Ana səhifə

Məscidlərin bəzənilməsi caizdir?


YazdırSend to friend

Fiqh kitablarında məscidləri bəzəməyin caiz olmadığına dair ümumi və sərhədləri qəti olmayan bir izahat vardır. Fakihlərimizin əsaslandığı nöqtələr bunlardır:

Qurani Kərim buyurur:

 

"Məscidləri ancaq Allaha və axirət gününə iman gətirənlər abadlaşdırar."

 (Tövbə, 9/18)

 

Abadlaşdırma həm abadlıq və inşanı, həm də şənləndirib doldurmağı, funksional etməyi ehtiva edir. Bundan başqa, məscidlərin bəzənməsi, gözəl qılınması ifadəsi də abadlaşdırma ifadəsindən aydın ola bilər.

Hz. Peyğəmbər (s.ə.v.)-in məscidi sadə idi. Sadə kərpic divarlar, üzəri xurma lifləriylə örtülü idi. Bəzəkli məscidlər inşa etmək peyğəmbəri nümunəyə ziddir.

Halbuki o zaman bundan başqasını etmə imkanı yox idi. Təcili olaraq edilə bilən bundan ibarət idi. Hz. Peyğəmbər (s.ə.v.) məscidini elə tikməklə yanaşı, daha mükəmməlini və bəzəklisini tikməyi qadağan etməmişdi. O zaman evlər də belə idi, amma indi kimsə evlərin mükəmməlliyi barədə mübahisə etmir.

Bir hədisi-şərifdə, "məscidləri bəzəməyin qiyamətin yaxınlaşdığını göstərən əlamətlərdən olduğu"-deyilirdi.

Halbuki məscidlərin bəzənməsinin qiyamət əlaməti olması, bunun caiz olmadığı mənasına gəlməz. Qiyamətin yaxınlaşdığını göstərən hər şey pis deyil.

Bu məlumatdan olsa-olsa, məqbul bir səbəb olmadıqca məscidləri bəzəmənin gərəksiz və bir az da xoş olmayan bir iş olduğu aydın ola bilər. Amma indiki vaxtda olduğu kimi məscidlərin bir şəxsiyyət göstəricisi olduğu zamanlarda son dərəcədə estetik olmaları sanki bir zərurilik halını almışdır. Digər tərəfdən, bəzəyəcəyik deyə məscidlərin rəngarəng rənglənmələri də bəzəmə deyil, bir zövqsüzlüyün göstəricisi olmalıdır.

Məsciddə namaza duranların görə biləcəyi yerləri bəzəmək, zərləmək və müxtəlif lövhələr asmaq məkruhdur.

Məscid inşası üçün alınan pulların bəzənməsi üçün istifadə edilməsi də məkruh görülmüşdür. Bəzəmələri insanlar ancaq öz malından etdirə bilərlər ,ya da pulu verənə bəzəmədə istifadə ediləcəyi deyilərək alınar.

Məscid üçün toplanan pulların, bəzəmələr yerinə camaata və uşaqlarına həqiqətləri öyrətmədə istifadə edilməsi daha yaxşıdır.

(Prof. Dr. Faruk Bəşər, Fətvalarla Müasir Həyat)



04-05-2011 12:00:00