Ana səhifə

Mənəvi Qazanc Fürsəti: Ramazan


YazdırSend to friend

Bu mübarək ay biz qullarına şəfqətli Rəbbimizdən verilmiş möhtəşəm bir fürsətdir. Dünya və axirət həyatı üçün əhəmiyyətli fürsətlər vardır. Bəzən ömür boyu çalışıldığı halda əldə edilə bilməyən qazanclar bir anda əldə edilə bilər. Qaçırılan fürsət nə qədər böyük olarsa, kədəri də o nisbətdə çox olar. Ticarət həyatında fürsətlər olduğu kimi, mənəvi ticarətdə də böyük imkanlar vardır. 

#Ramazan kəlməsi yayın sonunda, payız fəslinin əvvəlində yağıb yer üzünü tozdan təmizləyən və yağmur mənasını daşıyan “ramda” sözündən törəmişdir. Bu yağış əsasən yer üzünü təmizləyir. Bunun kimi Ramazan ayında da #möminlər günah kirlərindən təmizlənir, qəlblərini paklaşdırırlar.

Bir başqa fikrə görə, günəşin hədsiz istiliyindən daşların çox qızması mənasını verən “ramad” kəlməsindən əmələ gəlmişdir. Belə bir yerdə gəzən adamın ayaqları istidən yanır, əziyyət və məşəqqət çəkir. Eynilə bu misaldakı kimi, çox oruc tutan insan da aclıq və susuzluğun hərarətinə qatlaşır, əziyyət və məşəqqət çəkir, ürəyi yanır. Yaxud qızmar yer ayaqları yandırdığı kimi Ramazan da möminlərin günahlarını yandırır, yox edir.

Bu ayda min aydan daha xeyirli olan Qədr gecəsi vardır. Allah Rəsulu sallalahu aleyhi və səlləmin ifadə etdiyi kimi, Ramazan ayında nafilə ibadət edən, digər aylarda fərzi yerinə yetirən kimi əcr qazanar. Ramazanda bir fərzi yerinə yetirən Ramazan xaricində yetmiş fərzi əda etmiş kimi savab qazanar. Orucun savabını Allah`dan başqa heç kim bilə bilməz, çünki hesabsızdır. Ramazanın ilk günündən etibarən rəhmət qapıları açılar, son günə qədər bağlanmaz. Bir qul Ramazanın ilk günü orucunu tutduğunda, keçmiş Ramazandan bu yana işləmiş olduğu günahları bağışlanar. 

Əgər kimsə hər hansı xeyirli, saleh əməllər işləyib gözəl vərdişlər qazanmaq və pis iş və vərdişlərdən uzaq durub qurtulmaq istəyirsə əmin ola bilər ki, bundan daha yaxşı fürsət və daha dəyərli zaman tapa bilməyəcək. Şeytanların zəncirlərə vuruluğu bu mübarək ayda saleh əməllərə nail olub günahlardan qurtulmağa çalışmaq asanlaşar. 

Səbr və əzmlə saleh əməllərimizin keyfiyyətini artıraq. 

Namazlar günümüzün ən önəmli hadisəsi olsun. Rəbbimizin hüzurunda durmağı adiləşmiş fəaliyyətdən çıxarıb, ona xuşu və şüur qataq. 

Səksən üç illik bir ömrü əvəz edən min aydan daha xeyirli olan "Qədr Gecəsi"ni qiymətləndirmək ələkeçməz bir fürsətdir. Üç qəpiklik endirim üçün mağaza-mağaza, market-market gəzənlər, endirim mövsümünü dörd gözlə gözləyənlər #əbədiqazanc mövsümlərini nə üçün səbəb bilməzlər, bənzərsiz gəlirə necə biganə qala bilərlər?

 

Həqiqi qazancın və həqiqi həyatın axirət olduğunu bilməyənlər nə yazıq insanlardır. Əsas olan #faniqazancları 

#baqi gəlirə çevirə bilməkdir.

 

Allah Rəsulunun-sallalahu aleyhi və səlləm-bildirdiyinə görə üç əhəmiyyətli fürsəti qaçıranlar Cəbrayıl tərəfindən belə bədduaya məruz qalmışlar. Səhabədən Kab bin Ucrənin nəql etdiyinə görə Peyğəmbərimiz-sallalahu aleyhi və səlləm-belə buyurur:

"Minbər qarşısında yığılın. Ravi deyir ki: Biz də bundan sonra dərhal minbərin qarşısında toplandıq. Rəsulullah -sallalahu aleyhi və səlləm-birinci pilləyə çıxanda amin dedi. İkinci pilləyə çıxdığında da amin dedi. Üçüncü pilləyə çıxdığında yenə amin dedi. Minbərdən enincə biz Ona: Ya Rasulullah! Səndən bu günə qədər eşitmədiyimiz bir söz eşitdik, deyincə Allah Rəsulu-sallalahu aleyhi və səlləm-belə cavab verdi:

"Cəbrayıl mənə göründü və: #Ramazan ayına çatıb, lakin bağışlanmayan şəxs Allah`ın rəhmətindən uzaq olsun, dedi. Mən də amin dedim. Minbərin ikinci pilləsinə çıxdıqda isə: Yanında adım xatırlandığı zaman #salavatgətirməyən Allah`ın rəhmətindən uzaq olsun, dedi. Mən də amin dedim. Minbərin üçüncü pilləsinə çıxdıqda: Ana-atası və ya bunlardan biri yanında qocaldığı halda bunlar #sayəsində cənnətə girə bilməyən şəxsə təəssüflər olsun, ilahi rəhmətdən uzaq olsun dedi. Mən də amin dedim." (Ət-Tərğib, 2/92)

 

Demək ki ilahi rəhməti qazanmağa ən çox vəsilə olan əməllərdən biri də Ramazan ayını fürsət bilib, onu layiqincə qiymətləndirməkdir. Onsuz da bayram etmək günahlardan təmizlənib cəhənnəmdən azad olmanın sevincini yaşamaqdır.#Ən_böyük_qazanc ilahi əzab və qəzəbdən xilas olmaq, Allah`ın rızasına nail olmaqdır.

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-Ramazan ayını haqqıyla keçirənlərin bayram səhərindəki xoşbəxt hallarını belə ifadə edir:

"Ramazan bayramının səhərində mələklər yollarda dayanıb belə deyəcəklər: Ey müsəlman camaatı! Səhər tezdəndən comərd olan Rəbbinizin lütfkarlığına tələsin. O ikram edər, sonra bol savab verər. Sizə əmr olunan gecə namazını (təravih) qıldınız, sizə əmr olunan gündüz orucunu tutdunuz. Beləcə Rəbbinizə itaət etdiniz. Buyurun qazancınızı alın. Möminlər bayram namazını qıldıqları zaman mələklərdən bir münadi (nida edən/səslənən) belə deyər: Xəbəriniz olsun Rəbbiniz sizi bağışladı. Salamatlıq içində işlərinizə qayıdın. Bu gün mükafat günüdür. " (Ət-Tərğib, 2/153)

Ramazan ayındakı fürsətlər yalnız oruc tutmaq, təravih namazı qılmaqdan ibarət deyildir. Bununla birlikdə çoxlu Qur`an oxumaq, Qur`anı xətm etmək, fitr sədəqəsi vermə

 

 

 

 

 

 

 
Müəllif: 


19-05-2019 03:07:15