Ana səhifə

Maddə nə üçün əzəli deyil ? Allah necə əzəli olar ?


YazdırSend to friend

Ya Allah əzəlidir və ya maddə... Allahın varlığını qəbul etməyən materialistlər maddəyə əzəliyyət vermək məcburiyyətində qalmışlar. 20-ci əsrin elm sahəsində kainatın başlanğıcı olduğu, əzəli olmadığı və əbədi ola bilməyəcəyini isbat edən bir çox elmi dəlillər, inkarçıların təməl fəlsəfəsi olan materializmin kökündən silmişdir.

 

"Bu günki elmdən çox az bir şeyi də həqiqətən anlamış olan bir kimsənin materializm xəstəliyinə qarşı azad olması şübhəsizdir" deyir Bawing.

 

Albert Camus da bu həqiqəti qətiliklə ortaya qoyur:

 

"Marksizmin səhvsiz ola bilməsi üçün 20-ci əsrin bütün kəşflərini inkar etmək lazım olacaq. Marksizm bu gün ancaq Heiesenbergə, Bohra, Eynşteynə və zamanımızın ən böyük alimlərinə etiraz etmək şərti ilə elmi olduğunu iddia edə bilər."

 

Atomlardan ulduzlara qədər hər varlığın heyrət verici mexanizmləriylə birlikdə çaşmaz intizamları "Bir" olanı, "mütləq elm və qüdrət sahibini" bildirdiyi, Allahın böyüklüyünün parıltılarını əks etdirdiyi halda, Allahı inkar edən kəslər də yox deyil. İlahi qüdrətin parıltılarından doğan təbiətin haradan idarə edildiyini anlaya bilməyən və o parıltıların haradan gəldiyini bilməyən kəslər maddə və qüvvət əzəlidir, şüurludur vs. deyərlər. Məsələn, "Sosializm İşığında Elm və Din" kitabında bu cümlələrə rast gəlirik:

 

"Maddə heç bir Tanrı tərəfindən yaradılmamışdır. Maddə və enerji əvvəlsiz və sonrasız olaraq vardır və dayanmadan forma dəyişdirərlər."

Davit Fosterin isə kainatdakı elm və iradə məhsulu əsərləri və hadisələri gördükdən sonra, idrakı "Allah vardır, kainatı yaradan Odur" həqiqətini həzm edə bilməyincə nə qədər gülünc vəziyyətə düşdüyü, kitabına "The Intelligent Universe" "Zəka sahibi kainat" adını verməsində və atomların da, planetlərin də şüurlu olduğunu iddia edərək "Kainat şüurlu bir quruluşdur" şəklindəki ifadəsində açıqca görülməkdədir. Və yenə görülməkdədir ki, bir tək ilahı qəbul etməyən kəslər atomlardan ulduzlara qədər hər bir şeyə ilahlıq verməyə, yəni hər bir zərrədə mütləq elm, qüdrət, əzəliyyət kimi sifətləri qəbul etməyə məcbur olmuşlar.

 

 

Nəticə

 

İnancımıza mütləq bir səbəb axtaran materialistə verəcəyimiz ən qısa cavab bu olacaq:

"Bunun üçün, bundan və ya bundan ötəri deyil, əslində ALLAH VAR OLDUĞU ÜÇÜN İNANIRIQ..."



17-11-2009 12:00:00

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz