namaz qılsın və belə dua etsin:

Ey Allah`ım! Sənin elminə güvənərək Səndən haqqqımda xeyirlisini istəyirəm. Gücümə güc qatmağını, hüdudsuz lütf və kərəmindən mənə bəxş etməyini istəyirəm. Çünki Sənin hər şeyə gücün çatır, mənim isə çatmır, Sən hər şeyi bilirsən, halbuki mən bilmirəm. Çünki sən qeyb aləmini tam bilənsən. Ey Allah`ım! Etməyi fikirləşdiyim bu iş, mənim dinim, heyatım və gələcəyim -və ya dünya və axirətim- mövzusunda xeyirlidirsə, onu mənə asanlaşdır. Haqqımda xeyirli, uğurlu və bərəkətli et.

Yox əgər mənim dinim, heyatım və gələcəyim - və ya dünya və axirətim mövzusunda pisdirsə, onu məndən məni də ondan uzaqlaşdır. Haqqımda xeyirlisi nədirsə, məni onunla xoşbəxt et.” (Buxari, Təhəccüd, 25; Dəavat, 49; Tövhid, 10; Əbu Davud, Vitr, 31, h. No. 1538; Tirmizi, Vitr, 18, h. No. 480; İbn Macə, İqamə, 188, h. No. 1383; Ə. İbn Hənbəl, lll, 344; Tirmizi Cabirin rəvayət etdiyi hədis üçün “hasan, sahih, qərib” demişdir.)

İstixarə səmimi olaraq edildikdə, Allah xeyirlisini insana bəxş edər.Müəyyən işarələrlə bərabər qəlbdə rahatlıq və fərahlıq hiss edilərsə, o işin xeyirli olacağına və ya sıxıntı və kədər hiss edilərsə baş tutmayacağına yozulur. Birinci dəfədə nəticə alınmasa üç və ya yeddi dəfə bu təkrarlanır. Duanın ərəbcəsi oxuna biləcəyi kimi, tərcüməsi də oxuna bilər. Bir şəxs namaz qılaraq istixarə edə bilmirsə, bu təqdirdə sadəcə yuxarıdakı duanı oxuyaraq istixarə edə bilər.



05-06-2015 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz