Ana səhifə

Küllü iradə və cüzi iradə nə deməkdir?


YazdırSend to friend

Küllü iradə , sonsuz işləri birlikdə diləyə bilən ilahi iradədir. Cüzi iradə isə bir anda ancaq bir şey diləyə bilən, iki şeyə birlikdə taalluk edə bilməyən insan iradəsidir.

 

İnsan bədənində yüz trilyona qədər hüceyrə olduğu deyilir. Hər hüceyrənin də nə qədər funksiyaları var. İnsan, bir anda iki şey iradə edə bilməzkən, bədənindəki bu saysız fəaliyyətləri necə izah edəcək? Demək ki, insan özünə malik deyil. O bir quldur. Bədəni, küllü bir iradə ilə tənzim və idarə edilir.

 

Qəflətdən xilas olub həqiqəti tapan bəxtiyar qullar isə belə mütəfəkkirlər: "Madam ki, heç bir orqanım, heç bir hüceyrəm başıboş deyil, elə isə mən də başıboş ola bilmərəm! İç aləmimdə cərəyan edən bütün işlər hikmətli və faydalıdır. O halda mən, iradəmi doğru istifadə edərək nə dünyama nə də axirətimə fayda verməyən boş işlərin arxasında qaçmamalıyam. Bədənimdəki hər hüceyrə, səmadakı hər ulduz və kainatdakı hər sistem küllü bir iradə ilə hərəkət etdiklərinə görə, mən də cüzi iradəmi o küllü iradəyə uyğun olaraq istifadə etməliyəm. Qulluq vəzifəmi axsatmamalı, ibadətimi əskiksiz yerinə yetirməliyəm. "

 

Sonra, düşüncəsini ümumiləşdirər: Mən öz iç aləmimə qarışa bilmədiyim kimi, ağac da öz içində işləyən fabrikin həqiqi sahibi deyil. Və o dəzgahın müntəzəm çalışması onun öz hünəri deyil. Bu ağacı alma, bunu da armud verəcək şəkildə proqramlaşdıran bir hikmət, bir qüdrət, bir elm var. Və yenə, mən qan çayımda axan qırmızı qan hüceyrələridən və ağ qan hüceyrələridən xəbərsiz olduğum kimi, dəniz də içindəki balıqlardan xəbərsizdir. Səma da ulduzlarını tanımır. Saçımı özüm etmədiyim kimi, ağaclar da yarpaqlarını özləri taxmırlar. Meşələr, dağın hünəri deyil. Günəş də planetlərinə sahib çıxa bilməz.

 

Kainatda meydana gələn bu sonsuz işlər, birlikdə nəzərə alındığında, küllü və mütləq bir iradəni açıqca göstərərlər.

 

Belə düşünək: Bu aləmdə bir-birindən fərqli nə qədər çox hərəkət birlikdə icra edilir! Hər an, mikroblar aləmindən, bakteriyalardan, al və ağ qan hüceyrələridən, böcəklərdən, quşlara, insanlara çatana qədər nə qədər canlılar ölümü birlikdə dadırlar. Onların yerləri isə, boş qalmır. Bir o qədər, hətta daha çox varlıq dünya ilə tanış olur.

 

Yenə sayını bilməyəcəyimiz qədər çox canlı xəstələnərkən, eyni anda bir o qədəri də şəfa tapır. Nə qədərləri izzətə doğru qaçarkən, nə qədərləri də zillətə düşürlər.

 

Kimiləri hələ yeməklərini yeyərkən, başqaları aclığa yaxınlaşırlar. Hər biri bir ilahi adın təcəllisini göstərən belə sonsuz və bir-birindən fərqli, hətta çox vaxt bir-birinə zidd hərəkətləri birlikdə icra etmək, ancaq küllü bir iradənin işidir.

 

İnsan o cüzi iradəsini ölçü tutaraq və onun acizliyinə, nöqsanlığına baxaraq bu sonsuz işləri heyrət və heyranlıqla düşünər; imanı kamala çatar.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz