Ana səhifə

Kainatda bir-birilə yola gedən birdən çox tanrı ola bilməzmi?


YazdırSend to friend

 

Bu söz bir ayənin mənasını ehtiva edir.

“Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı. Ərşin sahibi olan Allah (Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır!” (Ənbiya surəsi, 21/22)

Akaidçilərin “Dəlili-Təmanü” dedikləri bu çox məntiqli dəlil və qaydanın səbəbi tamamilə açıqdır:

1.            Mütləq nizamı yaradan hüdudsuz qüdrət sahibidir. Belə ki, nizamın böyüklüyü və mükəmməlliyi yaradanın qüdrətinin hüdudsuzluğuna və bənzərsizliyinə işarə edir.

2.            Bu qüdrət istədiyi kimi idarə etməyə və var etdiyi əşyanı müəyyən ölçülərdə saxlayıb davam etdirməyə malikdir.Çünki O, başqasının əmrində olmadığı kimi, Ona kömək edəcək bir köməkçiyə də ehtiyacı yoxdur. Varlığı Özündən olduğu kimi üstün qüdrət, hüdudsuz elm və iradəsi də Özündəndir.

3.            O, hər şeyi modelsiz, nümunəsiz və bənzərsiz yaradır. Çünki Özündən əvvəl heç bir qüdrət yoxdur ki, ondan nümunə götürsün. Ortaya qoyulmuş heç bir əşya yoxdur ki, onlardan örnək alsın. Başlanğıcı olmadığı kimi, sonu da yoxdur. Ona görə də tədbir və idarə etməsində heç bir şeyə möhtac deyildir. Belə ki, ehtiyac nöqsanlılıqdan, qüdrətsizlikdən qaynaqlanır. O, hər cür nöqsanlılıqdan və qüdrətsizlikdən pak və ucadır.

4.            Yerdə və göylərdə bu ölçü və mənada, bu vəsf və kamalda iki ayrı qüdrət sahibi olsaydı, vəziyyət necə olardı? Onlardan yalnız biri sahiblik etməyə və tədbirə malikdirsə, digər aciz və nöqsanlı deməkdir.Aciz olan heç bir zaman ilah ola bilməz. İkisi də bərabər qüdrətə malik olsaydılar, ayrı-ayrı nizamları, sistemləri olmalıydı. Belə olduqda, bu günki tək və möhkəm nizam olmazdı. İkisinin yola getdiyini və tək nizam qurub birləşdiklərini təsəvvür edək. Onda da iki ilah bir varlıq üstündə vuruşardılar. Belə olduqda da, yenə gördüyümüz nizam olmazdı. Bir-birilə yola getməsələr, birinin etdiyini digəri pozar, anarxiya başlayar və nizam adlı bir şey olmazdı.

               Hər biri nizam üçün cüzi bir qüdrət və ilahlığa malikdirsə, onda hər biri öz                  qüdrətini tam şəkildə ortaya qoymaq imkanına malik deyil. Bu halda da ilah olmalarını düşünmək olmaz.

5.            İlahlardan biri digərinin ilahı, digəri də kainatın ilahıdır desək, varlıq olan ilah digərinə möhtac olduğu üçün ilah ola bilməz. Ond ilah-varlıq geriyə doğru hərəkət edər və beləliklə, ilahlar, varlıqlar zəncirirnin əvvəli və başlanğıcı olmaz, ilah-varlıq halqaları uzanıb gedərdi. Bu da doğru deyil. Eyni zamnada ilahlıq vəsfini təməlindən yıxır.

    Qurani-Kərim bu həqiqəti bildirərək bizə bu aydınladıcı əsas məlumatı verir: “Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı.”

 

O halda bir olan, eyni, bənzəri, bərabəri, ortağı və köməkçisi olmayan Allah inkar edənlərin, materialistlərin, bütpərəst azğınların, şübhəçi beyinsizlərin təsvir etdikləri nöqsanlardan, məxluqi sifətlərdən çox ucadır, çox uzaqdır. Haqqı ayırd edə bilən ağıl bunun şahidi, xoş məram bunun açıqlayıcısı, elm bunu sübut edən, iman bunun təməlidir. (bax: Celal Yıldırım, İlmin Işığında Asrın Kuran Tefsiri,  Enbiya, 22-ci ayetin tefsiri.)

 

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz