Ana səhifə

Lizinq (leasing) vasitəsilə hər hansı daşınan və ya daşınmaz əmlak almaq olarmı? Bankla lizinq arasında nə kimi fərqlər var?


YazdırSend to friend

   Lizinq – lizinq verənlə lizinq alan arasında əksər hallarda uzunmüddətli xarakter daşıyan maliyyə sazişidir. Lizinq, lizinq obyektinin lizinq şirkəti tərəfindən satın alınaraq müştəriyə uzunmüddətli istifadəyə (icarəyə) verilməsi, müqavilə sonunda isə müqavilədə əvvəlcədən razılaşdırılnuş simvolik bir qiymətlə müştəriyə satılmasıdır. Müqavilə müddəti bitdikdə lizinq obyekti (kənd təsərrüfatı avadanlıqları, tibbi avadanlıqlar, tikinti qurğu və avadanlıqları, sənaye avadanlıqları, sərnişin, yük və sair nəqliyyat vasitələri, ticari məqsədli daşınmaz əmlaklar) lizinq alamn mülkiyyətinə keçir. Beləliklə, lizinq verən – lizinq müqaviləsinə əsasən əldə etdiyi və mülkiyyətində olan əmlakı lizinq obyekti kimi lizinq alana müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. Lizinq alan – lizinq müqaviləsinə əsasən lizinq predmetini müəyyən ödənişlə, müəyyən müddətə və müəyyən şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə götürən fiziki və ya hüquqi şəxsdir. Satıcı (təchizatçı) – alğı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir.

   Lizinqlə bağlı qeyd olunan izahlardan aydın olur ki, ənənəvi pul ticarəti ilə həyata keçirilən kredit əməliyyatlarından fərqli olaraq lizinq əməliyyatlan əmlak ticarəti əsasında həyata keçirilir. Məhz bu səbəbdən də, dini baxımdan tamamilə caiz olan bir alğı–satqı növüdür. Onu da qeyd edək ki, lizinq məsələsi Islam alimləri tərəfindən müzakirə edilmiş və caiz olduğuna qərar verilmişdir. Həmçinin, 1996-cı ildə Türkiyə Cümhuriyyətinin Konya şəhərində təşkil edilən ”İslam ticarət hüququnun günümüzdəki məsələləri" adlı beynəlxalq simpozyumda da lizinq məsələsi tərəffüatı ilə izah edilmiş və müasir İslam hüquqşünasları tərəfindən caiz olduğuna qərar verilmişdir.

 

Dəlilləriylə Ticarət Elmihalı, Anar QURBANOV-İpəkyolu Nəşriyytı

Müəllif: 


17-06-2017 07:43:41