Ana səhifə

Kərahət vaxtları haqqında məlumat verərsinizmi?


Beş vaxt vardır ki , onlara " məkruh vaxtlar " deyilir:

Birincisi: Günəş doğmamışdan bir mizraq boyu (beş dərəcə) ki , məmləkətimizə görə qırx ilə əlli dəqiqə arasında bir zamanla yüksəlişinə qədər olan zamandır.

İkincisi : Günəşin yüksəlib də tam təpəyə gəldiyi zaval anının olduğu vaxtdır. Bu da günorta namazından əvvəlki qırx dəqiqəlik bir zamandır.Buna istiva vaxtı deyilir.

Üçüncüsü : Günəşin sararmasından və gözləri qamaşdırmaz bir hala gəlməsindən etibarən batdığı zamanına qədər olan vaxtdır. Bu da günəşin batmasından yəni axşam namazından qırx beş dəqiqə əvvəldir.

Dördüncüsü : Fəcri Sadiqin doğmasıdan günəşin doğacağı zamana qədər olan vaxtdır.

Beşincisi : Əsr namazı qılındıqdan sonra günəşin batmasına qədər olan vaxtdır.

İlk üç kərahət vaxtında nə qəzaya qalmış fərz namazlar, nə vitr kimi vacib olan namazlar, nə də əvvəldən hazırlanmış bir cənazə namazı qılına bilər, nə də əvvəlcə oxunmuş bir səcdə ayəsi üçün tilavət səcdəsi edilə bilər. Bunlar edilsə namaz səhih olmaz və yenidən məkruh olmayan vaxtda edilməsi lazımdır.

Bu üç vaxtda nafilə namaz da qılınmaz. Ancaq qılınacaq olsa kərahətlə caiz olar və qaytarılması lazım deyil. Çünki bu kərahət nafilə namazların səhih(doğru) olmasına mane deyil . Bununla birlikdə bu vaxtlardan birinə rast gələn bir nafilə namazı kərahət vaxtından sonra onu qəza etmək daha fizaletlidir .

Bu üç vaxt atəşə tapınanların ibadət zamanıdır. Onlara bənzəməkdən qaçınmaq , Haqq dinə hörmətin gərəyidir.

Digər iki kərahət vaxtında isə nafilə namaz qılmaq məkruhdur. Fərz və vacib namaz məkruh deyil. Cənazə namazı və tilavət səcdəsi də məkruh deyil. Bu iki vaxtdan birində başlanmış olan bir nafilə namazı, kərahəttən qurtulması üçün pozulmuş olarsa, sonradan onu qəza etmək lazımdır.

Günəşin batışı halında yalnız o günün əsr namazı qılına bilər. Lakin digər bir günün qəzaya qalmış olan ikindi namazı qılınmaz. Çünki kamil bir vaxtda vacib olan bir ibadət , nöqsanlı olan (kərahəti olan ) bir vaxtda qəza edilə bilməz. Kərahət vaxtı isə ibadətlərin noksanlığına səbəbdir.

Günəşin doğuşuna rast gələn hər hansı bir namaz isə pozulmuş olar. Bunun üçün bir kimsə daha ilkindi namazını qılmaqdaykən günəş batsa namazı pozulmaz. Lakin səhər namazını qılmaqdaykən günəş doğsa, namazı pozular. Çünki birinci halda, yeni bir namaz vaxtı girmiş olar. İkinci halda isə , namaz vaxtı çıxmış ; lakin yeni bir namaz vaxtı girməmiş olur.

Tam zaval anına rast gələn bir namaz fərz və ya vacib isə pozular; əgər nafilə isə məkruh olmuş olar. Yalnız İmam Əbu Yusufa görə Cümə günü zaval vaxtında nafilə namaz qılınması caizdir və kərahəti yoxdur. Zaval vaxtı son olub da günəş qərbə doğru yönəlməyə başlayınca artıq ittifaqla kərahət vaxtı çıxmış olar.

Kərahət vaxtında oxunan bir səcdə ayəsindən ötəri səcdə edilə bilər. Ancaq kərahət vaxtından sonraya buraxmaq daha fəzilətlidir. Yenə kərahət vaxtlarından birində hazırlanmış olan bir cənazənin namazı o vaxtda qılına bilər. Eləki fəzilətli olan, bu namazı geciktirmeyip dərhal qılmaqdır. Çünki cənazələrdə tələsmək mənduptur.

Günəşin batmasından sonra, daha axşam namazının fərzini qılmadan nafilə namaz qılmaq məkruhdur. Çünki axşam namazının erkən qılınmasının vacib olduğunu bildirən hədislər ümumi mənalıdır. Sələmə İbn Əqva hədisi bunlardan birisidir:                        

"Rəsulullah(s.a.v) günəş batıb qaranlıq pərdəsi arxasında itincə axşam namazını qılardı." (Buxari, Bədül-Xalq, 4; Müslim, Məsacid, 216; Əbu Davud, Səlat, 3)

 Üqbə İbn Amir hədisi də belədir:

"Ümmətim axşam namazını ulduzların bir-biri içində göründüyü zamanadək gecikdirmədikcə xeyir üzərindədir." (Əbu Davud,Səlat, 6; İbn Macə, Səlat, 7)

Deməli axşam namazını tələsik etməkdə fəzilət vardır .

Şafelərdə məşhur olan görüşə görə, axşam namazından əvvəl iki rükət namaz qılmaq müstəhəbdir. Hənbəlilərə görə isə axşam namazından əvvəl nafilə namaz qılmaq caizdir, lakin sünnə deyildir. Bu iki məzhəb Allah Rəsulu(sallallahu aleyhi və səlləm)`in axşam namazının fərzindən əvvəl iki rükət nafilə namaz qıldığını bildirən bəzi rəvayətlərin axşam namazının erkən qılınmasını bildirən hədislərin mənasını məhdudlaşdırdığı fikrindədir.(Bax.Şövkani, e.a.ə.,2-ci, 2 vd.)

Cümə günü imam xütbəyə çıxdıqdan sonra və ya fərz namaza başlamaq üçün iqamə oxunarkən nafilə namaz qılmaqla məşğu olmaq məkruhdur.Dəlil bu hədislərdir:

Əbu Hüreyrə(Allah ondan razı olsun) nəql edir:

"Cümə günü imam xütbə oxuyarkən yoldaşına "sus" belə dedikdə xəta etmiş olarsan."(Buxari, Cümə, 36; Müslim, Cümə, 12; Əbu Davud, Səlat,229; Tirmizi , Cümə, 16; Nəsai, Cümə, 22, İdeyn, 21)

"Namaza qalxdıqda fərz namazdan başqa bir namaz qılmaq yoxdur. " (Müslim, Səlat, 710; Əbu Davud, Tətəvvü, 5; Tirmizi, Səlat, H.No:421; Nəsai, Səlat, 866; İbn Macə, Səlat, H.No:1151; ibn Həbəl)

Lakin sübh namazının fərzi üçün iqamə oxunduqdan sonra sünnəsini qılmaq caiz hesab edilmişdir. Çünki sübh namazının sünnəsi çox qüvvətli bir sünnnə olub, təşviq edilmiş və Rəsulullah(s.a.s) bu namazı mütəmadi olaraq qılmışdır.

"Sübh namazının iki rükət sünnəsi dünyadan və dünyada olan hər şeydən daha xeyirlidir." (Müslim,Müsafirin, 96, 97;Tirmizi, Səlat,190.)

Hz. Aişə də belə demişdir:

"Hz. Peyğəmbər sübh namazının iki rükət sünnəsinə diqqət etdiyi qədər heç bir nafilə namaza diqqət etməmişdir."(Buxari, Təhəccüd, 27;Müslim,Müsafirin, 94, Əbu Davud, Tətəvvü, 2, İbn Hənbəl, 6, 43,54,170)

Bununla yanaşı sübh namazının son rükətində imama çatan, fərzə çatmayacağından əmin olmazsa sünnəni tərk edərək imama tabe olar və namazı camaatla bərabər qılar.

Həmçinin təkbaşına namaz qılanın da  fərz namazın vaxtı dar olduqda, nafilə namazla məşğul olması məkruhdur.

Hənəfilərdən başqa əksər İslam fəqihlərinə görə, camaatla fərz namaza başlanıldıqdan sonra nafilə bir namaza başlamaq məkruhdur. Bu namaz istər fərzə bağlı olan sünnə, istəsə də başqa bir nafilə namaz olsun nəticə dəyişməz. Əsaslandıqları dəlil yuxarıda qeyd olunan, "namaza başlandığı zaman, fərz namazdan başqa bir namaz yoxdur" mənasındakı hədisdir. İmam Malik isə bu mövzuda belə demişdir: "Fərzin bir rükətini ötürməkdən qorxmayan kəs, sübh namazının iki rükət sünnəsini qılsın." (Bax:Nəvəvi,Şərhul-Müslim, 5,221 vd; İbn Qüdamə, Muğni, 1, 456; Züheyli, e.a.ə.,1, 532.)

İki bayram namazından əvvəl və bayram xütbələri arasdında və bu xütbələrdən sonra bayram namazı qılınan yerdə nafilə namaz qılmaq məkruh olduğu kimi, günəş tutulması, yağış duası və həcc xütbələri arasında da məkruhdur. Bu xütbələri dinləmək lazımdır.

Məkruh olmayan bir vaxtda başlanmış olan nafilə bir namaz pozulmuş olsa, (bunu qəza etmək vacib olduğundan) ikindi namazından sonra günəşin batışına qədər və fəcrin doğuşundan sonra günəşin bir nizə boyu yüksəlməsinə qədər qəza edilməz, məkruhdur. Bununla birlikdə qəza edilsə səhih olar. Digər kərahət vaxtları də belədir. Ancaq başda sıralanan ilk üç kərahət vaxtı belə deyil. Onların birində qəza edilən namaz səhih olmaz ; yenidən qəza edilməsi lazımdır.



17-05-2014 12:00:00