Ana səhifə

Kasıb və miskin kimdir? Nisab miqdarı malı olanların zəkat verməsi lazımdır?


YazdırSend to friend

- Zəkat sözünün lüğəvi mənası: “artma, çoxalma və bərəkətdir”. Zəkatın fərz olması üçün qəbul edilən şərtlər arasında, “zəkat” sözünün bu lüğəvi mənasına uyğun olan “artma, çoxalma” şərti də vardır. Bu səbəblə, ticarət üçün istifadə edilməyən ev və avtomobil kimi artma/çoxalma xüsusiyyəti olmayan şeylərdə zəkat yoxdur. Bunlar eyni zamanda insanların zəruri ehtiyaclarındandır. Bir nöqtə daha vardır ki, əgər çoxalma xüsusiyyətində olmayan malların zəkatı verilsə, bir neçə il içərisində həmin sərmayə də bitər. Onun üçün bu mövzuda hər hansı bir ziddiyyətdən söhbət gedə bilməz.

- Kasıb anlayışı, Quranda “kasıb-miskin” sözləriylə ifadə edilmişdir. Kasıb ilə miskindən hansının daha kasıb olduğu mövzusunda fərqli görüşlər vardır.

Hənəfilərə görə, kasıb: ev və ev əşyası kimi əsl ehtiyaclarını qarşılaya bilməyən, nisab miqdarından daha az malı olan kimsədir. Miskin isə, heç bir gəliri və malı olmayan kimsədir.

Şafiilərə görə isə, kasıb; özünün və baxmaqla məsul olduğu kəslərin ehtiyaclarını ödəməyə kafi malı və qazancı olmayan kimsədir. Miskin isə; özünü və dolanışığını təmin etməklə öhdəçilikli olduğu kəslərin ehtiyaclarını qarşılayacaq vəziyyətdə olmamaqla birlikdə, sahib olduğu mal və qazancla qıt-qənaət dolana bilən kimsədir.

Qısaca, Hənəfilərə görə, miskin kasıbdan daha kasıb; Şafiilərə görə isə, kasıb miskindən daha kasıbdır. Bu hər iki məzhəbə görə də, zəkat almağa haqqı olan möhtaclar:

a. Heç bir malı və gəliri olmayanlar ilə,

b. Malı və gəliri olmaqla yanaşı yenə də özlərinin və baxmaqla məsul olduqları kəslərin dolanışıqları təmin edə bilməyən kəslərdir.



04-05-2011 12:00:00

Düğüme özel