Ana səhifə

Köləlik insana qul olmaq deyil? Allaha qul olmaqla fərqi nədir?


YazdırSend to friend

 

Ərəbcə köləyə də, qula da “abd” deyilir. Birisi “Abdullah”dır, birisi “abdu filan”dır.

Bəşəriyyət tarixi boyu köləlik ya əməldə, ya da sözdə var idi. Yəni ya gerçəkdən, ya da dolayı yolla bir köləlik vardı. Müxtəlif dövrlərə görə dəyişən bu forma bəzən qul-ağa, bəzən əsir-əsir alan, bəzən işçi-müdir, bəzən məmur-rəis, bəzən vətəndaş-dövlət şəklində tarix səhnəsində təzahür etmişdir.

-          İslam dininin Allah tərəfindən göndərilməsinin bir hikməti qulun qula qul olduğu sistemləri aradan qaldıraraq hər kəsin bərabər şəkildə yalnız Allaha qul olduğu bir nizama qovuşdurmaqdır.

   “Heç bir ərəb ərəb olmayandan, heç bir ərəb olmayan da ərəbdən, heç bir ağdərili qaradərilidən, heç bir qaradərili də ağdərilidən üstün deyil. Üstünlük sadəcə təqva ilə/Allaha göstərilən hörmətlədir.” (bax: Tirmizi, Təfsir surə, 49) hədisi-şərif də bu həqiqətin göstəricisidir.

- Bizi yoxdan var edən, varlığımıza son verən, min cür maddi-mənəvi nemətlər bəxş edən, ölümdən sonra təkrar dirildərək əbədi bir həyatda sonsuz lütf göstərən Allaha qul olmaq kimi ən şərəfli bir məqamda olmaqla bizim kimi aciz, məzlum, əlindən yaratmaq cəhətdən heç bir iş gəlməyən yazıq bir qula qul-kölə olmaq kimi insanlıq qürurunu zədələyən bir vəziyyətdə olmaq arasındakı fərq açıqdır.

- Heç yaradanla yaradılan bir olarmı? Yaradana qul olmaqla yaradılana qul olmaq arasındakı fərqi görməmək mümkün deyildir. İki qul arasında yerdən göyə qədər fərq var.

Hz. Muhamməd (SAV) qulluğun zirvəsi olan Meraca çıxarkın Allah ona ən yüksək hədiyyə olaraq “abd = qul” ünvanını vermişdir. (İsra surəsi, 17/1)

 



08-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz