Ana səhifə

Məzhəblərə tabe olmayanların vəziyyətinin nə olduğunu izah edərsinizmi?


YazdırSend to friend

Haqq məzhəblərdə ağıl və məntiqin təsdiq etmədiyi heç bir məsələ yoxdur. Çünki onların istinad nöqtəsi Quran, sünnət, icma-i ümmət və qiyas-i fuqahadan ibarət olan ədillə-i şəriyyədir. Dağlardan daha mətin olan ədillə-i şəriyyə heç bir bəşəri gücün dağıda bilməyəcəyi poladdan bir qaladır. Bu qaladan çıxanların əhl-i sünnətə düşmən olan mənfi cərəyanlara qapılmaq və ya alət olmaq ehtimalları qüvvətlidir.

“Ədilleyi-i şər'iyyə dörddür: Kitab (Qur'an-ı Kərim), Sünnə (Peyğəmbər əfəndimizin söz, hərəkət və təqrirləri, bir iş edilərkən görüb də ona mane olmadıqları şeylər), İcma (müctəhid alimlərin dini bir işin hökmündə söz birliyi etmələri ), qiyas (hökmü bilinməyən bir şeyi hökmü bilinənə bənzədərək anlamaq).” Abdulgani Nablus

“İslamiyyət, ədilleyi-i şər'iyyə və ona bağlı ikinci dərəcədəki dəlil və vəsiqələri ilə bizə gəlmişdir. Bu dəlillərə söykənməyən, bunların xaricində qalan hər şey bidətdir, red olunur.” Seyyid Abdülhakim Arvas

“Din ilə əlaqədar hökmlərin isbâtında ədilleyi-i şər'iyyə, mötəbərdir. Təsəvvüfçülərin kəşf və kəramətləri deyil.” İmâm-ı Rabbânî

“Ədilleyi-i şer'iyyenin dörd olması müctəhidlər üçündür. Müqəllidlər yəni, dörd məzhəbin birində olanlar üçün dəlil, sənəd, olduğu məzhəbin başçısının ictihadı və sözüdür.” Hadimi

Bunu da əhəmiyətlə nəzərə çatdırmağı faydalı hesab edirəm: Məzhəbləri bəyənməyən, onlardan birinə tabe olmayan və ya məzhəblərin asan yanlarını mənimsəyən bir kimsə əsrlərdən bəri gəlib keçmiş milyonlarca müsəlmanın yolundan ayrılmış, öz başına yeni bir yol tutmuş olur. Belə kimsələr Quran-i Kərimin

"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.” (Nisə, 4/115) təhdidindən də öz paylarını alarlar.

Bir məzhəb imamını təqlid edən kimsə hansı məzhəbə bağlanmış isə artıq hər məsələdə o məzhəbin hökmlərinə əməl etməli, məzhəbində də səbat etməlidir. Ancaq zəruri hallarda da hər hansı bir məsələdə yenə öz məzhəbində qalmaq şərtilə digər bir məzhəbin hökmü ilə əməl edə bilər. Bu isə ancaq bir alimin fətvası ilə mümkün ola bilər.

İmam-ı Qəzali Həzrətləri də bu görüşdədir.

Madam ki, təqlid sahibi bir məzhəbə tabe olmuşdur, artıq onda səbat etməlidir.

Nəticə olaraq, şəxsin öz həvəsinə uyaraq tez-tez məzhəb dəyişdirməsi onlara əhəmiyyət verməmək mənasına gəlir.

Son əsrin müdəqqiq alimlərindən Muhamməd Kəvsəri “Məqalat” adlı əsərində bu kimi şəxslərin halını belə təsvir edir:

"Bəli, hər qrubun özü ilə gördüyü, ancaq həqiqətdə nə onlardan, nə də bunlardan olan, yəni Ərəb şairinin dediyi kimi: "Yəmənlilərlə olduğunda Yəmənli, Məadlilərlə olduğunda Adnani" görünən şəxsdən daha təxribatçısı yoxdur."

Kəvsəri eyni əsərində məzhəbsizliyin dinsizliyə aparan bir körpü olduğunu da söyləyir. (Kevserî, Makalat, s. 163)

Dr. Ramazan əl-Buti isə bu haqda “Bəli, bütün İslam milləti uzun tarixi boyunca İslamı eynilə yaşatma imkanını ən geniş ölçüdə verən müctəhidlərin bu dörd imam (İmam-ı Əzəm, İmam-ı Şəfi, İmam-ı Malik və İmam-ı Hənbəl) olduğu üzərində ittifaq etmişlərdir.” deyir və bu imamların yolunu tərk edib insanları məzhəbsizliyə dəvət etməyin "İslam dinini təhdid edən ən təhlükəli bidət" olduğunu əlavə edir.

Ramazan əl-Buti məzhəbsizliyi özünə yol seçənlərin yeni hadisələrə həll yolu tapmaq əvəzinə İslamın təməl rükünlərini sarsmağa çalışdıqlarına da diqqət çəkərək belə deyir:

"Mən bu məzhəbsizlərdən heç birinin bir gün durub xalqın hər gün soruşduğu yeni məsələlərdən birini araşdırdığını görməmişəm. Onların bütün dərdləri binası tamamlanmış, hökmləri yerləşmiş olan və lazımınca əməl edildikdə müsəlmanların borcdan xilas olub salamatlığa çıxacaqları İlahi əmrlər xüsusunda yol göstərici olan haqq məzhəbləri yıxmaq üçün bütün güçlərini sərf etməkdən ibarətdir!"

Dr. Ramazan əl-Buti məzhəbsizliyi yol seçənlərə bu iki sualı soruşar:

"Bütün insanları tikinti işlərində mühəndislərə tabe olmamağa çağırsan nə olar?

İnsanları diaqnoz və  müalicə barəsində həkimlərə tabe olmamağa dəvət etsən, nə baş verər?"

Bu suala özü belə cavab verir:

"Heç şübhə yoxdur ki, bunun arxasından gələcək olan şey, insanların təmir edəcəyik deyə öz evlərini bilə-bilə dağıtmaları, müalicə düşüncəsi ilə öz canlarına özlərinin qəsd etmələridir." (əl-Buti, M. S. Ramazan, Məzhəbsizlik , (Tər; Durmuş Ali Kayapınar), Sebat Basımevi, Konya, 1976 s. 146, 182 192, 206)

Məzhəb tanımayanları bu təhlikə ilə üz-üzə gətirən və müctəhidlərə tabe olmaqdan çəkindirən ən mühüm səbəb öz rəy və düşüncələrini müctəhidlərin görüşlərinə tay, hətta onlardan daha üstün tutmalarıdır.

İmam-ı Şərani Həzrətləri də bu haqda belə buyurur:

Müctəhidlərin sünnət buyurduqlarının hamısına əməl et və məkruh dediklərini tərk et! Onlardan bu xüsusda dəlil axtarmağa çalışma! Çünki sən onların dairələrində məhbussan. Onların məqamına çatmadıqca birbaşa kitab və sünnətdən istifadə etməkdə onları keçməyin və hökmləri onların aldığı yerdən almağın heç bir zaman mümkün deyildir...

Bütün məzhəblər, mənə görə, barmaqların əl oyasına və kölgənin əslinə bitişik olması kimi şəriətə bitişikdirlər...

Bu vəsilə ilə bu nöqtəni də qeyd etmək lazımdır. Müctəhidlərə tabe olmayıb öz rəyinə uymaq böyük qürurdur. Bu isə insanda mənəvi böhrana səbəb olar. Bədiüzzaman Həzrətlərinin də bu kimi kəslərin aqibəti haqqında təsbitləri belədir:

"Bəli, qürur ilə insan maddi və mənəvi kamalat və məhasindən (xeyirlər) məhrum qalar. Əgər qürur səbəbilə başqaların kamalatına tənəzzül etməyib öz kamalatını kafi və yüksək görərsə, o insan naqisdir (nöqsan). Belə insanlar məlumat və kəşfiyyatlarını daha yüksək görməklə əslaf-ı izamın (böyük sələf alimləri) irşadat və kəşfiyyatlarından məhrum qalarlar. Və əvhama (vəhm, vəsvəsə) məruz qalaraq bütün-bütün çizgidən çıxarlar."



12-09-2013 12:00:00

Düğüme özel