Ana səhifə

Köhnə Əhli Sünnə alimləri zəmanə alimlərindən daha çox məlumatlı idi?


YazdırSend to friend

İndiki vaxtda, dinin zəruri olaraq bilinməsi lazımlı xüsuslarında böyük bir laqeydlik söz mövzusudur. Məsələn, gənclərimizin, Allaha iman mövzusunda bir çox tərəddüd və sualları vardır. Elm yuvası olaraq bildiyimiz universitetlərdə Allaha iman etməkdə tərəddüd içində olanlar az deyil. İctihadı mövzular ixtilaflıdır və dinin əsliylə əlaqədar deyil. Şəriətin yüzdə doxsan doqquzu hər kəsin qəbul etdiyi və dinin zəruri xüsuslarından meydana gəlir. Səid Nursinin ifadəsi ilə- "Bunlar almaz bir sütun kimidir. İctihada baxan ixtilaflı, fəri mövzular isə yüzdə on ətrafındadır. "Doxsan almaz sütunu on qızılın sahibi kisəsinə qoya bilməz. Ona tabe edə bilməz. Almazların mədəni Quran və hədisdir."  (Nursi, Bədiüzzaman Səid, Lemeat, Klt. 1/322; Sünühat, Klt. 2/2047.)

 

Bunun mənası, on qızıl üçün doxsan almazdan sərfi nəzər etməmək lazım olduğudur. İnsanların nəzəri və ixtilaflı məsələlərdən daha çox, dinin əsas ünsürlərini öyrənməyə ehtiyacı vardır. Çünki əksəriyyət ixtilafların incəliklərinə tam vəqf ola bilmədiyi üçün, fərqli bir-birinə zidd mövzuları düşünərkən, məlumatsızlıq səbəbi ilə dinin əzəməti haqqındakı düşüncəsi də yıxılar. Bu səbəblə əsl üzərində dayanılması lazım olan xüsuslar, dinin əsaslarıdır.

 

Nəhayət bu olmaqla birlikdə, zaman zaman dinin feri mövzularındakı ictihad müzakirələri əsl bilinməsi və öyrədilməsi lazım olan zərurəti arxa plana itələməkdədir. Üstəlik, bu cür ictihad həvəsiylə ortaya çıxanların bir qisimi də dinin içindən deyil, din haqqında çöldən söz ifadəyə cürətini göstərənlərdir. Bu səbəblə İslamın dəyişdirməyə istiqamətli ictihadlar, ictihad deyil bir xəyanətdir. Namazda tərcümə oxumaq, azanın Ərəbcə əsli yerinə tərcümə sözlərlə oxudulması, təsəttürün qaldırılması istiqamətindəki təkliflər buna nümunə olaraq verilə bilər.

 

Elmi zehniyyət gərəyi, İslami bir məlumat qaynağı olaraq canlı və fəal bir təşkilat olması lazım olan ictihadın, bəzi pis niyyətli insanların əlində İslamın əsl gövdəsini çürütməyə istiqamətli bir məcraya sürüşdürüldüyünü fərq edən Bədiüzzaman Səid Nursi, mövzuyla əlaqədar, "həddini bilməyənin həddini bildirmək" üçün qələmə aldığı bir əsərdə, "İctihad qapısının açıq olduğunu, lakin bu zamanda oraya girmək üçün bəzi maneələr olduğunu " söyləyər.

 

Nəticə olaraq bunu ifadə etmək mümkün:

 

Əsas etibarı ilə fiqh elminin mövzusu olan hökm çıxarma və hökmləri başqa vəziyyətlərə tətbiq etmək müqayisə, icma', ictihad, istehsan, səddi-zerayi' kimi dəlillərin Quranın həqiqi şərhində mütləq bilinməsi lazımdır. Fiqh üsulu elminin incəlikləri və keçmiş alimlərin təcrübəsi diqqətə alınmadan Quran tərcüməsi və bəzi hədislərə baxaraq dini hökmlər çıxarmaq qeyri-mümkündür. Bu yol, həm mənən məsuliyyət gətirici həm də təhlükəlidir. Dinin kompleks bir hal almasına səbəb olar.



22-11-2009 12:00:00

Düğüme özel