Ana səhifə

Kişilər birdən çox qadınla evləndiyi halda qadınlar niyə birdən çox kişilə evlənə bilmir?


YazdırSend to friend

Qur`an-ı Kərim bizə öncə bir evliliyi tövsiyə etməkdədir. Ancaq bəzi şərtlərdən dolayı birdən çox evliliyin gərəkli olduğu vəziyyətlərdə ədalətli olmağı əmr etməkdədir.

Ayrıca islam birdən ikiyə üçə çıxarmamış, daha yüksək ədədlərdən aşağıya endirmişdir. Qadın nəsilinin kişilərə görə çox olması da qadınlara məşru (qanuni) yoldan bir yol açılmış olur.

Digər tərəfdən kişinin uzun müddət yaşlılıq illərinə qədər cinsi arzusunun davam etməsi, qadının həm arzularının erkən kəsilməsi həm də ayın müəyyən zamanlarında adət halında olması və bəzən hamilə qalaraq uzun müddət cinsi əlaqəyə girə bilməmə kimi vəziyyətlər diqqətə alınınca hadisənin ölçüləri daha yaxşı aydın olacaq.

Dini hökmlərin bir qisimi taabbudi dediyimiz ağla tabe olmayan və ağılın deyil təslimiyyətin hakim olduğu qaydalar mənzuməsidir. Məsələn səhər namazının iki, günorta namazının 4 rükət olması ağla tabe olan bir məsələ deyil. Tamamilə Allahın istədiyi bir şeydir. Bir qisimi isə, məqbul-ul məna dediyimiz tamamilə məntiq və elm ilə hikmətin olduğu qisimdir. Bu qisimdə bir müsəlman alim və ya elm adamı, öz ixtisas sahəsi içərisindəki bir islami məsələni müzakirə edə bilər, fikir bəyan edə bilər və ya məntiq ortaya qoya bilər. Məsələn donuz əti niyə haram qılınmışdır, İçki niyə haram qılınmışdır v.s. kimi məsələləri elm və hikmət düsturu ilə açıqlaya bilər. Məntiqə əsaslanan ikinci qisim taabbudi qisimə görə daha genişdir. Bu halda soruşduğunuz suala "Allah belə iradə etdiyi üçün" deyərik.

Bir qadın və kişinin birləşməsindən meydana gələn uşağın anası məlumdur. Lakin atası müəyyən olmasa nəsillər qarışar. Əgər bir qadın bir neçə kişilə evlilik etsə o zaman doğan uşağın kimə isnad ediləcəyi bəlli olmaz. Düşünün, bir qadının dörd dənə əri var. Hamısı da qadınla yaxınlıq qurur. Doğulacaq uşaq kimə aid olacaq. Ana bir ata dörd dənə.

Düşünülə bilərmi belə bir şey. Ən əvvəl qadınla yaxınlıq quran ata oldu deyək, digərləri, uşaq doğulana qədər nə edəcək? Bütün bunlar yalnız bir nəsilin qarışması deyil, kişilərin davası, qadınların da pərişan olması deməkdir. Bu yalnız bir hikmətdir. Bununla birlikdə minlərlə hikmətlər ola bilər. Lakin bütün bu hikmətlər illət dediyimiz Allahın əmri yerinə keçə bilməz. Yəni bu uşağın kimə aid olduğu müəyyən olsa və tibb belə bir irəliləmə əldə etsə, bir qadının birdən çox kişilə evliliyi caiz olarmı? Əlcavap xeyr. Çünki, Allah bir qadının bir kişilə evlilik edə biləcəyi əmrini vermişdir. Minlərlə hikmət bu ilahi əmri qaldırmaz.

Allah qadına aid olma, birilərinə bağlanma duyğusu vermişdir. Kişiyə isə sahib olma, birilərini özünə bağlama duyğusu vermişdir. O səbəblə qadının kişi kimi davranıb bir neçə kişini nigahına alması, onları idarə etməsi düşünülə bilməz, bu onun təbiətinə zidddir. Bu fitrətin gərəyi olaraq çox az primitiv qəbilələr xaricində tarix boyunca kişilər çox evlilik etdiyi halda qadınlar birdən çox kişilə evlənməmişdir.



21-08-2014 12:00:00