Ana səhifə

Kiçik və büyükbaş heyvanlar, niyə boğazlarından kəsilər?


YazdırSend to friend

Hz. Ömərin oğulu Abdullah, qurban kəsmə mövzusunda Peyğəmbər Əfəndimizdən öyrəndiyi şəkliylə, belə deyir: Heyvan kəsərkən "Sümüyə qədər (nəfəs borusu, yemək borusu və damarlar) kəsilər, sümüyə çatınca dayanılar və heyvan can verənə qədər gözlənilər" Yəni heyvanın başı bədəndən qoparılmaz, bu səbəbdən onurğa iliyi kəsilməmiş olar. Ayrıca peysərdən kəsmək məhrum edilmişdir.

 

Ürəyin işində hormonlar və sinirlər rol oynayar. Lakin birinci dərəcədəki rol sinirlərindir. Bunlardan biri, beyindən çıxan, boyundan qan damarlarına paralel seyr edərək sinə boşluğundan ürəyə çatan ‘nervus vagusdur. Ürəyin atış sürətini salıcı və sıxılma gücünü azaldıcı təsir edər. Digər sinir isə ürək atış sürətini artıran və sıxılma gücünü yüksəldən ‘nervus accelerantesdir. Bu iki sinir, bir-birlərinin təsirini tarazlayırlar. Əks halda birinin təsirinin artması, digərinin təsirinin azalmasına səbəb olar. Yəni bu sinir bağının birinin təsirində qalan ürək, ya çox sürətli atacaq və ya atan sürəti, sıxılma gücü çox azalacaq hətta dayana biləcək.

 

Əmr edildiyi şəkildə heyvanı kəsəcək olsaq, baxın nələri təmin etmiş oluruq. ‘Nervus vagusu kəsdiyimizdən ötəri ürəyin üzərindəki yavaşladıcı təsir qalxacaq. Onurğa iliyi, heyvan can verənə qədər kəsilmədiyindən, ürək ‘nervus accelerantesin təsiriylə, sürətli və güclü atacaq. Bu səbəbdən də mümkün olan ən çox qan çölə atılmış olacaq. Bu isə qida sağlamlığı və təmizliyi cəhətdən çox əhəmiyyətlidir. Çünki mikroorqanizmlərin törəməsinə ən uyğun mühitlərdən biri canlılığını itirməkdə olan qan toxumasıdır. Əgər bədəndə çox qan qalmış isə, mikroorqanizmlər sürətlə törəyəcək, törəyən bu varlıqlar da ətin tez pozulmasına, rənginin dəyişməsinə və müxtəlif zərərlərə gətirib çıxaracaq.

 

İslam dini 14 əsr əvvəlindən gətirdiyi üsulla, sağlamlıq baxımından ən mükəmməl yolu seçmişdir. Bu isə elmi araşdırmalarla təsdiq edilmiş bir həqiqətdir.

 

Qaynaqlar:

 

1.Prof.Dr. Neyhan Yetkinə (İ. Ü. Baytar Fak. Fizioloji dərs qeydləri, 1988)

2.Prof.Dr. İbrahim Canan (Kutubu Sittə Müxtəsəri- 1954 nömrəli hədis).

3.Prof.Dr. Turan İnal (İ. Ü. Baytar Fak. Qida Gigiyenası dərs qeydləri, 1988)



19-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz