Ana səhifə

Mələklər, Adəm (ə.s.)-ə necə səcdə etmişlər?


YazdırSend to friend

Bu səcdənin, bizim anladığımız mənada, alınlarını yerə qoyma şəklində bir səcdə olmadığı açıqdır. Səcdə, ilahi əmrlərə itaət etmənin ən vacib səviyyədə bir göstəricisidir; təvazönün də son sərhədidir. Bu böyük kainat bu aciz adəmoğlunun xidmətinə verilmiş və insan, böyük bir ilahi lütfkarlıq olaraq ərzə xəlifə edilmişdir. Hz. Adəm (ə.s.)-ın səcdə hadisəsinin həqiqəti, bu ilahi təqdirin, mələklər aləminə elan edilməsidir.

 

Bu səcdə bir ilahi əmrdir; adəmoğlunun mələklər və cinlər üzərindəki üstünlüyünün elanı yanında, mələklər üçün də bir ibadət təklifidir. Allah necə əmr etmişsə, onlar da o şəkildə səcdə etməklə mükəlləfdirlər.

 

Hz. Adəm (ə.s.)-a səcdə, bir ilahi əmrin yerinə yetirilməsi cəhətiylə, həqiqətdə, Allaha edilmişdir.

 

Biz də namaz qılarkən qibləyə dönərik. Əgər Kəbənin yanındaisək, üzümüzü ona çevirərək ibadətimizi eləcə edər, səcdəyə bağlanarıq. Bu səcdəmiz görünüşcə Kəbəyə, həqiqətdə isə Allahadır.



08-08-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz