Ana səhifə

Kimlər Oruc tutmaya bilər?


YazdırSend to friend

Heç bir üzrü yoxkən oruc tutmamaq və ya başladığı orucu pozmaq günahdır. Həm də qəza və (əgər başladığı Ramazan orucunu əvvəldən pozmuşsa) kəffarə olaraq cəzası vardır. Bəzi hallarda isə, oruc tutmamaq və ya başlanmış orucu pozmaq caiz hala gələr. Bu hallar, bunlardır:

 
1 - Xəstəlik: Oruc tutduğu təqdirdə xəstəliyinin şiddətlənməsindən və ya çox sürməsindən qorxan kimsənin sonradan qəza etmək üzrə oruc tutmaması və ya başladığı orucu pozması caizdir.

 2 - Səfər: Ramazanda səfərə çıxanların oruc tutmayıb sonraya buraxmaları caizdir. Ancaq yolda məşəqqətə, bədəni bir halsızlıq və narahatlığa məruz qalmaq olarsa, oruc tutmaq, tutmamaqdan üstündür

 3 - İkrah (Təhdid və Məcbur etmə: Orucunu pozmadığı təqdirdə döyülmək və ya yaralanmaq və yaxud öldürülməklə təhdid edilən bir kimsə də oruc tutmaya bilər.

 4 - Hamiləlik və Əmziklilik: Oruc tutduğu təqdirdə özünə yaxud uşağına bir zərər gələcəyindən qorxan hamilə və ya əmzikli qadın, oruc tutmayıb sonradan qəza edər. Əmzdirdiyi uşağın başqasının uşağı olması hökmü dəyişdirməz.

5 - Şiddətli Aclıq və Susuzluq: Aclıq və susuzluqdan ötəri həlak olacağından və ya ağılı müvazinətinin pozulacağından qorxan kimsə orucunu poza bilər.

 6 - Düşkünlük Dərəcəsində Qocalıq: Belə kəslərin də oruc tutmaması caizdir. Belələr oruc tutmayacaqları kimi, qəza da edə bilməyəcəklərindən fidyə verərlər.

 7 - Aybaşı - nifaz halı: Bu hallarda oruc tutulması haramdır.


* Nafilə oruc tutanlar üçün, ziyafətə dəvət edilmək bir üzrdür. Belə bir kimsə, ev sahibinin məcburiyyətindən  orucunu poza bilər.



06-01-2010 12:00:00