Ana səhifə

Məhəbbətullah nədir? İnsan kimə, hansı ölçüdə məhəbbət edəcək?


YazdırSend to friend

 

Məhəbbətullah, Allahı Təalanın kamal və camalını idrak və təqdir nisbətində ürəkdə ibarət olan ilahi bir nurdur. Bu məhəbbət ilə insan ruhu, kədərlərdən və hüznlərdən xilas olar. Saf sevinc və dincliyə qovuşar. İnsan ruhunu gözəlliyə çatdıran səbəblərin ən möhkəmi, Allah sevgisidir.

 

Cənabı Haqq, insanın ürəyinə sonsuz bir məhəbbət qabiliyyəti yerləşdirmişdir. Bu sonsuz məhəbbət, ancaq şəxs və sifətləriylə sonsuz kamalda olan Allah üçündür. Yəni, insana lütf edilən bu sevgi qabiliyyəti Allahı sevmək üçündür.

 

İnsan bir şeyi ya ondakı kamal, yaxud ondan aldığı ləzzət və gördüyü mənfəət üçün sevər. Məsələn, bir Müsəlman peyğəmbərləri, övliyaları, mədəniyyət və fəzilət sahibi şəxsləri, onlardakı kəmalat üçün sevər. Özünə lütf edən kəsləri, onlardan gördüyü lütf üçün sevər. Yediyi yemək və meyvələri isə ləzzətləri üçün sevər. İnsan, ağlan və vicdani olaraq bilər ki, kamallarını təqdir etdiyi, lütfkarlıqlarından razı olduğu və ləzzət aldığı bütün bu varlıqlar Allahındır. Hamısını O yaratmışdır. Bunlarda təcəlli edən bütün kamal, camal və lütfkarlıqlar, həmişə Ondan gəlməkdədir.

 

Elə isə, insan özündəki bu sonsuz məhəbbət qabiliyyətini, əvvəla və şəxsən Allaha verəcək, digər bütün məhəbbətə layiq şəxsləri, nemətləri və lütfkarlıqları da Allah üçün sevəcək. Pozulmamış hər ağıl və vicdan, bu həqiqəti qəbul edər.

 

Buna görə, biz Müsəlmanlar, başda Peyğəmbərimiz (s.ə.s.) olmaq üzrə, Dörd Xəlifəni, Əhli Beyti, bütün səhabəni Allah adına, "Allah onları sevdiyi və sevməmizi istədiyi" üçün sevirik. Əgər bu şəxsləri, Allah üçün deyil də, sırf öz şəxsiyyətləri üçün sevsək, o zaman Xristianların düşdüyü təhlükəyə biz də düşmüş olarıq. Çünki, onlar Hz. İsa (ə.s.)ı Allahın bir Elçisi olaraq Allah adına deyil də, - əstağfirullah - Allah kimi sevirlər. Onu, Allaha ortaq qoşmaqda dindən çıxırlar.

 

Hər Müsəlman, bu mövzunu diqqətlə göz önünə almalıdır: Qurani Kərim, insanların dünyəvi və uhrəvi bütün vəziyyətlərinə ölçü gətirmişdir. Danışmalarına, yeyib içmələrinə, ticarətlərinə ölçü qoyduğu kimi; fikir və hiss aləmlərinə də ölçülər qoymuşdur.

 

Məsələn, danışmağa ölçü gətirmişdir: Müsəlman yalan danışa bilməz. Düşüncə tərzinə ölçü gətirmişdir: İnsan Cənabı Haqqın Şəxsini, mahiyyətini və necə olduğunu düşünə bilməz. Eyni şəkildə Allahı sevməyə və Ondan qorxmağa da ölçü gətirmişdir. Allah sevgisinin ölçüsü, "yaxşı əməl işləmək", Allah qorxusunun ölçüsü isə, "təqva" yəni günahlardan çəkinməkdir.

 

 

Buna görə, Sünnəyə tam uyğun gəlmək istəyən bir mömin, Rəsulullah Əfəndimiz (s.ə.s.) kimi - fərz, vacib, sünnə - bütün namazlarını qılacaq, orucunu tutacaq, zəngin isə həccə gedəcək və zəkat verəcək, Quranı oxuyacaq, Onun sevdiklərini sevəcək, sevmədiklərini sevməyəcək. Onun əxlaqına mümkün olduğu qədər uyğun gəlməyə çalışacaq.



07-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz