Ana səhifə

Materialistlərin, inkarçıların, din və müqəddəsat haqqındakı təbliğat və təlqinləri necə qiymətləndirilməlidir?


YazdırSend to friend

Əvvəlcə, insan yaradılış etibarı ilə təsirlənə bilər bir quruluşdadır və təlqinə açıqdır, bu vəziyyətiylə boş bir kabı xatırladar. Ürək və beyin müsbət fikir və həqiqətlərlə doldurulmazsa, onların yerini, istər istəməz mənfi ideologiyalar, xurafat və boş sözlər alar. Bu gün gəncliyi sarsıdan psixoloji böhranların, ruh çətinliklərinin əsl səbəbi budur. Bu mənəvi izdirablardan xilas olmanın tək yolu, ağıl, ürək və vicdanlarını Quranın gətirdiyi ülvi həqiqətlərlə doyurmaq ikən, bir qisim gənclər, elm və fikir yerinə, hiyləçi şüarlara, sehrli reseptlərə (!) daha çox meyl edər. Mənəvi boşluqlarını beləcə doldurub, hüzura qovuşacaqlarını və izdirablardan xilas olacaqlarını zənn edərlər.

 

Materialistlər, onların bu halından istifadə edərək bu safdil və yazıqları, ədalət, bərabərlik, kimi xəyali şüar və təbliğatlarla aldadar, özlərinə çəkərlər. Onları sempatizan halına gətirdikdən sonra, ictimai problemlər üçün irəli sürdükləri, xəyali vəhmi reseptlər yanında bəzən bu gənclərin başlarına mənəviyyatı sarsıdıcı şübhələr təyin edərlər. Müəyyən bir dövrdən sonra, davamlı və sıx təlqinlərlə, yazıq həmsöhbətlərinin beyinlərini yuya yuya, nəhayət onları materialist və ateist düşüncə xaricində heç bir həqiqəti qəbul edə bilməyəcək, bir hala soxarlar. Artıq bu insanlar məntiq və mühakimələrini itirərək robotlaşar. Sadə bir xananın da ustasız ola bilməyəcəyi qəti bir həqiqət ikən, bu möhtəşəm kainat sarayını, sahibsiz və yaradansız qəbul edərlər. Bir hərfin katibsiz olması mümkünsüz olduğu halda, hər hərfində sonsuz hikmətlər olan bu kainat kitabını katibsiz qəbul edərlər. Həm bütün bitkilər, heyvanlar və insanları, həyatsız və şüursuz və iradəsiz təbiətin etdiyinə, yaxud bunların öz-özünə meydana gəldiyinə inanarlar. Özlərini məqsədsiz, vəzifəsiz, başıboş və sahibsiz zənn edərlər, qorxunc bir dəlalətə düşərlər.

 

İnsanın qiymət və mahiyyətini almaz dərəcəsindən kömür dərəcəsinə endirən, bütün insani xüsusiyyətləri silib süpürərək, onu heyvandan çox aşağı dərəcəyə salan inkarçılığın iç üzündəki çirkinliyi və qeyri-mümkünlüyü görə bilməzlər. Halbuki kainatdakı böyük və əhatə edici həqiqətlər, küfür və inkar ilə izah edilə bilməz. Məsələn aşağıdakı sualların cavablarını məqbul və qənaətbəxş bir şəkildə əsla materialist fəlsəfədə tapa bilməzsiniz:

 

Bu kainatı və içindəki həddsiz varlıqları yaradan kimdir?

 

Bu aləmi atomdan günəşlərə qədər, insanın xidmətində qaçdıran kimdir?

 

Səmadakı minlərlə göy cismini, mükəmməl bir nizam və hikmətlə çevirən kimdir?

 

Yer üzünü dağ və bağlarıyla, dəniz və çaylarıyla, torpağı suyu və havası ilə, insanlara xidmət etdirən kimdir?

 

İnsanı digər varlıqlara nisbətlə, üstün bir yaradılışda yaradaraq, ruhuna möcüzə xüsusiyyətlər verən, o ruha ağıl və xəyal kimi hər biri dünya qiymətində minlərlə lətif hissiyyatı taxan kimdir?

 

İnsan bu aləmə haradan gəlmişdir, bu dünyadakı vəzifəsi nədir və hara gedəcək?

 

Hər an sürətlə ölümə yaxınlaşan bir insan ruhu, ancaq bu suallara cavab verməklə təmin olar, dinclik tapar, dünyada rahata, axirətdə səadət və salamatlığa qovuşar.

 

Həm inkarın mahiyyəti, yalan olmaqla birlikdə, həqiqətin ziddini qəbuldur. Məsələn, Səlimiyə Məscidinin memarını inkar etmək, həqiqətsiz bir boş söz və böyük bir yalandır. Bəli, mükəmməl planı, möcüzə estetiği, sənətli quruluşu ilə ağılları heyrətə salan belə möhtəşəm bir əsər, ortada ikən, onun ustasını inkar etmək ən böyük bir boş söz, ən dəhşətli bir zülm və ən həqiqətsiz bir xurafatdır.

 

Eynilə bu misal kimi, minlərlə mənzilləri ehtiva edən bu möhtəşəm kainat sarayının Xaliq və Malikini, sahib və mutasarrıfını inkar etmək, bu misaldan həddsiz dərəcədə çirkin bir yalan, müdhiş bir sayıqlama, qorxunc bir boş sözdür.



11-08-2010 12:00:00