Ana səhifə

Mələklərin Hz. Adəmə (ə.s.) səcdə etməsi necə reallaşmışdır?


YazdırSend to friend

 

Əvvəlcə bunun Allaha bir hörmətsizlik olmadığını ifadə edək. Çünki mələklərə Hz. Adəmə səcdə etmələrini əmr edən şəxsən Allahdır. Bu əmri yerinə yetirməyən şeytanın, rəhmətindən qovulduğunu xəbər verən də yenə şəxsən uca Allahdır. Bu səbəbdən bu səcdənin Allaha bir hörmətsizlik olduğunu söyləmək doğru olmaz. Əksinə bunu belə qəbul etməmək hörmətsizlikdir. Bununla birlikdə, yalnız Allaha səcdə edildiyi halda, mələklərin Adəmə səcdə etmələrinin hikməti araşdırıla bilər. Bunu isə belə izah edə bilərik: Bütün Müsəlmanlar bu səcdənin Hz. Adəmə ibadət qəsdiylə edilmədiyinə ittifaq halındadır. Çünki başqasına ibadət qəsdiylə səcdə etmək küfürdür və uca Allah küfürü əmr etməz. Hz. Adəmə səcdə edilməsinin hikmətləri üzərində ümumiyyətlə üç görüş vardır. Bunlar:

1. Bu səcdə Allah üçün olmuşdur. Hz. Adəm isə sanki bir qiblə vəzifəsi görmüşdür.

2. Bu səcdə salam mahiyyətində ola bilər. Bəzi alimlərə görə mələklər, Hz. Adəmə onu ucaltma və onu salamlamaq üçün səcdə etmişlər. Müsəlmanların bir-birlərinə salam vermələri kimi, keçmiş ümmətlər də bir-birlərini səcdə ilə salamlayırdılar. Katade, "Ana, atası və qardaşları Yusuf üçün səcdəyə endilər." ayəsi (Yusuf Surəsi, 100) haqqında, "O zaman insanların bir-birlərinə salamı, səcdə etmək şəklində idi." deyər.

3. Üçüncü fikirdə isə səcdənin Ərəbcədə boyun əymə və üstünlüyünü qəbul etmə mənasını verdiyi deyilər və "Ot və ağaclar Ona səcdə edərlər." (Rəhman Surəsi, 6) ayəsi də bu mənadadır.

 

Fahreddin Razi, Təfsiri Kəbirində səcdənin, şəriət ənənəsində alını yerə qoymaqdan ibarət olduğunu söyləyər. Bu məna mələklər üçün düşünülə bilməyəcəyinə görə, mələklərin bu səcdəsini bu şəkildə anlamanın doğru olmayacağına beləcə diqqət çəkmiş olar.



14-02-2010 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz